Məhkəmə qərarları › İş №2(103)-6602/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6602/2024

03.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6602/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qəzalı vəziyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə cavabdeh İddiaçı qarşı “mənzilin bölünməsi və yükün kompensasiya edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, İçərişəhər qoruğunda 94 saylı ümumi binada mərtəbəarası döşəmə örtüyünün ağırlıq müqavimətin qorunması və erroziyanın qarşısının alınması üçün 14a saylı mənzili İddiaçı tərəfindən arxiv sxeminə uyğun olaraq 4 komunal otağa bölünməklə giriş-çıxışının açılması və 94 saylı binada 9a saylı mənzili çöl divarın yükü 14a saylı mənzili döşəməaltı paraleldə 6 m uzunluğunda şveller yerləşdirməklə kompensasiya edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra da qarşılıqlı iddiaya əlavə təqdim edərək, İddiaçı məxsus 9 saylı mənzildə sürüşmə yaranan arakəsmə divarında, çatmayan 1.5 m. divarın qəzalı vəziyyəti aradan qaldırmaq üçün yerinə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkməsinin 2(009)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin ictraata qəbulundan imtina edilərkən MPM-in 156.1.3-cü maddəsinin tələbinin pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinin tələblərini, eləcə də ilkin iddia tələbinin “qəzalı vəziyyətin aradan qaldırılması” barədə, qarşılıqlı iddia tələbinin isə “mənzilin bölünməsi və yükün kompensasiya edilməsi” barədə olduğunu və qarşılıqlı iddianın ilkin iddianı ödəmədiyini nəzərə almışdır. Məhkəmə iş materiallarına əsasən qeyd etmişdir ki, ilkin iddiada iddiaçı 9a saylı mənzildə sökülmüş istinad divarının öz yerində bərpa edilməsini və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbində isə qarşılıqlı iddiaçı 14a saylı mənzili İddiaçı tərəfindən arxiv sxeminə uyğun olaraq 4 komunal otağa bölünməklə girişçıxışının açılması və 94 saylı binada 9a saylı mənzili çöl divarın yükü 14a mənzili döşəməaltı paraleldə 6 m uzunluğunda şveller yerləşdirməklə kompensasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iki iddianın predmeti fərqlidir. Hazırki işdə qarşılıqlı iddia ilkin iddianın ödənilməsinə yönəlməmiş və müstəqil olaraq mübahisələndirilən tələbdir. Başqa sözlə, iddialar arasında heç bir qarşılıqlı əlaqə yoxdur. Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. Cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq şikayətində qeyd etmişdir ki, məhkəmə qərar qəbul edərkən MPM-in 156.1.3-cü maddəsinin tələbini, yəni qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olmasını və onlara birlikdə baxılmasının mübahisəyə daha tez və düzgün baxmaqla nəticələnəcəyini nəzərə almamışdır. Kollegiya qeyd edir ki, göstərilən hal qarşılıqlı iddianın icraata qəbulu üçün əsas sayıla bilməz. Belə ki, hazırkı iş üzrə qarşılıqlı və ilk iddialar arasında hər hansı qarşılıqlı əlaqə olduğu görünmür, həmin iddialar öz predmetlərinə görə fərqlidir. İlk iddiada 9a saylı mənzil, qarşılıqlı iddia isə 14a saylı mənzillə bağlı tələblər öz əksini tapır. Ona görə də Kollegiya hesab edir ki, birinci instansiya məhəməsinin qarşılıqlı iddianın geri qaytarılması ilə bağlı mövqeyi əsaslı olmuşdur. Qarşılıqlı iddia ərizəsinin qaytarılması cavabdehi həmin tələblə bağlı məhkəmədə müstəqil iddia qaldırmaq hüququndan məhrum etmir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar