Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6656/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(001)-5439/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 oktyabr 2024-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş və iddiaçıya hüquqmüəyyənedici sənədləri təqdim etməklə müvafiq inzibati orqana müraciət etmək, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı halda isə inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət vermişdir. İddiaçı eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qərardaddan şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini qərara almışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı iddiaçının birinci vəkili (nümayəndəsi) Nərmin Quliyevanın elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və vəkil tərəfindən iddiaçıya təqdim edilmişdir. Həmin vəkillə arasında olan xidmət müqaviləsinə icra nəticəsində xitam verilmişdir. Həmin tarixdən 10 gün keçmədən, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən (vəkilsiz və nümayəndəsiz) kağız daşıyıcıda ümumi prosessual qaydada qərardaddan şikayət məhkəməyə göndərilmiş, şikayət həmin tarixdə elektron kabinetə də yerləşdirilmişdir. Daha sonra iddiaçıya SMS vasitəsilə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildiriş göndərilmişdir. Şikayətə yazılı icraat qaydasında deyil, şifahi məhkəmə baxışı zamanı baxılacağını güman etdiyindən və şikayətdəki məsələlər hüquqi müzakirə tələb etdiyindən yeni vəkillə - Vəkil2 ilə müqavilə bağlamaq məcburiyyətində qalmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Vəkil2 iştirak etmiş və müəyyən edilmişdir ki, məhkəmə iclası şikayətinə baxılması ilə əlaqədar deyil, dövlət rüsumunun "xxxx" KB ASCyə geri qaytarılması ilə bağlıdır. Həmin iclasda məlum olmuşdur ki, şikayətin geri qaytarılması ilə bağlı Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir və həmin qərardad xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. İddiaçı qərardad barədə yalnız xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Vəkil2 tərəfindən qərardad əldə edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət elektron kabinet vasitəsilə verilməmiş, kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayət elektron qaydada verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan sonra o, ilk dəfə elektron kabinetə xx.xx.2024-cü il tarixdə giriş etmiş və istifadə etməyə başlamışdır. Həmin tarixdə də şikayəti müddətin bərpasına dair ərizə ilə birlikdə elektron kabinetə yerləşdirmişdir. Məhkəmə müddətin bərpasına dair ərizəyə xx.xx.2024cüil tarixdə şifahi məhkəmə baxışı təyin etmiş və xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizəni təmin etməmişdir. Vahid məhkəmə təcrübəsinə əsasən məhkəmə sənədləri tərəflərin elektron kabinetinə yerləşdirildiyi anda deyil, onlar tərəfindən oxunduğu anda rəsmi qaydada verilmiş hesab edilir. Bununla yanaşı, qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3782/2024 nömrəli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, prosessual müddət müvafiq aktın məhkəmə tərəfindən göndərildiyi vaxtdan deyil, həmin aktın cavabdeh tərəfindən oxunduğu gündən başlayaraq hesablanmalıdır. İddiaçının elektron kabinetə ilk dəfə giriş tarixinə (xx.xx.2024-cü il tarix) və yalnız bundan sonra ikinci qərardadı oxumaq imkanının yaranmasına dair iş materiallarında sübutlar olsa da, məhkəmə bu faktiki halları nəzərə almamış, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 396.1-ci maddəsinin tələbinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.. İş materiallarında görünür ki, Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının vəkili (nümayəndəsi) X2 məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (elektron kabinet vasitəsilə) deyil, kağız daşıyıcıda iddiaçı tərəfindən şikayət verilmiş və Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2024-cü il tarixdə məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaçının vəkili (nümayəndəsi) Nərmin Quliyevaya məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. İddiaçı şikayətin müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyi üçün müddətin buraxılması Məhkəmə tərəfindən üzrlü hesab edilə bilməz. Şikayətin dəlilləri əsassızdır. MPM-in tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi iddiaçı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 oktyabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6656/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6656/2024
06.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver