Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6642/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-729/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 2/10, 96 saylı mənzilə vurulmuş maddi zərərə görə 1.000 manat, mənəvi zərərə görə 500 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1.530 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsi, ev 2/10, 99 saylı mənzildən 4 ilə yaxındır ki, mütəmadi olaraq 96 saylı mənzilinə çirkab sular axıdılır. Bu barədə aidiyyəti Mənzil İstismar Sahəsinə etdiyi müraciətlər əsasında onun mənzilinə baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilərək cavabdehə şifahi xəbardarlıqlar edilmişdir. Lakin, su axıntısının qarşısı müvəqqəti olaraq alınsa da, o, mənzilini təmir etdikdən sonra yenidən bu hallar təkrarlanmış, hazırda da davam etdirilməkdədir. Qeyd olunanlarla bağlı dəfələrlə 99-cu mənzilin sahibi Cavabdeh məlumat verilsə də, nəticəsi olmamış, heç bir tədbir görülməmişdir. Cavabdeh həmin mənzili kirayəyə vermiş, hazırda da kirayəşinlər yaşayırlar. Su axınıtısının qarşısının alınması və vurulmuş maddi zərərin ödənilməsi, yaxud başqa yolla aradan qaldırılması barədə cavabdehə və kirayəşinlərə bildirsə də nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-729/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi zərərə görə 992 (doqquz yüz doxsan iki) manat məbləğində pulun tutularaq İddiaçına ödənilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz)manat məbləğində dövlət rüsumunun 10 (on) manatının İddiaçı aid edilməsi, 20 (iyirmi) manatının isə Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 66 (altmış altı) manatının Cavabdeh, 34 (otuz dörd) manatının isə İddiaçından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************)qət olunmuşdur. Qətnamədən Cavabdehapellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, ekspertin onun mənzilinə baxış keçirməməsi, məhkəmənin işin bu halını araşdırmayaraq və sübutlara düzgün hüquqi qiymət verməyərək, eləcə də məhkəmə iclasında onun iştirakının təmin edilməməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən aydın olur ki, onun iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 2/10, 96 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxx 2008-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu MKTB-nin 79 saylı MKİS-in mühəndisi F.Nabatov, texnik Y.Əliyev və dalandar A.Məmiyev tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, İddiaçı müraciəti nəzərə alınaraq ona məxsus mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən 96 saylı mənzildən İddiaçı mənzilinə dəfələrlə kanalizasiya suyu axıdılmışdır. Bunun nəticəsində 96 saylı mənzilin təmiri tam yararsız hala düşmüş, vətəndaşa maddi ziyan dəymişdir. Bu barədə İddiaçı üst qonşusuna dəfələrlə xəbərdarlıq etsə də, o, buna əhəmiyyət belə verməmiş və kobudluq etmişdir. Həmin mənzildə yaşayan kirayəşinlərə müraciət etdikdə isə onlar ya MKİS-in işçilərinə qapını açmamış, ya da “Biz hər ay ev sahibinə pul ödəyirik, bizə aşağı mənzilə su axmasının heç bir aidiyyəti yoxdur” deyə cavab verirlər. İstər 99 saylı mənzilin mülkiyyətçisi Cavabdeh, istərsə də həmin mənzildə yaşayan kirayəşinlər maddi ziyan dəymiş alt qonşu Sitarə xanımın nədə ki onun yaşlı xəstə anasının xahişlərini nəzərə almayıb təkrar təkrar çirkab kanalizasiya suyunun axıdılmasına davam edirlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu MKTB-nin 79 saylı MKİS-in mühəndisi Vəli Həsənov, sahə nəzarətçisi Coşqun İbrahimov və dalandar Allahverdi Məmiyev tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov küçəsi, 2/10 saylı binanın 96- cı mənzilində yaşayan İddiaçı şikayət ərizəsi əsasında evə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, həqiqətən 96 saylı mənzilin üst qonşusu 99-cu mənzilin sahibi Cavabdeh məxsus olan mənzildən 96 saylı mənzilin dəhlizinə su axıdılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su axıdılıbaxıdılmadığının aydınlaşdırılması istənilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 745 nömrəli rəyindən görünür ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 96 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 99 saylı mənzilin isə 96 saylı mənzilin üstündə 3-cü mərtəbədə yerləşdiyini, 96 saylı mənzilin yaşayış otağında və yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də Nəsimi rayonu 79 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş aktların məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 2/10 saylı evin 96 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 99 saylı mənzildən suaxıdıldığı və nəticədə 96 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, 99 saylı mənzilin sanitar qovşağında yuyunmaq üçün su vannası və duş-kabina olmadığını və yuyunarkən suyun birbaşa döşəmənin üzərinə axıdıldığını, eləcə də unitaz çaşkasının döşəməyə bərkidilmədiyini nəzərə alaraq 96 saylı mənzilə su sızması 99 saylı mənzilin su, kanalizasiya xətlərində yaranan qəzadan, döşəmə altı izolyasiya qatında əmələ gələn qüsurlardan və mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 2/10 saylı evin 96 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması yerinə yetiriləcək təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 992,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan 96 saylı mənzilə baxış zamanı, həmin mənzildə hər hansı konstruktiv elementin dəyişdirilməsi müəyyən olunmamış, yalnız yaşayış otağı ilə eyvan tikilisi arasında olan divarda pəncərə və qapı bloklarının, eləcə də divarın pəncərənin altındakı hissəsinin söküldüyü müəyyən edilmişdir. Lakin, bina üzrə həmin sahədə su, kanalizasiya xətləri çəkilmədiyini, həmçinin yuxarıda qeyd olunan faktları nəzərə alaraq, 96 saylı mənzilə su sızmasının sökütü işləri ilə əlaqəli olmadığı müəyyən edilir. Tədqiq olunan mənzildə əvvəl təmir işləri aparılıbaparılmadığını müəyyən etmək üçün metodika olmadığından, bu sual üzrə tədqiqat aparılmamışdır. Birinci instansiya məhkəməsi məhz qeyd olunan ekspert rəyini əsas götürərək və Mülki Məcəllənin 1096-ci, 1097-ci, 1115-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçının mənzilinə suyun cavabdehin mənzilindən sızdığı müəyyən edilmişdir. Kollegiya ekspert rəyinin tədqiqat hissəsində qeyd olunanlara da diqqət çəkərək qeyd edir ki, 96 saylı mənzilə baxış keçirərək müvafiq ölçmə işləri aparan ekspert, su sızmanın müxtəlif səbəblərdən, 99 saylı mənzilin sanitar qovşağında yuyunmaq üçün su vannası və duş-kabina olmadığını və yuyunarkən suyun birbaşa döşəmənin üzərinə axıdıldığını, eləcə də unitaz çaşkasının döşəməyə bərkidilmədiyini nəzərə alaraq 96 saylı mənzilə su sızması 99 saylı mənzilin su, kanalizasiya xətlərində yaranan qəzadan, döşəmə altı izolyasiya qatında əmələ gələn qüsurlardan və mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən ola biləcəyini vurğulamış, su sızmanın 99 saylı mənzildən qaynaqlanmış olduğu ehtimalı üzərində dayanmışdır. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü mülahizələr heç bir mötəbər sübuta əsaslanmamışdır. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, məhkəmə iclasının kçerildiyi xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq onun təxirə salınmasını xahiş etdiyi, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Мəhkəməsinin 2(001)-729/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6642/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6642/2020
07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver