Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6664/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı qızının cavabdeh X10 qarşı pul tələbinə dair ilk, X10 Iddiaçı qızına və “xxxx” Kompani MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə dair Açar sözlər: (təmir xərci, əldən çıxmış fayda) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X11 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Ilk iddia üzrə iddiaçı Iddiaçı qızının nümayəndəsi və vəkili vəkil1 Rasim oğlunun, Ilk iddia üzrə cavabdeh X10 nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 5 1 ünvanda yerləşən ** saylı mənzilinə dair Iddiaçı qızına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2020- ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Iddiaçı qızı və onun ailə üzvləri X8, X4, X5 və X12 ünvan 4 1 ünvanında yerləşən ** saylı mənzilindən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir.
2. “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 2 korpus 1 ünvanda yerləşən ** saylı mənzildə aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 97786 manat məbləğində müəyyən olunur.
3. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə ünvan 3 korpus 1 ünvanda yerləşən ** saylı mənzildə (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, m3) aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 81951 manat məbləğində müəyyən olunur.
4. Alternativ Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025- ci il tarixli *** saylı mütəxəssis rəyindən görünür ki, ünvan 2 korpus 1 ünvanda yerləşən ** saylı mənzilin 2018-ci il üzrə aylıq icarə dəyəri 1115.1 manat, 2019-cu il üzrə aylıq icarə dəyəri 1128.9 manat, 2020-ci il üzrə dəyəri 687.9 manat, 2021-ci il üzrə aylıq icarə dəyəri 1241.4 manat, 2022-ci il üzrə aylıq icarə dəyəri 1298.9 manat, 2023-cü il üzrə aylıq icarə dəyəri 1326.4 manat olmaqla, həmin mənzilin 2018-2023-cü illər üzrə (5 il 1 ay müddətdə) ümumi icarə dəyəri 67626.4 manat məbləğində müəyyən edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Iddiaçı qızı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, F.Bayramov küçəsi, məhəllə 1156, korpus 1-də yerləşən ** saylı (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, m3) mənzilin təmirinə xərclənmiş 97700 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddiaçı qızı 2017-ci il ## #### tarixində xxxx Kompani MMC ilə ünvan 1-cı məhəllə, korpus 1-də yerləşən ** saylı mənzili almaq məqsədi ilə alqı-satqı müqaviləsi bağlamış və mənzilə sahiblənərək təmirə başlamışdır. Lakin, sonradan mənzilin başqa sahibi olduğu məlum olmuş və ## ###### 2021-ci il tarixində Xətai Rayon Məhkəməsi iddiaçı X10 cavabdeh Iddiaçı qızına qarşı 2(001)-****/**** nömrəli mülki işə baxaraq “Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 korpus 1 ünvanında yerləşən ** saylı mənzilinə dair Fərəməzova Gülnarə Fərhad qızına DƏDR Xidməti tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Fərəməzova Gülnarə Fərhad qızının və onun ailə üzvlərinin mənzildən çıxarılmaları və mənzilin boşaldılmasını qət etmişdir. 2023-cü il ## ### tarixində özü və ailə üzvləri mənzildən çıxarılmış, lakin, ailəyə məxsus əşyalar və mebellər hal-hazırki vaxtadək evdə qalmışdır. Gülnarə Fərəməzova və ailə üzvləri mənzildən çıxarılan zaman Şükürova Amalya ona 230000 manat ödənildiyi təqdirdə mənzili yenidən Gülnarə Fəraməzəvoya satacağı barədə şifahi razılığa gəlmişlər. xxxx Kompani MMC tərəfindən aldadıldığını başa düşən Iddiaçı qızı Azərbaycan Respublikası Baş Prokurorluğunun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə Şikayət ünvanlamış və Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə dəvət edilərək araşdırılma aparılmış və 2024-cü il oktyabr ayında xxxx Kompani MMC-nin nümayəndəsi tərəfindən Gülnarə Fərəməzovaya mənzilin alınmasına ödənilmiş pul geri qaytarılmışdır. Ödənişin yubadıldığı üçün mənzil bazarında bahalaşma baş verməsini səbəb gətirərək Amalya Şükürova mənzili Gülnarə Fərəməzovaya satmaqdan imtina etmiş, mənzili 320000,00 manata digər şəxsə satacağını, mənzili satdıqdan sonra təmirin əvəzi olaraq G.Fərəməzovaya 20000,00 manat ödəyəcəyini bildirmişdir. Lakin, işdə olan ## ###### 2024-cü il tarixli **-***/** nömrəli mütəxəssis rəyindən və əlavə edilmiş şəkillərdən də görünür ki, Iddiaçı mənzili yüksək keyfiyyətli, bahalı materiallarla təmir etmiş və mənzilin təmirinə daha çox vəsait sərf etmişdir. Mənzilin təmirinin keyfiyyətli olması səbəbindən mənzil hazırda yüksək bazar dəyərinə malikdir.
7. Qarşılıqlı iddia üzrə iddiaçı X10 Gülnarə Fərhad qızına və “xxxx” Kompani MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildən istifadə edə bilməməsi səbəbindən əldən çıxmış fayda kimi 67.100 manatın və 291.3 manat ödənilmiş dövlət rüsumunun, cəmi 67.391.3 manat pulun müştərək qaydada Iddiaçı qızından və “xxxx” Kompani MMC-dən tutularaq ona ödənilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X10 “xxxx Kompani” MMC-nin direktoru X3 ilə müqavilə bağlayaraq ## #### 2007-ci ildə onların ünvan 1 ünvanında inşa etdikləri * saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan ** nömrəli 3 otaqlı mənzili almışdır. Mənzil tikilib qurtardıqdan sonra “xxxx Kompani” MMC-nin əvvəlki direktoru Məzahir Cəfərovun vəfat etməsindən istifadə edərək MMC-nin təsisçisi olan X18 və “xxxx Kompani” MMC-nin direktoru X13 mənzilin ona verilməsindən imtina etmişlər. Amalya Şükürovanın “xxxx Kompani” MMC-yə qarşı mənzilin ona verilməsi barədə Xətai Rayon Məhkəməsində iddia ərizəsinə baxılarkən X14 Rəqiyyə Müseyib qızının adına ## ###### 2007-ci il tarixli saxta müqavilə və maliyyə arayışı hazırlayaraq guya mənzilin Amalya Şükürovadan qabaq həmin şəxsə satılması barədə məhkəməyə sənəd təqdim etmiş və məhkəmə R.Əliyevanı üçüncü şəxs kimi işə cəlb etmişdir. Xətai Rayon Məhkəməsi ünvan 1 ünvanında inşa etdikləri * saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan ** nömrəli 3 otaqlı mənzilə dair “xxxx Kompani” MMC ilə X9 arasında ## ###### 2007-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməklə, onun həmin mənzildən çıxarılması və mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınmaqla, mənzilin ona verilməsi qət etmişdir. Məhkəmənin iddianın təmini tədbirinə dair qəradadı ##.##.2018-ci il tarixdə Xətai rayon Icra və probasiya şöbəsinin əməkdaşları tərəfindən icra edilərkən aktın tərtibində cavabdeh Iddiaçı əri Elşad Fəraməzov da iştirak etmiş, mənzilin mübahisəli olduğunu və məhkəmənin qəradadına əsasən mənzildə təmirin qadağan edildiyini bilmişdir. Cavabdeh “xxxx Kompani” MMCnin və üçüncü şəxs X9 apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin ## ##### 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi icra mərhələsində olan da “xxxx Kompani” MMCnin vəzifəli şəxsləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli mənzilə dair X10 hüquqlarının tanındığını, o cümlədən Ali Məhkəmənin ##.##.2020-ci tarixli qərarı ilə MMC-nin və Iddiaçı qızının verdikləri kassasiya şikayətlərinin təmin edilmədiyini bildikləri halda, sonuncunun hüquqularının əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Iddiaçı adına hüquq müəyyənedici sənədlər tərtib edərək, müvafiq dövlət orqanına təqdim etmişlər. Amalya Şükürovanın yenidən Xətai Rayon Məhkəməsinə müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Iddiaçı qızına verilmiş ##.##.2020ci il tarixli ********** qeydiyyat mömrəli çıxarış ləğv edilmiş, Iddiaçı qızının ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilsə də dəyişdirilmədən saxlanılmış və qətnamə icra edilərək mənzil ##.##.2023-cü il tarixdə boşaldılmaqla cavabdeh1 təhvil verilmişdir. Ali Məhkəmə MPM-nin 265.4-cü maddəsinə istinad edərək ##.##.2022-ci il tarixli, 2(102)- ****/**** saylı xüsusi qərardadı ilə eyni mənzili müxtəlif vaxtlarda bir neçə şəxsə satmaqla, məhkəmə mübahisəsi gedən müddətdə həmin iddiada cavabdeh tərəf olmaqla mənzilin mübahisəli olduğunu bildiyi halda, həmin mənzili Iddiaçı qızının adına keçirməklə və sonuncunun hüquqlarının əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün şərait yaratmaqla vətəndaşların mənafelərinə ziyan vurulması ilə bağlı cavabdeh “xxxx Kompani” MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətləri aşkar edildiyindən, bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər vermişdir. Iddiaçının özünün təqdim etdiyi iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən göründüyü kimi “xxxx Kompani” MMC-nin vəzifəli şəxsləri və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmış “xxxx Kompani” MMCnin təsisçisi X6 tərəfindən Iddiaçı qızına dəymiş ziyanın ödənilməsi səbəbindən ## ####### 2024-cü il tarixdə barışıq əldə olunmuşdur. Lakin, Iddiaçı qızı “xxxx Kompani” MMC-nin vəzifəli şəxsləri ilə əlbir olmaqla 2018-ci ilin aprel ayından başlayaraq X10 qanuni mənzilindən istifadə etməsinə imkan verməmiş və mənzildən istifadə etməklə əldə edəcəyi faydadan məhrum etmişlər. Belə ki, tərəflər arasında mübahisənin başladığı dövrdən mənzilin yerləşdiyi ərazidə 3 otaqlı, təxminən eyni ölçüdə olan mənzillərin aylıq kirayə haqqı 1350-1600 manat civarında olmuşdur. Yəni ilkin iddia üzrə iddiaçı olan Iddiaçı qızı “xxxx Kompani” MMC-nin rəhbərliyi ilə əlbir olmaqla X10 5 il 1 ay müddətində hər ay təxminən 1100 manat kirayə haqqı olmaqla mənzildən əldə ediləcək 67.100 manat (61 ay x 1100 manat = 67.100 manat) faydadan məhrum olmuşdur. Ona görə belə hesab etmişdir ki, mübahisənin obyektiv həlli üçün “xxxx Kompani” MMC də qarşılıqlı iddia üzrə cavabdeh kimi işə cəlb edilməklə, mənzildən istifadə edə bilmədiyindən əldən çıxmış faydaya görə 67.100 manat pul müştərək qaydada Iddiaçı qızından və “xxxx Kompani” MMC-dən tutularaq Amalya Şükürovaya ödənilməlidir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Amalya Şükürovadan 81951 manat alınaraq Iddiaçı qızına ödənilməsi, “xxxx” Kompani MMC-dən 67100 manat alınaraq Amalya Şükürovaya ödənilməsi, ilk və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının xərci olan 350 manatın 175 manatı Iddiaçı qızından, 175 manatı Amalya Şükürovadan alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir (hakim – Nail Abbasov) . 10.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, ünvan 5 1 ünvanda yerləşən ** saylı mənzilinə dair Iddiaçı qızına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, həmin mənzil Amalya Şükürovaya təhvil verilmişdir. Lakin, mənzil Iddiaçı istifadəsində olduğu müddətdə onun tərəfindən təmir edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia üzrə iddiaçı tərəfindən mənzilə dair tikinti təmir işləri aparılmaqla mənzilin dəyəri artmışdır. Beləliklə də ilk iddia üzrə cavabdeh əsassız varlanmışdır. Məhkəmə tərəfindən təmir xərclərinin hesablanması üçün mütəxəssis rəyi alınmış, həmin rəyə əsasən təmir xərclərinin miqdarı 81951 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, Amalya Şükürovadan 81951 manat alınaraq Iddiaçı ödənilməlidir.
12. Məhkəmə qarşılıqlı iddia tələbinə dair münasibətdə qeyd etmişdir ki, 2018-2023-cü illər ərzində Amalya Şükürova “xxxx” Kompani MMC-nin hərəkətləri nəticəsində öz əmlakından məhrum edilməklə ondan istifadə edə bilməmiş, nəticədə ona “xxxx” Kompani MMC tərəfindən maddi zərər vurulmuşdur. Amalya Şükürovaya vurulmuş maddi ziyanın miqdarına gəldikdə məhkəmə qeyd etmişdir ki, Alternativ Ekspertiza Mərkəzinin rəyində göstərilən məbləğ qarşılıqlı iddia tələbində olan məbləğdən çox olduğundan, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməli, 67100 manat “xxxx” Kompani MMC-dən alınaraq Amalya Şükürovaya ödənilməlidir. 13.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1091, 1092.1, 1093, 21.1, 21.2-ci; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 21-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X10 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddiaçı X10 2018- 2023-cü illər ərzində cavabdehlər tərəfindən öz əmlakından məhrum edilməklə ondan istifadə edə bilməməsi nəticəsində ona dəymiş zərərə görə məsuliyyəti təkcə “xxxx Kompani” MMCnin üzərinə qoymuş, lakin müştərək qaydada digər cavabdeh Iddiaçı qızından zərərin əvəzinin tutularaq X10 ödənilməsi tələbinin təmin edilməməsini əsaslandırmamışdır. Halbu ki, iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə Iddiaçı qızı mübahisəli mənzil üzrə vicdanlı alıcı hesab edilmədiyindən, onun mübahisəli mənzildən çıxarılması qət edilmiş, bununla da, onun “xxxx Kompani” MMC-nin vəzifəli şəxsləri ilə əlbir olmaqla 2018-ci ilin aprel ayından başlayaraq X10 qanuni mənzilindən istifadə etməsinə imkan vermədiyi və mənzildən istifadə etməklə əldə edəcəyi faydadan məhrum edilməsi müəyyən edilmişdir. Belə ki, qarşılıqlı iddia üzrə dəymiş zərərə görə hər iki cavabdeh məsuliyyət daşıdığı halda məhkəmə bunun yalnız “xxxx Kompani” MMC-nin üzərinə qoymaqla, dolayısı olaraq ilkin iddia üzrə iddia tələbinin təmin edilməsinə hüquqi əsas yaratmışdır. Yəni, zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir və bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir. Buna görə də məhkəmə mübahisənin həlli üçün MM-nin 21.2, 21.3, 1096-cımaddələri ilə yanaşı, həm də MM-nin 1113-cü maddəsini tətbiq etməklə, Iddiaçı qızının iddiasının rədd edilməsi və qarşılıqlı iddiaçı X10 dəymiş zərərin ödənilməsi öhdəliyinin birgə qaydada Iddiaçı qızının və “xxxx Kompani” MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul etməli idi. Məhkəmə hazırkı mübahisə ilə əlaqədar əsassız olaraq cavabdehin mülki hüquqi məsuliyyət daşıması qənaətinə gəlməklə, ilkin iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Mübahisə predmetinə daxil olan mənzildən iddiaçı və onun ailə üzvləri 2023-cü ilin may ayında çıxarılmış və mənzil Amaliya Şükürovaya həmin vaxtı təhvil verilmişdir.Yəni iddiaçı və onun ailə üzvləri mənzildə 5 ildən artıq bir müddətə yaşasalar da, aparılmış təmir-tikinti işlərinə dair smeta tərtib edilərkən mütəxəssis tərəfindən tədqiq olunan material qiyməti, istehsal yeri, tarixi, onların 2017-2020-ci illərə olan pərakəndə (sərbəst) satış qiyməti, əşyaların və bötövlükdə mənzilin köhnəlmə faizləri nəzərə alınmadan qiymətlər həddindən artıq şişirdilmişdir. Iş üzrə həm iddiaçının özünün təqdim etdiyi ##.##.2024-cü il tarixli, **-***/** nömrəli, həm də məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı üzrə verilmiş mütəxəssis rəyləri mübahisə predmetinə daxil olan mənzilin təmirinə xərclənmiş vəsaitin (tikintidə istifadə edilmiş materialların qiyməti 2017-2020-ci illərdə olan bazar qiyməti, usta haqqı və s. hallar nəzərə alınmaqla) məbləğinin müəyyən edilməsi baxımından obyektiv rəy hesab edilə bilməz. Belə ki, təmir tikinti mütəxəssislərinin təcrübi olaraq 2025-ci il üçün “ekonom”, “standart” və “premium” (kompleks) təmir-tikinti paketləri arasında hər kvadrat metrə görə qiymətin təxminən 270-400 manat aralığında dəyişildiyini bildirdikləri halda, 2017-2020-ci illərdə olan bazar qiyməti, usta haqqı və s. hallar nəzərə alınmaqla hər kvadtar metrə görə 583,28 manat (81951 manat : 140,5 kv.m = 583,28 manat) olması tamamilə qeyri-obyektiv qiymətdir. Məhkəmə ilkin iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün verilən vəsatətləri nəzərə almamış, təmir zamanı istifadə edilmiş materialların və alınmış əşyaların qiymətinin aşınma (köhnəlmə) faizinin müəyyən edilməsi barədə məhkəmənin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadı ilə “xxxx” MMC-yə göndərilmiş sorğu, ##.##.2025-ci il tarixli, ETM-***/TQ/** saylı cavab məktubu ilə müvafiq metodikanın mövcud olmaması səbəbindən rəy verilmədən geri qaytarılmışdır. Yuxarıda qeyd edilənlər onu göstərir ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir ki, bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Mülki işin materiallarına əlavə edilmiş məhkəmə qətnamələri ilə Iddiaçı qızının mübahisəli mənzil üzrə vicdanlı alıcı hesab edilməməsi səbəbindən onun mübahisəli mənzildən çıxarılması qət edildiyi və onun “xxxx Kompani” MMC-nin vəzifəli şəxsləri ilə əlbir olmaqla 2018-ci ilin aprel ayından başlayaraq X10 qanuni mənzilindən istifadə etməsinə imkan vermədiyi halda, məhkəmə qarşılıqlı iddiaçı X10 2018-2023-cü illər ərzində cavabdehlər tərəfindən öz əmlakından məhrum edilməklə ondan istifadə edə bilməməsi nəticəsində ona dəymiş zərərə görə məsuliyyətin təkcə “xxxx Kompani” MMC-nin üzərinə qoyulması barədə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, iştirak etməsə də, ona deyilənə görə tərəflər arasında mənzili qaytarmaq və ya əşyaları çıxarmamaqla əlaqədar belə bir şifahi razılaşma olub. Əslində qarşı tərəf özü günahkar olub, əgər onlar deyilən vaxtda çıxsaydılar, bu məsələ həll edilərdi. Onlar arasında olan ilkin razılaşma 230 min manatla bağlı olub. MTK-dan 230 min manat alınmasına razı olublar. Daha sonra tərəf maddi və mənəvi cəhətdən ziyana düşüb. Deyilən vaxtda qarşı tərəf evdən çıxmadı və 230 min manatı da MTK-dan ala bilmədi. 11 ay ləngitmə ilə bağlı heç bir yazılı müraciət də olmayıb. Həmin pul verilmədiyinə görə də bu şifahi razılaşma pozulub. Bundan əlavə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən verilmiş cavab məktubunda 170 min manat qeyd edilsə də, ona verilən məlumata əsasən 180 min manat verilib. Görünür ki, tərəfə mənzil ala biləcəyi miqdarda, yəni 170 min manat vəsaitin verilməsi qeyd edilir, evin qiymətindən əlavə 52 min manat pul verilib. O, hesab edir ki, 52 min manat evin təmiri üçün kifayət qədər olan vəsaitdir. 18.Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 Rasim oğlu apellyasiya şikayətini qəbul etmədi, izahatında və ona verilən suala cavab olaraq bildirdi ki, 2022-ci ilin iyun ayında icraçı qərar qəbul edib ki, 10 gün ərzində ev boşaldılsın. Onların həmin dövrdə qarşılıqlı razılığı var idi. Tələbləri evin təmiri ilə bağlı idi. Qarşı tərəf də bununla razılaşmışdı. Bəli, 11 ay gecikdirmə olmuşdur, amma evin yenidən onlara satılması ilə bağlı aralarında razılıq olub. Ilk növbədə 230 min manatla bağlı razılaşma olub, lakin MTK pulu az verib. Iddiaçı çalışıb ki, 230 min manatı düzəldib qarşı tərəfə təqdim etsin, lakin bu mümkün olmayıb. Yalnız bundan sonra icraçıya müraciət edilib və evin boşaldılması ilə bağlı qərar qəbul edilib. Həmin vaxta qədər qarşı tərəfin müraciəti olmayıb. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin sözügedən cavab məktubunda müqavilənin bağlanma tarixindən uzun müddət keçməsi nəzərə alınaraq əlavə pul ödənilmişdir, həmin müqavilədə isə təmirsiz mənzildən söhbət gedir
19. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qarşılqlı iddia üzrə cavabdeh “xxxx” Kompani MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrı cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti üzrə qətnaməni ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün kollegiya qətnamənin əsaslılığını ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 2017-ci ildə Iddiaçı qızı ilə xxxx Kompani MMC arasında mübahisə predmeti olan ünvan 1-cı məhəllə, korpus 1-də yerləşən ** saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış və mənzil təhvil verilmişdir. Iddiaçı qızı mənzil onun sahibliyində olduğu dövrdə mənzili təmir etdirmişdir.
27. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Iddiaçı qızı və onun ailə üzvləri mübahisə predmeti olan mənzildən çıxarılmış və mənzil X10 təhvil verilmişdir.
29. Ilk iddia üzrə iddiaçı Iddiaçı təmir xərcinin əvəzini, qarşılıqlı iddia üzrə iddiaçı Amalya Şükürova isə mənzildən istifadə edə bilməməsi səbəbindən əldən çıxmış fayda qismində ona dəymiş zərərin əvəzini tələb edir.
30. “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ünvan 2 korpus 1 ünvanda yerləşən ** saylı mənzildə aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 97786 manat məbləğində müəyyən olunur.
31. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə ünvan 3 korpus 1 ünvanda yerləşən ** saylı mənzildə (yeni qaydalarla AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 38, M8, m3) aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 81951 manat məbləğində müəyyən olunur.
32. Kollegiya “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinin hazırlanma metodologiyasını, bazar təhlilinə əsaslanmasını, 2017-2020-ci illərdə olan bazar dəyərinin, usta haqqının və s nəzərə alınmasını və rəyin əsaslandırma hissəsinin dolğun olmasını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyi mübahisələndirilən mənzilin tikinti-təmir işlərinin təqribi dəyərinin müəyyən edilməsi üçün möbətər sübut kimi qiymətləndirilməlidir.
33. Ilk iddia üzrə cavabdeh həmin rəylə razılaşmayaraq aparılmış təmir-tikinti işlərinə dair smeta tərtib edilərkən mütəxəssis tərəfindən tədqiq olunan material qiymətlilərinin istehsal yeri, tarixi, onların 2017-2020-ci illərə olan pərakəndə (sərbəst) satış qiyməti, əşyaların və bötövlükdə mənzilin köhnəlmə faizlərinin nəzərə alınmadan qiymətlərin həddindən artıq şişirdildiyini qeyd etsə də, rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim etməmişdir. 34.Ilkin iddia üzrə cavabdehin dəlillərindən biri də odur ki, mənzilin dəyəri ilkin iddia üzrə iddiaçıya xxxx Kompani MMC tərəfindən ödənilmişdir. 35.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, Sahil -D Kompani MMC tərəfindən ünvan 2 korpus 1 ünvanda yerləşən ümumi sahəsi 157.6 kvm olan mənzilin ##.##.2017-ci il tarixdə təkrarən Fərəmazova Gülnarə Fərhad qızına 118000 manata satılması müəyyən edilmiş, xxxx Kompani MMC-nin təsisçisi tərəfindən müqavilənin bağlanma tarixindən uzun müddət keçməsi nəzərə alınaraq həmin dövrdə zərərçəkmiş şəxs Gülnarə Fərəmazovanın mənzil ala biləcəyi miqdarda, yəni 170000 manat dəyərində maddi ziyan ## ####### 2024-cü il tarixdə ödənilmişdir. 36.Kollegiya qeyd edir ki, Iddiaçı qızına ödənilən məbləğ onun müqavilə üzrə ödədiyi məbləğin kompensasiyası olmuşdur. Yəni 2017-ci ildə mənzilin 1 kv.m üçün olan məbləğlə 2024-cü ildə olan məbləğ arasında fərq vardır. Məktubda da aydın qeyd olunur ki, müqavilənin bağlanma tarixindən uzun müddət keçməsi nəzərə alınmışdır.
37. Beləliklə, kollegiya işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən mənzilə dair təmir-tikinti işləri aparılmaqla mənzilin dəyərinin artması nəticəsində, ilkin iddia üzrə cavabdeh əsassız varlandığından məhkəmə ilk iddianı qismən təmin edərək Amalya Şükürovadan 81951 manat məbləğində təmir xərcinin əvəzinin tutulması qənaətinə gələrkən qanuni və əsaslı nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbini cavabdeh Iddiaçı qızına münasibətdə rədd edən məhkəmənin mövqeyini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi X10 ünvan 5 1 ünvanda yerləşən ** saylı mənzildən məhrum olması və istifadə edə bilməmsində qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı qızının da təqsirli olmasını nəzərə almamışdır.
39. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, 2(011)- ****/**** nömrəli qətnaməsi ilə ünvan 5 1 ünvanında yerləşən ** saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M8, m3) dair Iddiaçı qızına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Iddiaçı qızının və onun ailə üzvləri X8, X7, X5 və X12 ünvan 5 1 ünvanında yerləşən ** saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 38, M8, m3) çıxarılmaları və mənzilin boşaldılması qət olunmuşdur.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)- *****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, 2(011)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, 2(102)- 1598/2022 nörməli qərarı ilə cavabdeh Iddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2021-ci il tarixli, *(***)-*****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərar alınmışdır. 42.## #### 2022-ci il tarixdə Iddiaçı qızının mənzilin boşaldılması ilə bağlı icra vərəqəsi verilmişdir (i.v.153) . 43.Kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı qızı artıq qəti şəkildə bilirdi ki, mübahisə predmeti olan mənzili tərk etməlidir, bununla bağlı icra edilməli olan qanuni qüvvəsini almış məhkəmə aktı vardır. Lakin buna baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı qızı tərəfindən mənzil 2023-cü ilin may ayında təhvil verilmişdir.
44. Belə olan halda kollegiya hesab edir ki, X10 həmin mənzildən məhrum olması nəticəsində əldən çıxmış faydanı digər cavabdehlə müştərək qaydada Iddiaçı qızından tələb etməkdə haqlı olmuş, məhkəmə iddianı Iddiaçı qızına münasibətdə rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
45. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, digər cavabdehlə müştərək qaydada Iddiaçı qızından 12100 (11 ay*1100) manat məbləğində pul tutularaq X10 ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat Iddiaçı qızından tutularaq X10 ödənilməlidir. 46.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Qarşılıqlı iddia üzrə iddiaçı X10 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Iddiaçı qızından müştərək qaydada 12100 (on iki min yüz) manat məbləğində pul tutularaq X10 ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 manat Iddiaçı qızından tutularaq X10 ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.