Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6668/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Cahangir Yusifovdan ibarət tərkibdə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Ənvərovanın Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1113/2024 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə qətnamədən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti geri qaytarılsın. 2.Həmin qərardad xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilib. 3.Bu tarixdəm 1 ay 3 gün sonra – xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, xx.xx.2024-cü il tarixli qərardaddan şikayətvermə müddəti bərpa edilsin. O, eyni zamanda həmin qərardaddan verdiyi şikayəti də məhkəməyə göndərib. 4.Müddətin bərpası barədə ərizə onunla əsaslandırılıb ki, qanunvericiliyə görə, məhkəmə aktı işdə iştirak edən şəxslərə rəsmi qaydada veriılməlidir, lakin xx.xx.2024-cü il tarixli qərardın surəti vaxtında iddiaçıya (işdə iştirak edən şəxsə) verilməyib, həmin qərardad iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixdə alınıb. 5.Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, şikayətvermə müddətinin bərpası barədə ərizə təmin edilməsin. 6.İddiaçının vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verərək xahiş edib ki, həmin qərardad ləğv edilsin. 7.Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İddiaçı həmin müddəti üzrlü səbəb olmadan ötürüb. 9.Belə ki, “təmsilçilik” anlayışına əsasən məhkəmə aktının tərəfin nümayəndəsinə verilməsi məhz tərəf üçün prosessual hüquqlar və vəzifələr yaradır. Nümayəndə məhkəmə aktını təmsil etdiyi tərəfin adından alır, bununla da həmin tərəf üçün şikayətvermə müddətinin axımı başlayır. Ona görə də məhkəmə aktının tərəfin nümayəndəsinə verilməsi məhkəmə aktının tərəfə verilməsi sayılır. Əgər nümayəndə məhkəmə aktını aldıqdan sonra bu barədə tərəfə məlumat verməyibsə və ya məhkəmə aktından şikayət verilməsi barədə tərəfin tapşırığını yerinə yetirməyibsə və ya digər bu kimi hallar baş veribsə, tərəf şikayətvermə müddətinin bərpası üçün ərizə ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırkı işdə belə halların mövcud olduğu müəyyən edilmir. 10.MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni təmin etməyib. 11.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1113/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6668/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6668/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver