Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6607/2025 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakların paylara uyğun naturada bölünməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakların paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracda satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(011)-268/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzilin paylı mülkiyyət hüququ əsasında ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə Cavabdeh naturada ayrılması, bu mümkün olmadıqda əmlakların qiymətləndirilməsi və açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin paylara mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən **********28-05301- 093036 reyestr nömrəli, ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzilin ½ hissəsi (qeydiyyat nömrəsi: **********) paylı mülkiyyət hüququ əsasında İddiaçı, geriyə qalan hissəsi isə Cavabdeh məxsusdur. Hazırda iddiaçı öz mülkiyyətində olan müvafiq əmlak üzrə paydan istifadə etməkdə çətinlik çəkir. Əmlakın digər mülkiyyətçisinin olması onun mülkiyyət hüquqlarını maneəsiz həyata keçirməsini mümkünsüz edir. Belə ki, tərəflər əmlakın istifadə qaydası barədə razılığa gələ bilmirlər, bu da hər iki tərəfin haqlı narazılığına səbəb olur. Qeyd edilənlərə görə, iddiaçı ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzil üzrə müvafiq çıxarış əsasında ona məxsus olan payını satmaq qərarına gəlmiş və qanunvericiliyin tələblərini gözləməklə həmin ½ hissə payının alınmasını üçüncü şəxsdən əvvəl cavabdehə təklif etmişdir. Qeyd edilənlərə dair xx.xx.2024-cü il tarixli bildiriş cavabdehə rəsmi qaydada ünvanlanmış (qoşmaya əlavə edilir), lakin aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq cavabdehdən hər hansı cavab alına bilməmişdir. Bu səbəbdən, məsələnin qanuni yolla həll edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(001)-2945/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı AğaZəki qızına, 1/2 hissəsi Cavabdeh ödənilməsi qət edilmişdir.
2. Məhkəmə qeyd etmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edildiyindən və həmin mənzilin dəyəri mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, həmçinin tərəflər arasında əmlakın məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, həmçinin həmin əmlakın naturada bölgüsü mümkün olmadığından ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməlidir.
3. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(011)-268/2025 saylı qətnaməsinin ləğv edib, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıdakı mühüm faktiki hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır: - Mənzilin texniki və funksional bölgü imkanları (naturada ayrılma); - İddiaçının satış təklifinin cavabdehə faktiki çatıb-çatmadığı; - Əmlakın real bazar dəyəri və qiymətləndirmənin obyektivliyi; - Tərəflərin qarşılıqlı razılaşma və kompensasiya imkanları; - Cavabdehin müdafiə hüququnun təmin olunması (iclasda iştirakı, çağırış proseduru). Bu hallar aydınlaşdırılmadığı üçün qətnamənin hüquqi nəticəsi etibarlı deyil və MPM-nin müvafiq maddəsinəəsasən ləğv edilməlidir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
5. Məhkəmə iclasında iştriak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
7. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4915/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzilin üzərində X1 ½ hissədə, ½ hissədə isə Cavabdeh pay hüququ tanınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında olan 58.20 kv.m ümumi sahədən ibarət 152 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 03 may 2024-cü il tarixdə qeydiyyata alınmışdır.
9. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 17 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı müvafiq daşınmaz əmlak üzrə ********** qeydiyyat nömrəsi ilə ona məxsus olan ½ hissə payının alınmasını Cavabdeh təklif etmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 10/6733 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-2946-cı məhəllə, 66B saylı evin, 152 nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları” nın 5.2, 5.5., 5.6., 5.7, və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
11. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, QCM/A 012-034/24 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1, mənzil 152 (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanının 03 sentyabr 2024-cü il tarixinə likvid dəyəri 105000 manat təşkil edir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2026-cı il tarixli 2(103)-6607/2025 saylı qərardadı ilə iş üzrə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, Məhkəmə ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 17 fevral 2026-cı il tarixli, ƏEMF/7 01-073/26 nömrəli ekspert rəyinin nəticə hissəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzilin 17 fevral 2026-cı il tarixinə bazar dəyəri 155000 (bir yüz əlli beş min) manat təşkil edir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
16. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzil üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh mülkiyyət hüquqları müəyyən edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ümumi paylı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir və tərəflər arasında iddia tələbində göstərilən mənzilin məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2024-cü il tarixli, 10/6733 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-2946-cı məhəllə, 66B saylı evin, 152 nömrəli mənzilin tərəflərin paylarına uyğun naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları” nın 5.2, 5.5., 5.6., 5.7, və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin 17 fevral 2026-cı il tarixli, ƏEMF/7 01-073/26 nömrəli ekspert rəyinin nəticə hissəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 152 nömrəli mənzilin 17 fevral 2026-cı il tarixinə bazar dəyəri 155000 (bir yüz əlli beş min) manat təşkil edir.
19. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak üzərində 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edildiyindən və həmin mənzilin dəyəri mütəxəssis rəyinə əsasən müəyyən edildiyindən, həmçinin tərəflər arasında əmlakın məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, həmçinin həmin əmlakın naturada bölgüsü mümkün olmadığından ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 155000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməlidir.
20. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən mənzilin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi bazar dəyərindən xeyli aşağı olmaqla yanaşı tərəflərin maddi və iqtisadi maraqlarına zidd olmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə üzrə təqdim edilmiş rəy iş üzrə digər sübutlarla uzlaşır və apellyasiya məhkəməsi tərəfindən etibarlı sübut kimi qəbul olunur. Bununla yanaşı Məhkəmə kollegiyası aşağıdakı prinsiplərə əsaslanır: -ədalətlilik(məhkəmə qərarı heç bir tərəfi əsassız üstün vəziyyətə salmamalıdır; nəticə obyektiv və balanslı olmalıdır) -proporsianallıq(əmlak çox ucuz satılarsa-bu həddindən artıq müdaxilədir; real qiymətə yaxın-proporsionaldır) -real bazar dəyəri prinsipi(süni şəkildə aşağı və ya şişirdilmiş qiymət yolverilməzdir)
21. Məhkəmə kollegiyası qiymətlədirmə rəyinə münasibətdə qeyd edir ki, qiymətləndirmə (ekspert) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası mübahisəli mənzilin ilkin satış qiymətini qiymətləndirmə (ekspert) rəyi (apellyasiya icraatında təyin edilmiş qərardad əsasında verilmiş) əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmiş olur. 22.Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı (mənzilin bazar qiymətinin müəyyən edilməsi) düzgün nəticəyə gəlməmişdir. Odur ki, mübahisələndirilən qətnamənin (mənzilin bazar qiymətinin müəyyən edilməsi hissəsində) dəyişdirilməsi üçün əsas təşkil edir. MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
23. Beləliklə, məhkəmə kolegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(011)-268/2025 saylı qətnaməsi “ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin” hissəsində dəyişdirilməklə, ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat müəyyən edilməlidir. 24.Apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun MPM-nin 119.2-ci maddəsinin tələbinə görə 25 (iyirmi beş) manatı iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci iddiaçı tərəfindən ödənildiyindən, Cavabdeh 125 (bir yüz iyirmi beş) manat tutularaq İddiaçı ödənilməlidir. 27.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2(011)-268/2025 saylı qətnaməsi “ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin” hissəsində dəyişdirilsin. ünvan 1, (yeni qaydalarla: AZ 1123, ünvan 2 ünvanında yerləşən 152 nömrəli mənzilin ilkin satış qiyməti 155000 (bir yüz əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin ½ hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin. Mülki iş üzrə aparılmış ekspertiza üzrə Cavabdeh 125 (bir yüz iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün 25 (iyirmi beş) manat iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov