Məhkəmə qərarları › İş №2(103)-6600/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6600/2020

14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6600/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh Azərbaycan X3 nümayəndəsi X8 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1104/2019 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-də qorunan əmanətləri üzrə kompensasiyanın ödənilməsi müddəti uzadılmaqla cavabdeh X2 xx xxxxxxxx 2015-ci il tarixli əmanət müqaviləsi üzrə 1528 ABŞ dolları, xx xxxxx 2015-ci il tarixli əmanət müqaviləsi üzrə 7488 ABŞ dolları və 8457 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixli əmanət müqaviləsi üzrə 8999 Avro məbləğində əmanətlərinə görə kompensasiyanın və həmin məbləğlərə hesablanmış əmanət faizlərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 qız övladının-Nərminə, Şəbinə və Leylanın adlarına əmanət müqaviləsi bağlayaraq banka əmanət qoymuşdur. İddiaçının özünün də ləğv olunmuş əmanəti olduğu bankda kredit borcları olmuşdur. Bank bağlandıqdan sonra ləğvedici təşkilatlar iddiaçını banka dəvət edərək kredit borcunun ödənilməsini tələb etmişlər. İddiaçı bankda kredit borcunun məbləğindən də artıq əmanətlərinin olduğunu bildirdikdə onlar araşdırmış və iddiaçıdan ərizə alaraq kredit borcları ilə əvəzləşdirəcəklərini, buna görə bir-birlərinə borclu qalmayacaqlarını bildirmişlər. Ondan sonra iddiaçı məsələ həllini tapmış kimi ailəsi ilə öz normal problemsiz həyatina qayıtmışdır. Daha sonra isə bankdan kredit borcu ilə bağlı Nəsimi rayonMəhkəməsindən iddia gəlmişdir. İddiaçı məhkəməyə bu barədə şikayətlər verərək əmanətləri ilə əvəzləşdirildiyini və ona görə kredit borcunu ləğv etməyi xahiş etmişdir. Amma məhkəmələr bildirmişlər ki, bu əvəzləşmə mümkün olmadığından X4 müraciət edərək əmanət üzrə kompensasiya ödənişini tələb etsin. İddiaçı bu məqsədlə Cavabdeh” ASC-nin ləğvedicisi X4 ərizə ilə müraciət etmiş, fond isə müraciətinə imtina vermişdir. Hal-hazırda iddiaçı ailəsiylə çox pis vəziyyətdə qalmışdır. Nə əmanətilərini geri ala bilirlər, nə də ki kredit borcunu qaytara bilirlər. İddiaçının 2021-ci ilədək əmanətinə görə kompensasiya almaq hüququ vardır. Onun əmanəti qorunandır və qanunla qorunan əmanətlər 5 il müddətində kompensasiya olunmalıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1104/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əmanətlər üzrə kompensasiya olaraq İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli 141 nömrəli müqavilə üzrə 7,488 ABŞ dolları, xx xxxxx 2015-ci il tarixli 142 nömrəli müqavilə üzrə 8,457 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixli 262 nömrəli müqavilə üzrə 1,528 ABŞ dolları və xx xxxxxxxx 2015-ci il tarixli 263 nömrəli müqavilə üzrə 8,999 Avro məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin olunmayan- “əmanətlərə görə faizlərin tutulması” hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, Fond bank bağlanan günə əmanətlər üzrə hesablanmış faizləri təsdiq edən sənədlər məhkəməyə təqdim etməyib. Nəticədə məhkəmə təqdim olunmuş əmanət müqavilələri üzrə də müəyyən olunmuş faiz üzrə bank bağlanan günə faizləri cavabdeh təşkilatdan tutmayaraq, hüquq pozuntusuna yol vermişdir. İddiaçı qətnamənin qismən ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən cavabdeh Azərbaycan X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin adına əmanətlər yerləşdirilmişdir. İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması haqqında Qanunda göstərilmiş vaxt ərzində kompensasiyanın ödənişi ilə bağlı müraciət edilməmiş, müddət keçdiyi üçün əmanət müvafiq olaraq qorunmayan əmanət hesab edilmişdir. Həmçinin, qeyd olunmuşdur ki, İddiaçı bank qarşısında hazırda 4 aktiv kredit müqaviləsi mövcuddur – 75000, 29152, 300000 və 50000 manat məbləğində. Əmanətlərin Sığortalanması haqqında Qanunun 2.1.2.10-cu maddəsinə müvafiq olaraq sonuncunun tərəfindən qoyulmuş əmanətlər qorunmayan əmanətlər statusuna aid edilmişdir. Belə ki, həmin Qanunun 2.1.2.10-cu maddəsində göstərilmişdir ki, bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər qorunan əmanət hesab edilmirlər. Məhkəmə nəzərə almamışdır ki, ƏSF yalnız qorunan əmanətlərə görə kompensasiya ödənişi etmək öhdəliyi daşıyır. Həmçinin, Himayəçilik Şurasının müəyyən etdiyi 12 faiz dərəcəsi xx.xx.2016-cı il tarixdən yeni Qanunun qəbul edilməsi ilə qüvvədən düşmüşdür. İddiaçının tələbi kreditor tələbi kimi qeydə alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericiliklə müəyyən olunmuş formada qəbul edilmişdir. Ona görə də hazırkı tələbə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Cavabdeh qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 12406/2019 saylı qətnaməsi ilə İddiaçı və cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1104/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 1786/2020 saylı qərarı ilə cavabdeh X3 kasasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili öz apellyasiya şikayətlərini müdafiə edib, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində və öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının əmənət müqaviləsi üzrə Banka qoyduğu pul məbləğləri onun kredit müqaviləsinin təminatı olmamışdır. Əmanət müqaviləsi üzrə qoyulmuş pul məbləğləri ilə kredit müqaviləsi üzrə iddiaçının borcu əvəzləşdirilməmiş, əvəzləşdirilməsinə qanunla yol verilmir. İddiaçının qanunvericiliyin tələbinə görə 5 il müddətində əmanətini tələb edə bilər. Xahiş etdi ki, iddiaçı tərəfin apellyasiya şikayəti təmin, cavabdeh tərəfin apellyasiya şikayəti rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan X3 nümayəndəsi X9 öz apellyasiya şikayətlərini müdafiə edib, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının Cavabdeh ASC qarşısında olan kredit öhdəliyi üzrə əvəzləşdirilmə aparılmamışdır. Bundan əlavə iş üzrə tərəf Azərbaycan X4 əmanəti ilə öhdəliyinin əvəzləşdirilməsi ilə bağlı müraciət etməmişdir. Xahiş etdi ki, cavabdeh tərəfin apellyasiya şikayəti təmin, iddiaçının apellyasiya şikayəti rədd edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki hər iki tərəf qətnaməni mübahisələndirmişlər. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1104/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx xxxxx 2015-ci il tarixdə iki əmanət müqaviləsi bağlanmış, 141 nömrəli əmanət müqaviləsinə əsasən bank əmanətçidən daxil olmuş 7,488 ABŞ dolları, 142 saylı əmanət müqaviləsinə əsasən 8,457 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Hər iki Müqavilə 24 ay müddətinə bağlanmışdır; İddiaçı ilə Cavabdeh ASC arasında xx xxxxxxxx 2015-ci il tarixdə iki əmanət müqaviləsi bağlanmış, 262 nömrəli əmanət müqaviləsinə əsasən bank əmanətçidən daxil olmuş 1,528 ABŞ dolları, 263 saylı əmanət müqaviləsinə əsasən 8,999 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Hər iki Müqavilə 36 ay müddətinə bağlanmışdır; Azərbaycan X5 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********903 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh ASC-də olan qorunan əmanətinin geri qaytarılmasına dair məktubuna cavab olaraq qanunvericilikdə nəzərdə tutulan əsasların mövcud olmadığı səbəbindən kompensasiya almaq üçün müraciət etmə müddətinin uzadılmasının məqsədəmüvafiq olmadığı bildirilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Azərbaycan X3 cavabdeh İddiaçı oğluna qarşı “kredit borcunun tutulması və tutulmanın girov qoyulmuş avadanlıqlara yönəldilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2865/2018 saylı işi üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2865/2018 saylı işi üzrə xx xxxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa 2.1.1, 2.1.2, 25.1.4, 26.1, 8.1.20-ci maddələrinə istinad edərək iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. MM-nin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə X5 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə əsasən kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. X3 Himayəçilik Şurasının xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. “Əmanətlərin tam Sığortalanması haqından” Qanunun 3-cü maddəsinə əsasən bu Qanunu qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20ci maddəsinə müvafiq olaraq X3 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X3 Himayəçilik Şruasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişiklik edilməklə tam sığortalanır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında əmanət müqavilələri xx xxxxx 2015-ci il və xx xxxxxxxx 2015-ci tarixdə imzalanmış, əmanət üçün illik 12 faiz dərəcəsi müəyyən edilmişdir. X3 Himayəçilik Şurası xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xx xxxxxx 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmanəti geri qaytarılmamışdır. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarını, işin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı xx xxxxx 2015-ci il tarixli 141 nömrəli müqavilə üzrə 7,488 ABŞ dolları, xx xxxxx 2015-ci il tarixli 142 nömrəli müqavilə üzrə 8,457 ABŞ dolları, xx xxxxxxxx 2015-ci il tarixli 262 nömrəli müqavilə üzrə 1,528 ABŞ dolları və xx xxxxxxxx 2015-ci il tarixli 263 nömrəli müqavilə üzrə 8,999 Avro məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının və avronun manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qanuni və əsaslı qənaətə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, cavabdeh öz kasasiya şikayətində göstərmişdir ki, iddiaçının hazırda bank qarşısında 75000 manat, 29152 manat, 300000 manat, 50000 manat məbləğində olmaqla 4 aktiv kredit müqaviləsi mövcuddur və həmin kredit müqavilələri üzrə öhdəliklər icra edilməmişdir. Ona görə də “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən iddiaçıya bank qarşısında vaxtı çatmış öhdəliklərini icra etmədiyinə görə kompensasiya ödənişinin ödənilməsi tamamilə qanunsuzdur. “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iddiaçının bank qarşısında yuxarıda qeyd edilmiş aktiv kredit müqavilələrinin olub-olmamasını aydınlaşdırmamış və mübahisəyə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Halbu ki həmin halın aydınlaşdırılması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyətə malikdir. Bundan başqa cavabdehin kassaiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, apelyasiya instanisyası məhkəməsi kompensasiyanın verilməsi ilə bağlı müraciət etmə müddətinin iddiaçı tərəfindən ötürülməsini üzürlü hesab edərkən heç bir mötəbər sübuta əsaslanmamışdır. İş materiallarından görünür ki, apelyasiya instanisyası məhkəməsi öz qətnaməsində iddiaçının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətində onun banka əvəzləşdirmə ilə bağlı ərizəsinin mövcud olduğunu deməsini göstərmişdir və bu əsasa görə də hesab etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instanisyası məhkəməsi kompensasiyanın verilməsi ilə bağlı müraciət etmə müddətinin üzürlü olmasını iddiaçının dəlilləri ilə əsaslandırsa da həmin halların mövcud olub-olmadığını araşdırmamışdır. Ona görə də iddiaçının əmanətlərin banka olan borcu ilə əvəzləşdirilməsi ilə bağlı ərizəsinin olub olmaması aydınlaşdırılmalı və buna müvafiq olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən iddiaçının əmanətlərinin onun kredit borcu ilə əvəzləşdirilib əvəzləşdirilmədiyi məsələsinə də hüquqi qiymət verməmişdir. Kollegiya cavabdehin müddətin ötürülməsini əsas gətirərək kompensasiyanın ödənilməsindən imtinasını əsassız hesab edir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Buna görə də, iddiaçı kompensasiya almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş, beş illik müddətdən yararlanaraq, hazırki iddia tələbini irəli sürmüşdür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanə üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hisisəsi ödənilir. Kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının Banka kredit müqavilələri üzrə borcu olsa da, onun Bankda olan əmanəti üzrə əvəzləşdirilmə aparılmamışdır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə görə isə iddiaçının tələb etdiyi kompensasiyadan kredit müqaviləsi üzrə borcun çıxılması məhkəmənin deyil, X3 səlahiyyətinə aiddir. Kollegiya qeyd edir ki, həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də tərəflər arasında imzalanmış müqavilələrə əsasən iddiaçının əmanət məbləğləri qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləğləri tam şəkildə iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi əmanət məbləğinə hesablanan faizlərin tutulması hissəsində iddianı təmin etməmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin qeyd olunan hissəsi ilə əlaqədar (faizlər, onların məbləği, hesablanması və sair) məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə də düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin normaları baxımından əsaslandırılmamışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh Azərbaycan X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1104/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar