Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6627/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49 T ünvanda yerləşən torpaq sahəsində inşa edilən binanın xarici divarlarının ümumi hündürlüyünü təsdiq etmiş layihəyə uyğun 3,3 metr ölçülü vəziyyətə gətirilməsi, layihə üzrə nəzərdə tutulmuş hündürlüyü olan bina üçün lazımi bünövrə inşa edilməsini və cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinə 8.000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “tikilidə olan pozuntuların aradan qaldırılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə "xxxx" MMCdən mütəxəssis rəyinin alınması qərara alınmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərk, qərardadın ləğv edilməsini və icraatın davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və işin baxılması üçün lazımi prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə şikayətin məzmununu nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə şikayət Mülki- Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) riayət edilmədən tərtib edilmiş və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən birinci stansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Bu sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətin həmin qaydada verilməməsi onun qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı şikayət vermişdir. Lakin həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmiş, o cümlədən şikayət məhkəmədə tətbiq edilən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmamışdır. Bu halın mövcudluğu öz növbəsində şikayətin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmiş və birinci instansiya məhkəməsi bu əsasla şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6627/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6627/2023
27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver