Məhkəmə qərarları › İş №2(103)-6632/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6632/2023

07.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6632/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin cinayət əməlləri nəticəsində 110.189,53 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 400,19 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 67.000 (altmış yeddi min) manat iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2106 (iki min bir yüz altı) manat iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, cvabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 18000 (on səkkiz min) manat, 7000 (yeddi min) manat, 16083,53 (on altı min səksən üç manat, əlli üç qəpik) manat olmaqla, cəmi 41.083,53 manat və dövlət rüsumuna görə ödənilmiş 400,19 (dörd yüz manat, on doqquz qəpik) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 20 iyun 2023cü il tarixli qərardadı ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4966/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1055/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6632/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin 13 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilməsi bildirilmiş və mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayətə baxılması üçün mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərardadı ləğv olunsun. Mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması və şikayətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar