Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6614/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər "xxxx" Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X2 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinə qarşı, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsinə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, eyni tələb üzrə daha əvvəl Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadı ilə müddət bərpa ərizəsi təmin edilərək icraat bərpa edilmişdir. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5352/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, hazırda icraatda olan iş üzrə eyni tərəflər arasında eyni xarakterli daha əvvəl icraata qəbul edilmiş iş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Mülki Prosessual Məcəllənin 259.0.4.-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə baxılmamış saxlanılır. Odur ki, göstərilən səbəbdən hazırkı iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.
6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materialarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməklə prosessual müddətin İddiaçı üçün bərpa edilməsi, şikayətin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024- cü tarixli, 2(006)-1832/2024 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır. Qərardadın əsaslarına görə, əvvəl verilən iddianın imtinası halları artıq aradan qalxdığından, cavabdeh ləğv prosesində olmaqla, onun ləğvedisisi təyin edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ləğv edilməklə məhkəmə hazırlıq iclası təyin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin qəraradaddan şikayət verərək, qərardadın prosessual müddətin bərpasına dair hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2024-ci il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını, başqa sözlə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilməsini və iddiaçının müraciət tarixinin 2024-cü ilin fevral ayına təsadüf etməsini, hazırki iddia ilə isə məhkəməyə 19 mart 2024-cü il tarixində müraciət edilməsini nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı “sığorta ödənişi” tələbinə dair hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Cavabdeh "xxxx" Şirkəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(009)-879/2024 saylı qərardadının ləğv edilməsi, iş üzrə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan apellyatorun xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı prosessual hüquqlarından sui-istifadə edərək işin yekunlaşmasına mane olur. İddiaçı tərəf Bakı şəhəri Səbail Rayon Məhkəməsinə bütün sübutlarını təqdim etmişdir. İş baxış mərhələsindədir. Nəsimi Rayon Mərhələsində isə iş hazırlıq mərhələsindədir və 1-ci iclas hələ keçirilməmişdir. İşə hansı məhkəmə tərəfindən baxılması şəxsin məhkəmə müdafiəsi hüququnu pozmur və işin mahiyyətinə təsir etmir. Əksinə əgər iddiaçı hüquqlarının pozulduğunu hesab edirsə, mümkün qədər qısa müddətdə pozulmuş hüquqların bərpasında maraqlı olmalıdır. Cavabdeh dövlət Şirkətidir və ləğv prosesindədir. İddiaçının əsassız şəkildə işin yekunlaşmasına mane olması Şirkətin ləğv prosesinin uzanmasına və əlavə məsrəflərin yaranmasına gətirib çıxarır. Ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Hazırki işdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə imkan verməyən şərait yoxdur. Səbail Rayon Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxıla bilər.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(009)-879/2024 saylı qərardadından cavabdeh "xxxx" Şirkəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün 2(009)-879/2024 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.
13. Həmin Məcəllənin 260.1-ci maddəsində qeyd edilir ki, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlər "xxxx"Şirkəti, Cavabdeh3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin mərhum hakimi X2 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq mərhumun varisi olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyası iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsi təmin edilməklə prosessual müddətin İddiaçı üçün bərpa edilməsi, şikayətin təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024- cü tarixli, 2(006)-1832/2024 nömrəli qərardadının ləğv edilməsi qərara alınmışdır. Qərardadın əsaslarına görə, əvvəl verilən iddianın imtinası halları artıq aradan qalxdığından, cavabdeh ləğv prosesində olmaqla, onun ləğvedisisi təyin edildiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(006)-1832/2024 nömrəli qərardadı ləğv edilməklə məhkəmə hazırlıq iclası təyin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin qəraradaddan şikayət verərək, qərardadın prosessual müddətin bərpasına dair hissəsində ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2024-ci il tarixli, e-2(006)- 1832/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(006)-1832/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 2(103)-5352/2024 saylı qərardadına əsasən Nəsimi Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
19. Kollegiya hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta ödənişinin alınması tələbinə dair iddia ərizəsi ilə daha öncə Nəsimi rayon məhkəməsinə müraciət etdiyindən və hazırda həmin iddia ərizəsi məhkəmənin icraatında olduğundan rayon məhkəməsi haqlı olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə işin digər məhkəmənin icraatında olması əsası ilə ərizəni baxılmamış saxlamışdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır.
21. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-879/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov