Məhkəmə qərarları › İş №2(103)-6670/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6670/2020

18.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6670/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətəBakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş binanın 1112 saylı mənzilinə vurulmuş ziyana görə 19.300 manat məbləğində, mənzildən istifadə etmək hüququndan məhrum olduğu bütün müddət ərzində kirayə qalmaq üçün xərclədiyi 24.000 manat məbləğində, mənəvi zərərə görə 10.000 manat məbləğində, hüquqi yardımın göstərilməsinə görə 111 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 19.300 manat və 28000 manat məbləğində ziyan tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti geri qaytarılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, həmin qərardaddan Cavabdehının verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətini müdafiə edərək apellyasiya şikayətinə baxılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin olunmalı, mübahisələndirilən qərardad ləğv edilərək Cavabdeh qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Cavabdeh nümayəndəsi (vəkili) Əliyeva Könül Nəriman qızı qətnamənin surətini xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Həmçinin, iş materiallarından görünür ki, şikayət birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Mübahisə doğuran məqam şikayətin hansı tarixdə poçt xidmətinə təhvil verilməsidir. Belə ki, cavabdeh tərəf deyir ki, apellyasiya şikayətini poçt xidmətinə xx.xx.2020-ci il tarixdə təhvil verib, iddiaçı tərəf və birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin gec (xx.xx.2020-ci il tarixdə) verildiyini qeyd edir. Apellyasiya şikayətinə əlavə edilmiş 025290 və 025293 saylı poçt qaimələrindən şikayətin poçt xidmətinə nə vaxt verildiyini dəqiq müəyyən etmək mümkün deyil. Birinci instansiya məhkəməsi isə qeyd edilənlərlə bağlı araşdırma aparmayaraq apellyasiya şikayətini mümkün hesab etməmiş və müddətin bərpası barədə ərizəni də təmin etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı iş Cavabdeh ərizəsinə yenidən baxılması üçünhəmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqlaCavabdeh ərizəsinə yenidən baxılması üçünhəmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar