Məhkəmə qərarları › İş №2(103)-6613/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6613/2024

28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6613/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: şikayət qeyri-mümkün hesab edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh başçısı aparatı yanında Məişət o cümlədən gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun qızı X2 mühafizə orderi verilməsinə dair xx.xx.2024-cü il tarixli, 10 nömrəli qərarının və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, İddiaçı tərəfindən ödənilmiş 100 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 14221301, tarix: xx.xx.2024, saat 13:45:03) məbləğində dövlət rüsumunun dövlət büdcəsindən qaytarılması, qərardadın icrasının dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(007)- 2733/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət qaytarmışdır.

5. 12 sentyabr 2024-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə yenidən şikayət və müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənın təmin edilməsi, 2(007)-2733/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli e-2(007)-2733/2024 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin İddiaçı vəkili və nümayəndəsi Nümayəndə münasibətdə bərpa edilməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6613/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360- 362 və 364-cü maddələrinin tələblərinə uyğun olması və işə apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

10. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsində qeyd edilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

11. Həmin Məcəllənin 269.1-ci maddəsində qeyd edilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.

12. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.

13. Məcəllənin 269.3-cü maddəsində qeyd edilir ki, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

14. Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

15. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.

17. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “qərarın və onun hüquqi nəticələrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsinin qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmişdir.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin olunması qərara alınsa da, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayətinə Mülki Məcəllənin 269-cu maddəsində göstərilmiş qaydada münasibət bildirilməmiş, qanunvericiliklə müəyyən edilmiş bu tələbə əməl edilmədən iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

20. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iş üzrə birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun apellyasiya şikayətinə apellyasiya qaydasında baxıla bilməz.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6613/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2733/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətə Mülki Prosessual Məcəllənin 269-cu maddəsi ilə müəyyən edilmiş qaydada münasibət bildirilməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar