Məhkəmə qərarları › İş №2(103)-6689/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6689/2024

03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6689/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından üçüncü şəxs Bank "xxxx" ASC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan Bank "xxxx" ASC-yə və Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

2. Üçüncü şəxs Bank "xxxx" ASC-nin qətnamədən apellyasiya şikayəti vermiş, onun şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən, eyni zamanda müddətin bərpasına dair ərizəyə münasibət bildirilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş, mülki iş geri qaytarılmışdır.

3. Qeyd edilən qərardada əsasən rayon məhkəməsi eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadla apellyasiya şikayətini geri qaytarmışdır.

4. Həmin qərardaddan bankın verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

7. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

8. Belə ki, mülki işdən göründüyü kimi bankın verdiyi apellyasiya şikayəti ilk dəfə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilərkən xüsusi olaraq vurğulanmışdır ki, bank şikayət vermə müddətini ötürmüş, lakin müddəti bərpasına dair verilmiş ərizəyə rayon məhkəməsi tərəfindən hər hansı münasibət bildirilməmişdir.

9. Həqiqətən də, bankın apellyasiya şikayətinin məzmunundan görünür ki, bank şikayət verməklə yanaşı, həm də şikayətində ayrıca olaraq ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Rayon məhkəmə isə bu barədə ərizənin ayrıca deyil, şikayətin tərkib hissəsi kimi verildiyini əsas gətirməklə qərardadla şikayəti xx.xx.2024-cü il tarixdə geri qaytarmışdır.

10. Qeyd edilənlərlə bağlı kollegiya qeyd edir ki, rayon məhkəməsinin bu qənaəti əsaslı olmamışdır. Belə ki, prosessual qanunvericilikdə müddətin bərpası barədə ərizənin mütləq qaydada ayrıca verilməsi kimi bir tələb nəzərdə tutulmamışdır. Həm də eyni məsələyə dair uzun müddətdir ki, oturuşmuş məhkəmə təcrübəsi mövcuddur.

11. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

12. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

13. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

14. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X5rşı işlər).

15. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

16. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

18. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

19. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

20. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Üçüncü şəxs Bank "xxxx" ASC tərəfindən verilən şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-32/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və müddətin bərpasına dair ərizəyə münasibət bildirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar