Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6728/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbinə müvafiq olaraq tələbin həcmini azaltmış, tələbini yalnız Cavabdeh qarşı yönəltmiş və sonuncudan vurulmuş maddi zərərin əvəzi olaraq 33 000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin azaldılması barədə sonuncu ərizədə X5 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-881/20) iddia tələbi təmin olunaraq Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 33.000 (otuz üç min) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsini ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixdə Cavabdeh Bakı şəhəri 6 saylı notariat kontorunda verilmiş 28371 saylı reyestr nömrəli etibarnamə əsasında cavabdeh X3 adından verilmiş etibarnamə əsasında “X8 PRADO” markalı, ban nömrəsi JTEBL29J28K001136, buraxılış ili 2008, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobili 34 000 ABŞ dollarına almışdır. Bu məqsədlə o, 19 000 (on doqquz min) ABŞ dolları nağd, 15000 (on beş min) ABŞ dolları müqabilində isə qiymətləndirilərək pul əvəzi olaraq “MERCEDES BENZ 240” markalı, mühərrik nömrəsi **********1949, ban nömrəsi VVDB2100611A956630, buraxılış ili 2000-ci il, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilini xx xxx 2012-ci il tarixli etibarnamə əsasında Cavabdeh vermişdir. xx.xx.2017ci il tarixədək, 6 il müddət ərzində “X8 PRADO” markalı, Ban nömrəsi JTEBL29J28K001136, buraxılış ili 2008, ** GD *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının sahibliyində olmuşdur. Həmin tarixdə iddiaçı ** GD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda avtomobili saxlanılaraq əlindən alınmış, məcburi duracağa yerləşdirilmişdir. Araşdırdıqda iddiaçıya məlum olmuşdur ki, cavabdeh X3 hansısa borcunun müqabilində verilmiş iddia tələbi əsasında borclu qismində onun əmlaklarına o cümlədən, faktiki sahibliyində olan, ** GD *** dövlət qeydiyyat nişanlı, “X8 PRADO” markalı avtomobilinin üzərinə həbs qoyularaq həmin avtomobilə də yönəlmişdir. Nəticədə “X2” MMC-nin hərracın yekunları barədə 280 nömrəli, xx xxxxxx 2017-ci il tarixli protokolu əsasında iddiaçının avtomobili real dəyərindən dəfələrlə aşağı 16 000 (on altı min) manata satılaraq özgəninkiləşdirilmişdir. Nəticədə iddiaçıya maddi ziyan vurulmaqla yanaşı, mənəvi ziyan da vurulmuşdur. Belə ki, sözügedən avtomobilə görə iddiaçı 19 000 ABŞ dolları nağd, 15 000 ABŞ dolları müqabilində isə qiymətləndirilmiş “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh vermişdir. İddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 34 000 ABŞ dolları pul və pul əvəzi olaraq avtomobili verilsə də, hazırda həmin ** GD *** dövlət qeydiyyat nişanlı, “X8 PRADO» markalı avtomobilin bazar dəyəri “xxxxxxx” MMC-nin verdiyi xx xxxxxxx 2019- cu il tarixli, MB 12/835 nömrəli arayışa görə 33 000 (otuz üç min) manat təşkil edir. Avtomobilin cavabdehlərdən alınmasını cavabdeh X3 adından verilmiş etibarnamə əsasında Cavabdeh iddiaçıya və qızına verdiyi etibarnamələr və iddiaçının “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh verdiyi etibarnamələrdən də görünür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli aktdan da görünür ki, ** GD *** dövlət qeydiyyat nişanlı, “X8 PRADO” markalı avtomobil Nəsimi rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən iddiaçıdan alınmışdır. Göstərilənlərə əsasən cavabdehlər X5 və Cavabdeh iddiaçıya vurulmuş maddi zərərin məbləği olaraq 34 000 ABŞ dolları (15000 ABŞ dolları nağd verilmiş məbləğ və 15 000 ABŞ dolları müqabilində verilmiş şəxsi “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil) müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətləri “X8 Prado” markalı avtomobilin alqı-satqı müqaviləsindən yaranan münasibətlər kimi qəbul etməkdə haqlı olmamışdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə etibarnamə verilməsi tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Avtomobil iddiaçının sahibliyinə verilmiş və iddiaçı buna görə ona pul vermiş olsa da, o, həmin pulu özündə saxlamamış, əmlakın mülkiyyətçisinə vermişdir. Cavabdehin nümayəndəsi və vəkili Ş.Rəfiyev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan “X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq X3 mülkiyyətində olmuş, E.Vərəsli xx.xx.2012-ci il tarixdə həmin avtomaşına dair Cavabdeh adına 50 il müddətinə etibarnamə vermiş, Cavabdeh isə etibarnamə üzrə ona verilmiş səlahiyyətdən istifadə edərək avtomobili sərəncamvermə hüququ ilə etibar edilmişi başqasına etibar etmə qaydasında verdiyi etibarnamə əsasında eyni müddətə İddiaçı istifadə və sahibliyinə vermiş, bu məqsədlə Cavabdeh 19 000 (on doqquz min) ABŞ dolları nəqd pul və 15000 (on beş min) ABŞ dolları müqabilində qiymətləndirilərək pul əvəzi olaraq “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilini xx xxx 2012-ci il tarixli etibarnamə əsasında onun istifadəsinə vermişdir. Elşən Vərəslinin borcu olduğuna görə avtomobilin üzərinə həbs qoyulmuş, avtomobil xx.xx.2017-ci il tarixdə iddiaçının istifadə və sahibliyindən götürülmüş və xx.xx.2017-ci ildə hərracda satılmışdır. Hazırda “X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobillər özgəninkiləşdirilmişdir. İddiaçı əvvəlcə mübahisəli avtomobilin alqı-satqısına dair hərracın nəticələrini mübahisələndirmiş, həmin iddiası təmin olunmadığından dəymiş zərərin əvəzinin ödənilməsi barədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında sözügedən avtomobilin alqı-satqısı barədə razılaşmada iddiaçı mülki-hüquqi vicdanlılıq vəziyyətində olmuş, faktiki olaraq həmin avtomobilin mülkiyyətçisi olmuşdur. Lakin sözügedən avtomobil iddiaçıdan alınaraq özgəninkiləşdirilmişdir. Bununla da cavabdeh iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borclu olduğu halda, mübahisələndirilən avtomobilin dəyərini iddiaçıya qaytarmamışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının mübahisəli avtomobilin dəyərini ödəməsi iş materiallarında olan sənədlərlə, o cümlədən xx.xx.2012-ci il tarixli, ƏN-İİİ № 750562 saylı və xx.xx.2012-ci il tarixli, ƏN-İİİ № 750563 saylı etibarnamələrlə öz təsdiqini tapır. Belə ki, həmin etibarnamələrlə Elşən Vərəsliyə məxsus olan “X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən 50 il müddətinə İddiaçı sahibliyinə və istifadəsinə verilmiş, həmçinin İddiaçı məxsus olan “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlıavtomobil 50 il müddətinə Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X8 Prado” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri hazırda 33.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbini əsaslı saymış və gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 21, 158, 164, 1096, 1097-ci və s. maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apelyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobil üzərəində sərəncam verilməsi barədə etibarnamə alqı-satqını əvəz etməsə də, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında faktiki olaraq alqı-satqı həyata keçirilmiş və mübahisəli avtomobilin dəyəri cavabdehə ödənilmişdir. Əslində, cavabdeh apelyasiya şikayətində bu halı təsdiq etmiş, lakin avtomobilin satışına görə aldığı məbləği özündə saxlamadığını, avtomobilin mülkiyyətçisi olan Elşən Vərəsliyə verdiyini göstərmişdir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı bundan əvvəl mübahisəli avtomobilin alqı-satqısı ilə bağlı hərracın yekunlarını məhkəmə qaydasında mübahisələndirmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd olunmuşdur. Qanuni qüvvəyə minmiş həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli avtomobillə bağlı Elşən Vərəsliyə pul ödəməsini sübuta yetirə bilməmişdir. Həmin qətnamə artıq qanuni qüvvəyə mindiyindən və bu qətnamə ilə müəyyən edilən halların gələcəkdə İddiaçılə Elşən Vərəsli arasında ziyanın ödənilməsi barədə qaldırılmış məhkəmə mübahisəsi zamanı preyudisial keyfiyyət daşıyacağını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisəli avtomobilə dair pulu məhz Cavabdeh verdiyindən və Elşən Vərəsliyə qarşı iddiasının perspektivsiz olduğunu nəzərə alaraq yalnız Cavabdeh, yəni pulu bilavasitə verdiyi şəxsə qarşı iddia qaldırmışdır. Digər tərəfdən, iş materiallarından da göründüyü kimi, iddiaçının mülkiyyətində olan və mübahisəli avtomobilin dəyərinin bir hissəsinin əvəzi müqabilində verilmiş “MERCEDES BENZ 240” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən E.Vərəsliyə verilməmiş, iddiaçının verdiyi etibarnamə əsasında başqa şəxsə satılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisəli avtomobilə görə iddiaçıdan aldığı məbləği Elşən Vərəsliyə verdiyini sübuta yetirdiyi halda həmin məbləği sonuncudan tələb etmək hüququnu özündə saxlayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6728/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6728/2020
23.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver