Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6720/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-ya və X4 qarşı “yüksək mərtəbəli yaşayış binasının avtomobil dayanacağındakı dayanacaq yerinə hüquqların bərpa edlməsi və digər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və X5 tərəfindən verilmiş apelyasiya şikayətlərinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MTK-ya və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dayanacaq yerinə hüquqlarının bərpa edilməsi vəzifəsinin həmin avtodayanacağın (parkinqin) yerləşdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X4 həvalə edilməsi, həmin dayanacaqdan istifadə etməsinə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması, 27 aprel 2018-ci il tarixli HM-ARMM 2 HUQ101-000157 saylı müddətsiz Xidmət Müqaviləsinə əsasən 2.800 manat məbləğində artıq alınmış vəsaitin cavabdeh "xxxx" MMC-dən və mənəvi ziyana görə 3.000 manatın cavabdehlər "xxxx" MMC və Cavabdeh2 МТК-dan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və X5 ayrı-ayrılıqda apellayasiya şikayətlərini verərək onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayətlər qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə, Cavabdeh1 MMC-nin və X2 verdikləri apelyasiya şikayətlərini nəzərdən keçirərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, maddi hüquq normalarının, bu normaların pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Cavabdeh prosessual hüquq normaları sadalamaqla kifayətlənmiş, şikayəti ümumi məzmunda tərtib etmiş, qətnamə çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmiş, ümumiyyətlə şikayətin quruluşunda 1-ci bənddən 5-ci bəndə, 5-ci bənddən 7-ci bəndə, 7-ci bənddən isə 12-ci bəndə keçilərək pozuntuya yol verildiyi müəyyən edilmişdir. Eləcə də cavabdeh X5 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, maddi hüquq normalarının, bu normaların pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Cavabdeh işin hallarını sadalamaqla kifayətlənmiş, şikayəti ümumi məzmunda tərtib etmiş, qətnamə çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətlərin cavabdehlərə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2078/2023 saylı, 16 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətlər cavabdehlərə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6720/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6720/2023
23.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver