Məhkəmə qərarları › İş №2(103)-6661/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6661/2020

07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6661/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X12 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-697/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 və Cavabdeh6 qarşı "daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan Cavabdeh4 İlqar qızının, X10 və X7 məcburi çıxarılması, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan Cavabdeh4 İlqar qızının, X10 və X7 qeydiyyatlarının ləğv edilməsi (qeydiyyatdan çıxarılması), ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi sonradan dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-697/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlili: Cavabdehlər həmin qətnamədən birgə apellyasiya şikayəti vermişlər, apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş, onlar məhkəmə iclaslarının keçirilməsindən xəbərdar olmamış, həmin mənzilin qiyməti dəyərindən çox aşağı qiymətə qiymətləndirilmiş, qeyri-qanuni hərrac keçirilmiş, lakin bu hallar rayon məhkəməsi tərəfindən nəzərə alınmamış, evin yenidən qiymətləndirilməsi həyata keçirilməmiş, onların bank qarşısında olan öhdəliklərinə yenidən baxılmamışdır. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Rzabəyli apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən məhkəmə icraatının qəsdən yubandırılması məqsədilə əsassız olaraq şikayət verilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan məlum olur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 İlqar qızı, X16, X13 və X14 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-196/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh X6 və Cavabdeh3 xx xxxxxx 2015-ci il tarixində vəfat etmiş X8 vərəsələri qismində tanınmaları, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1153/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə X3 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan ümumilikdə 126503,53 manat borc üzrə tutmanın xx xxxxxx 2015-ci il tarixli İ1014 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, göstərilən ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına X5 İddiaçı ASC-yə olan borcun ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipotela predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 40 manat xidmət haqqının cavabdehlər X6 və Cavabdeh3 iddiaçı “xxxxxxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. xx xxxxxx 2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilədən görünür ki, “sifarişçi” Nizami rayon İcra və Probasiya şöbəsi ünvan 2-ü “alıcı” İddiaçı ASC-nin tam mülkiyyətinə verməyi, “alıcı” isə həmin daşınmaz əmlakı qəbul edib onun dəyərini ödəməyi öhdəsinə götürür. Mənzilin əldə olunan qiyməti 40162,50 (qırx min yüz altmış iki manat 50 qəpik) manatdır. - xx xxxxxx 2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsindəki 82 saylı evin 13 saylı mənzili İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır. İddiaçı ASC-nin xx xxxxxx 2019-cu il tarixli PBCOS-3632 saylı bildirişindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və X9 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin qanunsuz istismarının dayandırılması və 5(beş) gün ərzində əmlakın tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi xahiş edilmişdir. Əks təqdirdə tərəflərindən qanunvericiliklə müəyyən olunmuş qaydada əmlakın boşaldılması dair iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qeyd etmişdir ki, yaşayış sahəsinin hazırda mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus olduğunu və əvvəlki mülkiyyətçinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilmiş, cavabdehlər həmin daşınmaz əmlaka mülkiyyət hüququnu itirmişdir. Məhkəmə cavabdehlərin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun qalmadığını və mənzilin hazırda İddiaçı ASC-nin xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin rayon məhkəməsində onların iştirakları olmadan məhkəmə iclaslarının keçirilməsinə dair dəlilinə əsasən bildirir ki, mülki işin materiallarından görünür ki, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, onların qeydiyyatda olduqları ünvana məhkəmə bildirişləri göndərilmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-697/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar