Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6745/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC) iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, mənzilin boşaldılması, təhvil verilməsi və kompensasiya ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC cəlb olunmaqla) “müqavilənin ləğvi, mənzilin boşaldılması, təhvil verilməsi və kompensasiya ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)- 2878/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən tərəflər iddiaçının mübahisəli ünvanda inşa etdiyi binada mənzillərin daxili ipoteka krediti əsasında satışı üçün alıcılara bank tərəfindən kredit ayırması barədə razılığa gəlmişlər.
2. İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli, 293 saylı mənzilin alqı satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MTK ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaiti ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
3. İşdə olan "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126 133 manat məbləğində kredit vermişdir.
4. “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MTK “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016- RA-XA nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürmüş olduğu öhdəlikləri üzrə borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
5. İşdə olan "xxxx" MMMC-nin 25 mart 2022-ci il tarixli, 45 saylı arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 8-ci mərtəbədə yerləşən, 1 otaqdan ibarət olan 37 saylı mənzildə yaşayır.
6. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3876/2021 saylı qətnaməsinin surətindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin cavabdehlər Cavabdeh və X7 qarşı borc tələbinə dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh və X3 müştərək qaydada cəmi 150827,91 manat məbləğində pulun tutulması qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11080/2021 saylı qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3876/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2436/2022 saylı qərarı ilə cavabdehlər Cavabdeh və X9 tərəfindən ayrıayrılıqda verilmiş kasasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli, 2(103)-11080/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. İşdə olan "xxxx" MTK-nın Cavabdeh ünvanladığı xx.xx.2022- cü il tarixli bildirişin surətindən görünür ki, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2022-ci il tarxili, 21 nömrəli arayışından görünür ki, X10 "xxxx" MTK-nın sədr müavini vəzifəsində işləyir.
MTK-nın idarə heyətinin sədr müavini barədə məktubu qeyd edilməlidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC cəlb olunmaqla) “müqavilənin ləğvi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutulararaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirməsinə dair ərizə verərək, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 293 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin Cavabdeh qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və "xxxx" MTK-ya təhvil verilməsi, xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumun cavabdehdən tutulararaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 293 nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK həmin ünvanda inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140 148 manat müəyyən edilmiş və 14 015 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 126 133 manat isə "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı "Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın bir-başa və ya dolayı bütün məsrəfləri və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq. "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalan ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli, 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün Borcalana illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126133 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli, 293 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən, Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2016-cı il tarixli, 293 nömrəli "xxxx" MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir. Cavabdeh həm "xxxx" MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xxxx-2016-RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki Cavabdeh "xxxx" MTK-dan aldığı S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzilə dair verilmiş kredit üzrə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır. Bundan əlavə, Cavabdeh verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili "Azərbaycan Beynəlxalq Bankı" ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, Cavabdeh həmin öhdəliklərin icrasından da yayınmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə "Azərbaycan Beynəlxalq Bankı" ASC Cavabdeh və zamin X8 qarşı "borc" tələbi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh və X4 müştərək qaydada 121474,60 manat əsas borc, 29353.31 manat faiz borc olmaqla, cəmi 150827.91 manat kredit borcu və 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "Azərbaycan Beynəlxalq Bankı" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 3876/2021 saylı qətnaməsi ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən məbləğin Cavabdeh və X4 müştərək qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılaraq 2(103)-11080/2021 saylı qətnamə ilə şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11080/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilən kassasiya şikayətinə Ali Məhkəmədə xx.xx.2022-ci il tarixdə baxılaraq 2(102)- 2436/2022 kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MTK ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi- Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşmar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin üçüncü şəxslərə ötürülməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi- Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin edir. "xxxx" MTK ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" MTK Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli 125-xx-xx-2016-RA-XA saylı Kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən Cavabdeh bildiriş göndərilərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və tərəflər arasında bağlanan müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə, habelə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müraciətinə əsaslanaraq, xx.xx.2016-cı il tarixli, 293 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən birtərəfli qaydada xitam verildiyi və mənzilin başqa şəxsə təkrar satışı həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzilin əldə edilməsi üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən Cavabdeh verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmış, S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022ci il tarixədək boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "xxxx" MTK tərəfindən göndərilən pretenziyaya R. Babayeva tərəfindən heç bir münasibət bildirilməmiş və hal-hazıradək mənzili təhvil verməkdən yayınmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)- 2878/2022 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) idda tələbi təmin edilməmiş, ödənilmiş 100 (bir yüz ) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.1, 421.2, 423.2, 421.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli 293, nömrəli S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MTK Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 152 küçəsində inşa edilmiş 5 girişli,12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, Alıcı mənzilin təmir-quraşdırma işlərinə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və Alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Həmin müqavilənin 3.1-ci və 3.2ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140 148 manat müəyyən edilmiş və 14 015 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 126 133 manat isə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı “Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə keçir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın bir-başa və ya dolayı bütün məsrəfləri və “Azərbaycan Beynəlxalq Bankı” ASCnin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq.
18. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-12-07- 2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə İddiaçı MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126133 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli, 293 nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi116,79 kv.m-dən ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən, Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xx.xx.2016-cı il tarixli 293 nömrəli İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir.
19. Cavabdeh İddiaçı MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh İddiaçı MTKdan aldığı S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasınin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzilə dair verilmiş kredit üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır. Bundan əlavə, Cavabdeh verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili “Azərbaycan Beynəlxalq Bankı” ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, Cavabdeh həmin öhdəliklərin icrasından da yayınmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC Cavabdeh və zamin X8 qarşı “borc tələbi” barədə iddia ərizəsi ilə Sabuncu Rayon Məhkəməsinə müraciət etmiş, həmin kredit və zaminlik müqavilələrinə əsasən Cavabdeh və X4 müştərək qaydada 121474,60 manat əsas borc, 29353.31 manat faiz borc olmaqla, cəmi 150827.91 manat kredit borcu və 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3876/2021 saylı qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən məbləğin Cavabdeh və X4 müştərək qaydada“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən verilən şikayətlərə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə baxılaraq 2(103)-11080/2021 saylı qətnamə ilə şikayətlər təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-11080/2021 saylı qətnaməsindən verilən kassasiya şikayətlərinə Ali Məhkəmədə xx.xx.2022-ci il tarixdə baxılaraq kassasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
20. İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi-Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin 3-cü şəxslərə ötürülməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi-Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin edir. İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı MTK Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA saylı kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.1-ci bəndi ilə Borc alan Kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həmin öhdəliklərin tam şəkildə icrasını, o cümlədən belə icra edilməmə nəticəsində Banka dəymiş zərərin əvəzinin və hesablanmış penyanın ödənilməsini Zamindən tələb etmək, 2.2.2-ci bəndi ilə Zamin bu Müqavilədə göstərilmiş öhdəliklərini icra etmədikdə Zaminə qarşı mövcud olan tələblər məbləğində pul vəsaitlərini Zaminin Bankdakı hesablarında akseptsiz qaydada (Zaminin sərəncamı olmadan) silmək, 2.2.3-cü bəndi ilə Kredit müqaviləsi üzrə əsas borcun qaytarılmasını, faizlərin, eləcə də dəbbə pulunun ödənilməsini təmin etmək üçün müvafiq məbləğdə pul vəsaitlərinin Zaminin Bankdakı bütün bank hesablarında bloklaşdırmaq, Borc alan tərəfindən xx.xx.2016-cı il tarixli 125-xx-xx-2016-RA-XA saylı kredit müqaviləsinin 4.3, 7.3, 12.2 və 12.6-cı bəndlərinin tələbləri icra edilməyərək müqavilə üzrə öhdəliklər pozularsa, Zaminə yazılı və ya şifahi qaydada müraciət etmək, mənzilə dair Bankın xeyrinə müvafiq məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsi, mənzilin Bankda ipoteka hüququ ilə rəsmiləşdirilməsi və ya üçüncü şəxsə (və ya şəxslərə) təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına Banka olan borc məbləğinin tam ödənilməsi üçün xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA saylı kredit müqaviləsinin 15.8-ci bəndi ilə zamin və borc alan arasında bağlanılan xx.xx.2016-cı il tarixli 293 nömrəli “S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi”nin 5.6-cı bəndi ilə nəzərdə tutulmuş mənzil üzrə bütün hüquqların zaminə ötürülməsinə yazılı və ya şifahi qaydada razılıq vermək bankın hüquqları kimi təsbit edilmişdir. Həmin müqavilənin 2.3.1-ci bəndi ilə borc alanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə borc alanla birlikdə məsuliyyət daşımaq, 2.3.4-cü bəndi ilə zamin və borc alan arasında bağlanılan xx.xx.2016-cı il tarixli 293 nömrəli “S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsi”nin 5.4, 5.6, 10.1 və 10.2-ci bəndlərinin müddəalarına əsasən həmin müqaviləyə birtərəfli qaydada xitam verərək mənzilə dair bankın xeyrinə müvafiq məhdudlaşdırma tədbirlərinin həyata keçirilməsini, mənzilin bankda ipoteka hüququ ilə rəsmiləşdirilməsini və ya üçüncü şəxsə (və ya şəxslərə) təkrar satışının həyata keçirilməsi yolu ilə əldə olunan vəsait hesabına, lakin bununla məhdudlaşmayaraq həm də öz hesabına banka olan borc məbləğinin tam olaraq ödənilməsini təmin etmək (bu zaman mənzildə yaşayış olduqda, onun boşaldılmasına dair iddiaların məhkəmədə qaldırılması və qısa müddətdə həll edilməsi üçün zamin zəruri tədbirləri görməlidir) zaminin vəzifələri kimi təsbit edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanmış, S.Qocayev küçəsi 152 (yeni qaydalarla S.Qocayev 21) ünvanda inşa edilmiş 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi, mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı MTK tərəfindən göndərilən pretenziyaya Cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və hal-hazıradək mənzili təhvil verməkdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı MTK-ya rəsmi qaydada müraciət olunmuş və Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASCyə olan borcunun ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliklə və zaminlik müqaviləsində nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Kredit müqaviləsi üzrə borcunun ödənilməsi və mənzilin ipoteka ilə yüklü edilməsi barədə Cavabdeh ilə aparılmış bütün danışıqlar nəticəsiz qalmış və və onun tərəfindən ödəniş edilməsinə dair hər hansı müsbət addım atılmamışdır. O cümlədən mənzili bankda girov qoymaq öhdəliyindən də yayınmışdır. Nəticədə yuxarıda qeyd edilən müqavilələrə əsasən İddiaçı MTK-nın “Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliyi meydana gəlmiş, bank hesablarının bloklaşdırılması, hesablarda olan vəsaitin akseptsiz qaydada silinməsi riski yaranmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi və bildirdi ki, cavabdeh maddi vəziyyəti ilə bağlı mənzilə görə verilmiş krediti ödəyə bilməmişdir.
24. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, MTK ilə bank arasında bağlanmış birgə fəaliyyət planına əsasən bank cavabdehə daxili ipoteka krediti vermişdir. Cavabdehin MTK-dan aldığı mübahisəli mənzilə görə bank tərəfindən ona ödənilmiş kredit məbləği MTK-nın bankda olan depozit hesabına köçürülsə də, həmin məbləğ tərəflər arasında olan müqavilələrin şərtlərinə əsasən bank tərəfindən bloklaşdırılmışdır, MTK həmin pul vəsaitindən istifadə edə bilməz. Borclu kredit borcunu ödəyə bilmədiyi halda bank MTK-nın depozitində olan həmin məbləği məhkəmə qətnaməsi əsasında cavabdehdən tutulması qət edilən 150827,91 manat məbləğində kredit borcuna siləcəkdir. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
29. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
30. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
33. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
34. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
35. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
36. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
37. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
38. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
39. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
40. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
42. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
44. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
52. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh X6 mübahisəli mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli, 93 saylı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək mənzilin dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. Mənzilə dair alınmış kreditə görə banka borcu yaranmışdır. Cavabdeh xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qanunun ona verdiyi imkandan istifadə edərək qabaqcadan ödənişlərini etmişdir. Bu isə, iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmadığını göstərir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır.
54. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı MTK ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən tərəflər iddiaçının mübahisəli ünvanda inşa etdiyi binada mənzillərin daxili ipoteka krediti əsasında satışı üçün alıcılara bank tərəfindən kredit ayırması barədə razılığa gəlmişlər. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi-Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi Borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə görə, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin üçüncü şəxslərə ötürülməsini öhdəsinə götürür. Müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi-Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyri-yaşayış sahəsinin boşaldılmasını təmin edir.
55. xx.xx.2016-cı il tarixdə İddiaçı MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmış və müqavilənin şərtinə görə mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə cəmi qiyməti 140148 manat müəyyən edilmişdir. İddiaçı MTK həmin mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərinin 14015 manat olan hissəsi cavabdeh tərəfindən, yerdə qalan 126133 manat olan hissəsi isə cavabdeh ilə “Azərbaycan Beynəlxalq Bank” ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka krediti üçün təminatlı kredit müqaviləsinə əsasən illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə bank tərəfindən ödənilmişdir. Qeyd edilən kredit müqaviləsi bağlanılan zaman İddiaçı MTK və X9 ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında öhdəliyin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Sonradan cavabdeh Babayeva Rüqiyyə banka olan borcunu ödəmədiyi üçün, bank zaminlərdən biri olan İddiaçı MTK-nın idarə heyətinin sədr müavini Fəzli Əzizova və Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə borc tələbinin borcalan və zamin X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
56. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140148 manat müəyyən edilmiş və 14015 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 126133 manat isə “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı, “Azərbaycan Beynəlxalq Bankı” ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə keçir. Müqavilənin 10.1-ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Alıcıya qaytarılacaq.
57. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirməməklə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, nəticədə mübahisəli mənzilə görə iddiaçının depozit hesabına köçürülmüş və bu günə kimi bank tərəfindən bloklaşdırılmış vəziyyətdə olan 126133 manat pul vəsaitindən iddiaçı məhrum olmuş, bankın nümayəndəsinin bildirdiyinə görə məhkəmə qətnaməsi əsasında cavabdehdən tutulması qət edilən 150827,91 manat məbləğində pul həmin depozit hesabına silinməsi həyata keçiriləcəkdir.
58. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndləri ilə alıcı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmədikdə hansı hərəkətləri ediləcəyi açıq qeyd edilmişdir. Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.
59. Belə olan halda kollegiya hesab edir ki, alıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilmədiyindən, alqı-satqı müqaviləsinin tələbləri pozulduğundan iddia tələbi “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin Cavabdeh sahibliyindən geri alınması, mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi” hissələrində təmin edilməli, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaitinin 50 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir.
60. Kollegiya hesab edir ki, alqı-satqı müqaviləsində kompensasiya ilə bağlı müddəalar nəzərdə tutulmadığından və hazırkı mübahisə üzrə buna hər hansı qanuni əsas olmadığından iddia tələbi “xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın cavabdehdən tutulması” hissəsində təmin edilməməlidir.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil Cavabdeh sahibliyindən geri alınmalı, həmin mənzil boşaldılaraq iddiaçı "xxxx" MTK-ya təhvil verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)- 2878/2022 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Sabunçu rayonu, ünvan 6 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil Cavabdeh sahibliyindən geri alınsın, mənzil boşaldılaraq iddiaçı "xxxx" MTK-ya təhvil verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaitinin 50 manatı cavabdehdən alınıb iddiaçıya verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.