Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6703/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxxx” Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı “xxxxxxx” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-7339/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxx” Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxxx” Şirkətinin nümayəndəliyinə məxsus H 021 319 dövlət nömrə nişanlı “Mazda 2” markalı avtomaşına vurulan ziyanın əvəzində 674,76 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,20 manat, cəmi 705,06 manat Cavabdeh tutularaq “xxxxxxx” Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə idarə etdiyi “Toyota Prado” markalı **-FE-*** dövlət nömrə nişanlı avtomaşinla Bakı şəhər, Füzuli küçəsində yol hərəkət qaydasını pozaraq “xxxxxxx” Sığorta Şirkətində sığortalanmış “xxxxxxxxxxxxxxxxxxx” Şirkətinin nümayəndəliyinə məxsus H 021 319 dövlət nömrə nişanlı “Mazda 2” markalı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomaşına maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nın BYP 792909 saylı X2 Protokolunda öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomobilə dəymiş ziyanla bağlı “xxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx xxxxx 2014-cü il tarixli 0093 nömrəli akta uyğun olaraq, həmin avtomaşına 753,20 manat ziyan dəymişdir. MİC No 130888-U05 saylı sığorta Müqaviləsinə və 006045 saylı sığorta aktına əsasən “xxxxxxx” Sığorta Şirkəti azadolma məbləği 78,44 manat çıxmaqla 674,76 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “xxxxxxx” Sığorta Şirkətinə dəymiş zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunan yol-nəqliyyat hadisəsində “xxxxxxx” Sığorta Şirkətində sığortalı olan zərərçəkən “xxxxxxxxxxxxxxxxxxx” Şirkətinin nümayəndəliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. “xxxxxxx” Sığorta Şirkəti zərərçəkən “xxxxxxxxxxxxxxxxxxx” Şirkətinin nümayəndəliyinə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-7339/2014 saylı, xx xxxxxx 2014cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehapellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini yol-nəqliyyat hadisəsində təqsirinin olmaması və avtomobilə dəymiş ziyanın məbləğinin şişirdilməsi arqumentilərilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək sığorta ödənişinin ondan tutulmasının əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şiakyətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-nin BDYPİ-nin xx xxxxxx 2014-cü il tarixli BYP 792909 saylı X2 Protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “Toyota Prado” markalı avtomobillə Bakı şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozmuş və nəticədə H 021 319 dövlət nömrə nişanlı “Mazda 2” markalı avtomaşınla toqquşmuşdur. Cavabdeh qeyd olunan yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri bilinmiş və barəsində 80 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “xxxxxxxxxx” MMC tərəfindən verilmiş 767178 saylı qaimə fakturanın kötüyündən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində H 021 319 dövlət nömrə nişanlı “Mazda 2” markalı avtomaşına 753,20 manat maddi ziyan dəymişdir. Nəqliyyat vasitəsinin sığortası şəhadətnaməsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxx” Şirkətinə məxsus “Mazda-2” markalı minik avtomaşını xx xxx 2013-cü il tarixdən xx xxx 2014-cü ilədək “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. 006045 saylı sığorta aktının surətindən və 0094 saylı qiymətlərin razılaşdırılması Protokolundan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində H 021 319 dövlət nömrə nişanlı “Mazda 2” markalı avtomaşına dəymiş ziyana görə 753,20 manat məbləğində sığorta ödəniş hesablanmışdır, sığorta şəhadətnaməsi üzrə azadolma məbləği (franşiza) 78,44 manat sığortalı tərəfindən ödənilmişdir. xx xxxxxxx 2012-ci il tarixli 2320 saylı kassa məxaric orderinin surətindən görünür ki, “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən “xxxxxxxxxx” MMC-yə H 021 319 dövlət nömrə nişanlı “Mazda 2” markalı avtomaşının təmiri müqabilində 753,20 manat məbləğində sığorta ödənişi verilmişdir. xx xxxxxxx 2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30,20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuşCavabdehdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Xüsusilə nəzərə almaq lazımdır ki, S. Piriyev zərərin məbləğinin şişirdildiyini iddia etməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı sənəd təqdim etməmiş, beləliklə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; iddiaçı şirkətin isə sığortalıya məhz 753,20 manat ödəmiş olduğu və bu məbləğin sığorta şəhadətnaməsi üzrə azadolma (franşiza) 78,44 manatının sığortalı tərəfindən ödənildiyi rəsmi sənədlərlə (ödəniş tapşırıqlar) öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-7339/2014 saylı, xx xxxxxx 2014cüil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6703/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6703/2020
23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver