Məhkəmə qərarları › İş №2(103)-6722/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6722/2023

30.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6722/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1236/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1236/2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermis və müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə göstəib ki, sözügedən məhkəmə prosesinin gedişatı barədə Cavabdeh məlumatı olmamışdır. Qətnamə Cavabdeh xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Yəni, şikayətin verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür. Göstərilənlər nəzərə alınmaqla prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1236/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, sözügedən qətnamə Cavabdeh xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, lakin, şikayət apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş forma və məzmuna əməl edilmədiyindən, həmçinin 1 aylıq şikayət müddəti ötürüldüyündən geri qaytarılmışdır. Yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla, apellyasiya şikayətinin və buraxılmış prosessual müddətin bərpasına dair ərizə cavabdeh tərəfindən uzun müddət buraxılmaqla bir neçə ay sonra verilmişdir. Ərizəçi tərəfindən prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə əsas verən müvafiq sənədlər, sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, prosessual müddətin bərpası barədə ərizə əsaslandırılmamışdır. Məhkəmə qeyd edib ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən bir neçə ay sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbi üzrə iddiaçının (tələbkar) hüquqi maraq və mənafelərini nəzərə almaq lazımdır. Nəzərə almaq lazımdır ki, qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Borclunun öz prosessual hüquqlarından istifadə etməməsi nəticəsində hazırki ərizə üzrə prosessual müddətin bərpa olunması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla mülki prosessual münasibətlərdə qeyri-müəyyənliyə, mülki hüquq münasibətlərinin subyektlərinin hüquqlarının və qanuni maraqlarının pozulmasına, hüquqdan suiistifadəyə səbəb ola bilər. Müvafiq rəsmi sənədlərin təqdim edilməsinin məhkəmənin mülahizəsi ilə fərqli formada təfsir edilməsi yolverilməzdir. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi, qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə proseslərinin gedişatından məlumatı olmadığı üçün elektron kabinetinə qətnamənin yerləşdirilməsindən xəbəri olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1236/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Əvvəla, iş materiallarının 68-ci vərəqindəki məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:32-də e-2(004)-1236/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnamə elektron imza ilə təsdiq edilməklə Cavabdeh məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir. Yəni, 20 may 2023-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitir. Həmin müddət bitdikdən sonra, 07 iyul 2023-cü il tarixdə apellyasiya şikayəti elektron kabinet vasitəsilə “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətini ən geci 20 may 2023-cü il tarixdə verməli olduğu halda 07 iyul 2023-cü il tarixdə vermişdir. Cavabdeh qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət bitdikdən sonra, yəni 07 iyul 2023-cü il tarixdə apellyasiya şikayətini və müddətin bərpasına dair ərizəni elektron kabinetdə yerləşdirmişdir. Cavabdeh üzrlü səbəb kimi qətnamənin “Elektron Məhkəmə İnformasiya Sistemi”nə yerləşdirilmədiyini və buna görə də onun tərəfindən qətnamənin xx.xx.2023-cü il tarixdə rəsmi qaydada şəxsən əldə etdiyini bildirsə də, bu halı təsdiq edən mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də şikayət verərkən apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh hər hansı bir üzrlü səbəb olmadan apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan müddəti ötürdüyündən, müddətin bərpası üçün də əsas omadığından şikayət təmin edilə bilməz. Şikayətində göstərdiyi dəlillər isə, yuxarıda qeyd olunanlara əsasən təkzib olunur. Göstərilənlərə əsasən, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1236/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1236/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar