Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6599/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə X3 ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, ərizəçi X3, ilk Ərizəçi, onun nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi X3 (Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair 2(010)- 2200/2022 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsindən ilk Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Ərizəçi və X13 ünvan 1 ünvanında pasport qeydiyyatındadır.
2. İş materiallarına əlavə edilmiş Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 və X4 xx.xx.1992-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra X6 soyadını qəbul etmişdir.
3. “X16” tərəfindən verilmiş ambulator xəstənin tibbi kartasından 219 nömrəli çıxarışdan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X13 anadan olandan xəstədir, diaqnozu uşaq serebral iflicidir, kənar şəxslərin qulluğuna ehtiyacı var, 1-ci qrup əlildir, 1992-ci ildən poliklinikada qeydiyyatdadır.
4. İş materiallarına əlavə edilmiş 162733 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X13 uşaqlıqdan İ qrup əlildir.
a) Birinci instansiya məhkəməsindəki icraat
5. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 30 iyul 1959-cu il təvəllüdlü əri X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, X13 1978-ci ildən İ qrup əlildir və ona bütün qulluqları həyat yoldaşı Ərizəçi göstərmişdir. X13 Bakı şəhəri 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında 1992-ci ildən qeydiyyatdadır. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. X1 iflic diaqnozu qoyulmuşdur, uzun illərdir idarə olunmaz halda yaşayır, ona görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2200/2022 saylı mülki iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim X14)
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Ərizəçi Mülki Prosesual Məcəllənin 317-ci maddəsinin tələbinə əsasən əri X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə ərizə vermək hüququ yoxdur, buna subyektiv hüququ olmadığına görə onun ərizəsi rədd olunmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu ərizənin məzmununa uyğundur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında ilk Ərizəçi nümayəndəsi Vəkil izahatında göstərdi ki, Ərizəçi əri Rasim Yusibov serebral iflic xəstəliyindən əziyyət çəkir, onun bütün qulluğunu Ərizəçi çəkir. Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən də görünür ki, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Ərizəçi bu ərizəni verməkdə məqsədi o olmuşdur ki, fəaliyyət qabiliyyəti olmayan əri Rasim Yusibovun üzərində qəyyum təyin edilsin. Ərin (arvadın) bir-birinin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə verməyə hüququnun olmamasını bilmədiklərinə görə bu barədə ərizə ilə Ərizəçi məhkəməyə müraciət etmişdir. Əgər birinci instansiya məhkəməsində işə baxılarkən hakim Ərizəçi belə bir hüququnun olmamasını izah etsəydi, onlar ərizəçinin əsl ərizəçi ilə əvəz edilməsi barədə məhkəməyə müraciət edərdilər. Hal-hazırda Rasim Yusibovun başqa ailə üzvünün belə bir ərizə ilə yenidən məhkəməyə müraciət etməsi lüzumsuz vaxt itkisi ilə nəticələnəcək. Buna görə də məhkəmə kollegiyasından xahiş edir ki, Ərizəçi əsl ərizəçi X11 ilə əvəz edilsin.
14. Apellyasiya baxışı zamanı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu X3 əsl ərizəçi kimi prosesə cəlb edilməsini xahiş etdi.
15. X11 əsl ərizəçi kimi prosesə cəlb olunmasına razı olduğunu bildirdi.
16. Məhkəmə kollegiyası prosessual qənaət prinsipini rəhbər tutaraq X5 əsl ərizəçi kimi prosesə cəlb etmişdir.
17. Məhkəmə iclasında ərizəçi İsmayıl Yusibov iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
18. Maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 165. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Maddə 305.1.3. Məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş, bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub ərizənin təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 22 iyun 2022-ci il tarixli 1639 saylı rəyinə əsasən, X8 “uşaq serebral iflici İlə əlaqədar əqli gerilik” (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, İ qrup əlil olması), hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, amnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. 30 iyul 1959-cu il təvəllüdlü X8 uşaq serebral iflici ilə əlaqədar yaranan əqli gerilik müəyyən edilir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Birinci instansiya məhkəməsi Ərizəçi əri X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olmamasını əsas gətirərək ərizəni təmin etməməkdə haqlı olsa da, işin düzgün və vaxtında həll edilməsi üçün işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində ərizəçinin əsl ərizəçi ilə əvəz edilməsi məsələsini həll etməmiş, ərizəçiyə bu barədə hüquqlarını izah etməmiş, X7 barəsində ambulator məhkəmə psixiatrik ekspertizası təyin edib rəy aldıqdan sonra sonuncu məhkəmə iclasında ərizəçinin bu ərizəni verməyə subyektiv hüququnun olmaması əsası ilə ərizəni təmin etməmişdir. Halbuki, Ərizəçi belə bir hüququ olmadığı halda, artıq vaxt itkisinə yol vermədən ərizəni rədd etmək olardı.
23. Məhkəmə kollegiyası hesab edir ki, X2 Rasim Zahid oğlunun yaxın qohumu (uşağı) olmaqla hazırkı iddianı qaldırmağa subyektiv hüququ olduğundan və X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, ünvan 1 ünvanında pasport qeydiyyatında olan xx.xx.1959-cu il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı ı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2200/2022 saylı iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. X3 ərizəsi təmin edilsin. xx.xx.1959-cu ildə Şəki şəhərində anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.