Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-666/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Vəkil3 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2221/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 2(006)-2221/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “zərərin ödənilməsinə” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi 2(103)-3213/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5655/2021 saylı, 29 noyabr 2021-ci il tarixli Qərarı ilə təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsi 2(103)-1950/2022 saylı, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə şikayəti təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini təmin etmişdir. Qətnamədən cavabdehin verdiyi kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4568/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli Qərarı ilə təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İddiaçının apellyasiya şikayətinə əsasən mülki işə növbəti dəfə apellyasiya qaydasında baxılan zaman iddiaçı və cavabdeh hazırki mübahisə ilə bağlı razılıq əldə etdiklərindən barışıq sazişi bağladıqlarını və ərizələrlə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:
1. İddiaçı - İddiaçı QSC bu Sazişdə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi müqabilində iddia tələbindən tamamilə imtina edir.
2. Cavabdeh - Cavabdeh bu Sazişin 1-ci bəndində nəzərdə tutulan şərtin yerinə yetirilməsi müqabilində Məhkəmə İcraatına barışıq sazişi ilə xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının elan olunduğu tarixdən 10 (on) iş günü ərzində birdəfəlik şəkildə iddiaçının təsisçisi olduğu "xxxx" MMC-nin aşağıda qeyd olunan bank hesabına ödənilməklə cəmi 42,854 (qırx iki min səkkiz yüz əlli dörd) manat pul vəsaitini ödəməyi öhdəsinə götürür: Benefisiarın adı və VÖEN-i: "xxxx" MMC; **********; Hesab nömrəsi: AZ92PAHA40070AZNHC**********; Müxbir hesab nömrəsi: AZ82NABZ********************; Bankın adı və VÖEN-i: "xxxx" ASC; **********; SWİFT: PAHAAZ22 Kod: 505141
3. Cavabdeh tərəfindən hazırkı Sazişin 2-ci bəndində nəzərdə tutulan ödənişin edilməsi ilə Barışıq Sazişinin şərtləri tam icra edilmiş hesab edilir. Həmin ödənişin Sazişin 2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə həyata keçirilməməsi halında, İddiaçının hər gecikmə gününə görə Cavabdehdən 100 (bir yüz) manat məbləğində dəbbə pulu tələb etmək hüququ yaranır.
4. Bu Sazişdə nəzərdə tutulan bütün şərtlər tam icra edildikdən sonra cavabdeh - Cavabdeh və onun yeganə təsisçisi olduğu "xxxx" Kəndli-Fermer MMC-nin iddiaçı - İddiaçı QSC və iddiaçının təsisçisi olduğu "xxxx" MMC qarşısında yaranmış bütün öhdəliklərinə xitam verilmiş hesab edilir. Eyni zamanda, bu Sazişdə İddiaçı tərəfindən icra edilməli bütün şərtlər tam icra edildikdən sonra, Cavabdehin və onun yeganə təsisçisi olduğu "xxxx" Kəndli-Fermer MMC-nin İddiaçı və İddiaçının təsisçisi olduğu "xxxx" MMC-yə qarşı bütün hüquq və tələblərinə (o cümlədən, keçmiş təsisçilikdən irəli gələn) xitam verilmiş hesab edilir.
5. Barışıq Sazişində qeyd edilən müddət ərzində onun şərtləri icra edilməzsə və ya qərəzli olaraq pozularsa, bu hal məcburi icra hərəkətlərinin başlanması üçün əsas olacaq. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı QSC-nin Cavabdeh bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1. İddiaçı - İddiaçı QSC bu Sazişdə nəzərdə tutulan şərtlərin yerinə yetirilməsi müqabilində İddia Tələbindən tamamilə imtina edir.
2. Cavabdeh - Cavabdeh bu Sazişin 1-ci bəndində nəzərdə tutulan şərtin yerinə yetirilməsi müqabilində Məhkəmə İcraatına barışıq sazişi ilə xitam verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarının elan olunduğu tarixdən 10 (on) iş günü ərzində birdəfəlik şəkildə iddiaçının təsisçisi olduğu "xxxx" MMC-nin aşağıda qeyd olunan bank hesabına ödənilməklə cəmi 42,854 (qırx iki min səkkiz yüz əlli dörd) manat pul vəsaitini ödəməyi öhdəsinə götürür: Benefisiarın adı və VÖEN-i: "xxxx" MMC; **********; Hesab nömrəsi: AZ92PAHA40070AZNHC**********; Müxbir hesab nömrəsi: AZ82NABZ********************; Bankın adı və VÖEN-i: "xxxx" ASC; **********; SWİFT: PAHAAZ22 Kod: 505141
3. Cavabdeh tərəfindən hazırkı Sazişin 2-ci bəndində nəzərdə tutulan ödənişin edilməsi ilə Barışıq Sazişinin şərtləri tam icra edilmiş hesab edilir. Həmin ödənişin Sazişin 2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə həyata keçirilməməsi halında, İddiaçının hər gecikmə gününə görə Cavabdehdən 100 (bir yüz) manat məbləğində dəbbə pulu tələb etmək hüququ yaranır.
4. Bu Sazişdə nəzərdə tutulan bütün şərtlər tam icra edildikdən sonra cavabdeh - Cavabdeh və onun yeganə təsisçisi olduğu "xxxx" Kəndli-Fermer MMC-nin iddiaçı - İddiaçı QSC və iddiaçının təsisçisi olduğu "xxxx" MMC qarşısında yaranmış bütün öhdəliklərinə xitam verilmiş hesab edilir. Eyni zamanda, bu Sazişdə İddiaçı tərəfindən icra edilməli bütün şərtlər tam icra edildikdən sonra, Cavabdehin və onun yeganə təsisçisi olduğu "xxxx" Kəndli-Fermer MMC-nin İddiaçı və İddiaçının təsisçisi olduğu "xxxx" MMC-yə qarşı bütün hüquq və tələblərinə (o cümlədən, keçmiş təsisçilikdən irəli gələn) xitam verilmiş hesab edilir.
5. Barışıq Sazişində qeyd edilən müddət ərzində onun şərtləri icra edilməzsə və ya qərəzli olaraq pozularsa, bu hal məcburi icra hərəkətlərinin başlanması üçün əsas olacaq.
Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-2221/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova