Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6702/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X3 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “məhkəmə xərclərinin bölüşdürülməsi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı1 və X3 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi, ½ hissədə İddiaçı1, ¼ hissədə X2, ¼ hissədə Cavabdeh mülkiyyətində olmuşdur.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(011)- 737/2009 nömrəli qətnaməsinə əsasən xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı2 X2 üzərində qəyyum təyin edilmişdir.
3. X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
4. Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli sərəncamına əsasən X1 Vüqar Bəxtiyar oğlunun üzərində qəyyum təyin edilmişdir.
5. 06.08.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 vərəsələri İddiaçı1 və X12 onun ünvan ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ¼ hissəsindən ibarət olan miras əmlakının 1/3 hissəsinə payları müəyyən edilmiş və Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ünvan 7/12 hissədə İddiaçı1, ¼ hissədə Cavabdeh, 1/12 hissədə X3 (1/12 hissədə X2 payı açıq qalmışdır) mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 və İddiaçı2 (X2 qəyyumu olaraq onun əvəzinə) Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin paylara uyğun naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə edərəkCavabdeh ilə paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsinin paylara uyğun naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı mərhum X7 prosessual hüquq varisi olaraq qardaşı X12 ilə əvəz edilmişdir.
8. Məhkəmə tərəfindən X9 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsi ½ hissədə İddiaçı1, ¼ hissədə X2 və ¼ hissədə isə Cavabdeh ümumi paylı mülkiyyətindədir. Ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin 1/4 hissəsinin sahibi olan X7 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və Xətai rayon İcra Hakimiyyətinin sərəncamı əsasında baldızı İddiaçı2 onun üzərində qəyyum təyin edilmişdir. Paylı mülkiyyətlərində olan bu torpaq sahəsindən cavabdeh səbəbindən birgə istifadə mümkünsüz hala gəldiyindən onun naturada bölünməsi zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq cavabdehə yazılı şəkildə müraciət olunsa da, heç bir cavab əldə edilməmişdir. Hətta DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən paylara mütənasüb bölgü sxemi tərtib edilsə də, cavabdeh həmin sxemi imzalamaqdan imtina etmişdir.
10. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3479 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin üç hissəyə, yəni ½, ¼ və ¼ paylara uyğun naturada ayrılması texniki baxımdan mümkündür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
11. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin üç hissəyə və dörd hissəyə ayrılması texniki cəhətdən mümkündür. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
12. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 63/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsinin İddiaçı1, Cavabdeh və X3 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun bölünməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E saylı 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli 10/7396 №-li ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməsindən sonra sahəsi 700,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq İddiaçı1, 300,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X4, 100,0 kv.m olaraq müyyənləşdirilən hissə naturada ayrılaraq X5 (X4 naturada ayrılmış sahəyə bitşik olmayan hissədən) verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyi nəzərə alınmalı, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7396 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməlidir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəyinə əlavə olunmuş bölgü sxemindən görünür ki, torpaq sahəsi paylara uyğun olaraq 700 kv.m, 300 kv.m, 100 kv.m və 100 kv.m hissələrlə bölünmüşdür. Məhkəmə araşdırması zamanı müyyən olunmuşdur ki, 300 kv. m torpaq sahəsi cavabdeh X18 Qızının istifadəsindədir. Hazırki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 isə Cavabdeh əri olmaqla onunla birgə təsərrüfat aparırlar. Eyni zamanda Bayram Quliyev mərhum bacısı Yaqut Quliyevanın vərəsələrindən biridir.
15. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, torpaq sahəsi ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun naturada bölünərkən Bayram Quliyevində həmin torpaq sahəsində payının olmasının və onun Cavabdeh əri olması, həmçinin gələcəkdə ona düşən payı cavabdehin torpaq sahəsi ilə birləşdirməsi ehtmalını nəzərə aldıqda, bölgü sxemində olan iki 100,0 kv.m hissədən Cavabdeh düşən hissəyə bitşik olmayan hissə naturada ayrılaraq X5 verilməlidir.
16. Məhkəmə həmçinin hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məhkəmə xərci cavabdehə aid edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 213, 215.1, 215.2, 220.1-220.6-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 97.1, 97.5, 103.1,119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun qismən - iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissəsində dəyişdirilərək qeyd edilən məbləğin “ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X7 xx.xx.2022-ci il tarixində vəfat etdiyinə görə, mərhumun payına düşən ¼ hissə, 1/12 hissə olaraq onun vərəsələri arasında bölünməli idi. Nəticə olaraq, Etibar 7/12 hissə, Könül ¼ hissə, Vüqar və Bayram da hər birinə 1/12 hissədə olmaq üzrə 4 yerə bölünməli idi. 2022-ci ilin mart ayından mərhum X2 vərəsəlik işləri ilə məşğul olan Etibar mərhumun ölüm faktını məhkəmədən və ekspertizadan gizlətmişdir. Çünki yuxarıda qeyd edildiyi kimi, onun arvadı, İddiaçı2 X2 qəyyumu idi. Bundan əlavə, Etibarın məhkəmədən ona verilməsini tələb etdiyi ərazi onu istifadəsində olmayan sahə olmuşdur. Və bu tələbə cavabdehin nümayəndəsi etiraz edilərək cavabdehin hüquqlarının pozulduğunu bildirmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli 10/7396 № li tikinti-texnikiekspert rəyinə əlavəedilmiş torpaq sahəsinin bölgü sxemi həqiqətləri əks etdirdiyinə görə qeyd edilən bölgü sxeminə hər hansı bir etiraz olmamışdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qətnamədə isə qeyd edilən 100 manat ekspertiza xərclərinin cavabdehdən tutulması qeyd edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehin nümayəndəsi iddiaçının qardaşıdır və vaxtı uzatmaq məqsədilə apellyasiya şikayətini vermişdir. İddiaçının torpaq sahəsinin alıcısı var, cavabdehin nümayəndəsi istəmir həmin torpaq sahəsi satılsın, nə də ki, özü həmin sahəni almır.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçıya, cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız ekspertiza xərcinin cavabdehdən tutulmasına dair hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən isə ekspertlərə verilməli məbləği xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir.
28. İş materiallarından görünür, cavabdehin nümayəndəsi məhkəmədən iş üzrə məhkəmə-tikinti ekspertizasının təyin edilməsini xahiş etmiş, ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdehin nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək başqa ekspertin təyin edilməsini xahiş etmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, cababdehin nümayəndəsi (eyni zamanda üçüncü şəxs) X9 İddiaçı1 qardaşı olmaqla məhkəmə iclaslarında iştirak etmiş, bacısı X2 vərəsəsi olmaqla onun ölümü barədə özünün də məhkəməyə məlumat vermək imkanı olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-63/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: