Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6625/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızının, Cavabdeh1 iştirakları ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair Bakı şəhəri Səbail rayon Мəhkəməsinin 2(009)-1052/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz C180” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı, “BMW M6” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı və “Nissan March” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərə görə 2090 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 2120,40 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Mercedes Benz C180” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Y.Səfərov küçəsində yolnəqliyyat hadisəsi törədərək hərəkət edən “Mercedes Benz C180” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı, “BMW M6” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı və “Nissan March” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin TP ******* saylı X5 haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mercedes Benz C180” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı avtomobilə 120 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan March” markalı, ** EF *** döılət qeydiyyat nişanlı avtomobilə 590 manat ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “BMW M6” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobilə 1380 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 068021, 069225 və 071483 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 2090 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 2090 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydadacavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Səbail rayon Мəhkəməsinin 2(009)-1052/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini iddia tələbinin əsassız olduğunu irəli sürməklə yanaşı, oğlunun avtomobili hüquqi əsaslarla idarə etdiyi, hüquqi savadı olmadığından inzibati protokolu mübahisələndirmədiyi arqumenti ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehapellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəməyə gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mercedes Benz C180» markalı ** BD *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında X5 haqqında qərara əsasən, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə saat 15.00 radələrində “Mercedes C180” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə araməsafəsi qaydalarının pozulması nəticəsində Cavabdeh2 AR İXM-nın 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən Bakı şəhər DYPİ-nə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqilyyat hadisəsi zamanı o, avtomaşını etibarnaməsiz idarə etmişdir və həmin vaxtı yanında hər hansı şəxsin olması barədə məlumat verməmişdir. İş üzrə icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışından görünür ki, PAT ********** nömrəli icbari sığorta haqqında şəhadətnaməsinə əsasən “Mercedes Benz C180” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur. İş üzrə xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes C” markalı ** ER *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 120 manat ziyan dəymişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 068021 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh1 məxsus «Mercedes Benz C180» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, xx.xx.2019-cu il tarixdə sığortalanmış avtomobil X3 məxsus “Mercedes Benz” markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 120 manat ziyan dəymiş və bununla bağlı 120 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 xx.xx.2019-cu il tarixli 068021 saylı sığorta aktına əsasən 120 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Nissan March” markalı ** EF *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 590 manat ziyan dəymişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 069225 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh1 məxsus «Mercedes Benz C180» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, xx.xx.2019-cu il tarixdə sığortalanmış avtomobil X1 məxsus “Nissan March” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 590 manat ziyan dəymiş və bununla bağlı 590 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 590 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “BMW M6” markalı ** UP *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1380 manat ziyan dəymişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 055580 saylı sığorta aktından görünür ki, PAT********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığorta edilən Cavabdeh1 məxsus «Mercedes Benz C180» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 55.000 manat müəyyən olunmuş, xx.xx.2019-cu il tarixdə sığortalanmış avtomobil X4 məxsus “BMW M6” markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 1380 manat ziyan dəymiş və bununla bağlı 1380 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 1380 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziyalardan görünür ki, X2 məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes Benz» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı və “Nissan March” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldırılaraq “Mercedes Benz” markalı, ** ER *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 120 manat, “Nissan March” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə isə 590 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh2 müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 710 manat sığortaödənişini 7 gün ərzində ödənilməsi xahiş olunmuşdur. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuşCavabdeh2dur. Həmçinin birinci instansiya məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 digər Cavabdeh1 oğludur və sonuncu yol-nəqilyyat hadisəsi zamanı avtomaşın idarə olunarkən Cavabdeh2 yanında olmamışdır. Yəni Cavabdeh1 qanuni əsaslar olmadan mülkiyyətində olan avtomaşını idarə etmək üçün Cavabdeh2 vermişdir. Məhkəmə Cavabdeh1 hadisə zamanı avtomaşında olması barədə dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər iş materiallarında olan sübutlarla tam təkzib olunur. Belə ki, hadisə törədən Cavabdeh2 Bakı şəhər DYPİ-də verdiyi yazılı izahatdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqilyyat hadisəsi zamanı o, avtomaşını etibarnaməsiz idarə etmişdir və həmin vaxtı yanında hər hansı şəxsin olması barədə məlumat verməmişdir. Eyni zamanda tərtib edilmiş inzibati xəta haqqında protokolda onun AR İXM-nın 327.1 və 332.1-ci maddələri ilə inzibati xəta törətməsi, həmin protokol əsasında qəbul edilmiş qərarda həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək 40 manat cərimə edilməsi müəyyən edilir. Yəni bu hal sürücü Cavabdeh2 hadisə vaxtı avtomaşını etibarnamə olmadan idarə etməsini sübut edir. Nə inzibati xəta haqqında protokol, nə qərar mübahisələndirilməmiş, verilmiş cərimə isə ödənilmişdir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsiən əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Kollegiya Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edərək yol-nəqilyyat hadisəsi törətməsini, avtomaşının digər cavabdeh İsrail Mahmmudovun sahibliyindən Cavabdeh2 hüquqa zidd götürülməsi ilə bağlı sübutların olmamasını, əksinə məhkəmə iclasında Cavabdeh1 avtomaşını oğlu Nurana idarə etmək üçün özü tərəfindən verilməsini etiraf etməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə cavabdehliyi cavabdehlərin birgə daşımalı olduğu nəticəsi haqlı olaraq gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir və onlar qətnamənin qismən və ya tamamilə ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Мəhkəməsinin 2(009)-1052/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6625/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6625/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver