Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6670/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı olunun cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 50 saylı Notariat ofisinə qarşı “pul tələbi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2022-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə icraatı dayandırılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayətin təmin edilməsini, xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu xx.xx.2021ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndinə görə, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (MPM) edilmiş dəyişikliklərin bir hissəsi birinci instansiya məhkəmələrinin qətnamə və qərardadlarından verilən apellyasiya şikayətlərinin forma və məzmunu, habelə apellyasiya şikayətinin verilməsi qaydasına aiddir. MPM-nin 361.1-ci maddəsin də şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. MPM-nin 361.1-ci maddəsində həmçinin qeyd edilmişdir ki, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Lakin Cavabdeh2 qərardaddan verdiyi şikayətdən görünür ki, şikayət MPM-nin 361.1-ci maddəsində nəzərdə tutulmuş (“MPM-ə əlavə 2”-də müəyyən edilmiş) formaya uyğun tərtib edilməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Şikayət qaytarılmalıdır. Çünki MPM-in 363.1.1-1-ci maddəsinə görə, şikayət bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qərardaddan verilmiş şikayəti qaytarmamış, ona mahiyyəti üzrə baxmış apellyasiya qaydasında baxılması üçün onu Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bundan başqa, Məhkəmə, ən əsası olaraq bildirir ki, “mülki iş üzrə icraatın dayandırılmasının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmanın davam etdirilməsi barədə” qərardaddan şikayətin verilməsi MPM-də nəzərdə tutulmamışdır. Hazırki işin baxılmasına və sonrakı hərəkətinə mane yaranmamışdır. MPM-nin 395-ci maddəsinin mənasına görə isə, MPM-də qərardaddan şikayətin verilməsi nəzərdə tutulmadığı halda və qərardad işin sonrakı hərəkətinə mane olmadıqda qərardaddan şikayət verilmir. Həmin qərardaddan narazı qalmış işdə iştirak şəxs qərardada münasibətdə olan etirazlarını qətnamədən verə biləcəyi apellyasiya şikayətinə daxil edə bilər. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli qərardad barəsində ayrıca şikayət verilə bilməyən kateqoriyaya aid olan qərardaddır. Lakin Cavabdeh2 həmin qərardaddan şikayət vermiş, Rayon Məhkəməsi isə həmin şikayətə baxmış, şikayətə qiymət vermiş və baxılması üçün şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263, 264 və 402-cı maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı olunun cavabdehlər Cavabdeh2 və Bakı Şəhəri 50 saylı Notariat ofisinə qarşı “pul tələbi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2022-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6670/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6670/2022
15.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver