Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6746/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri ünvan 4dından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.04.2021-ci il tarixdə Cavabdeh X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən mübahisə predmeti olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməsinə törətdiyi maneçiliklərin aradan qaldırılması, qeyri-yaşayış sahəsində (mağaza) fəaliyyəti göstərməsinə imkan verməməsi nəticəsində ona vurduğu 70000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh eləcə də, iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsinin (mağaza) giriş qapılarının açılmasının təmin olunması, qeyri-yaşayış sahəsinin açarlarının cavabdehdən alınıb ona verilməsi, qeyri-yaşayış sahəsinə daxil olub ticarət fəaliyyətini həyata keçirməyinə maneçilik törətməsinin cavabdehə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı vərəsəsi X4 mənə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Səbail rayon məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən,sahəsi 476,6 kv.m olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı ilə mənim aramda olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi,hazırda mülkiyyətində olan Bakı şəhəri,Səbail rayonu,Nizami rayonu(küçəsi), 50 ünvanında yerləşən, iimümi sahəsi 476,6 kv.m. olan qeyri yaşayış sahəsinin boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin mənim üzərimə qoyulması,08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun məndən tutularaq ona ödənilməsini xahiş etmişdir. İcarəsində olan qeyri-yaşayış sahəsindən istifadəsinə mülkiyyətçininin törədiyi maneçiliklərin aradan qaldırılmasının təmin olunması, qeyri-yaşayış sahəsində fəaliyyət göstərməyinə maneçilik törətməsi nəticəsində ona vurduğu maddi zərərin və icarə obyektinin yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin müikyyətçidən alınıb ona verilməsi barədə qarşılıqlı iddia tələbi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 01.02.2021-ci il tarixli qərardadı ilə X1 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilərək, işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək onun icarəsində olan və ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində fəaliyyətinin dayandırılması və qadağan edilməsi, icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə qeyri-yaşayış sahəsində yerləşən əmlakın üzərində borc məbləği həcmində (72000) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan olunması qərara alınmışdır. Qərardad elə həmin gündə icra olunmuşdur. Qərardad icra olunarkən qeyri-yaşayış sahəsində (mağazada) satış üçün nəzərdə tutulan onun külli miqdarda əmlakı cavabdehin səyi ilə qanunsuz olaraq mağazadan çıxarılmışdır. Eyni zamanda obyektdə fəaliyyət göstərən işçilər də qeyri-yaşayış sahəsindən çıxarılmış və obyektin açarları da cavabdeh tərəfindən götürülmüşdür. Qərardaddan verilmiş apellyasiya şikayətimə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Kollegiyanın 2(103)-3889/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə Səbail rayon məhkəməsinin qərardadı ləğv edilmiş, X1 iddianı təmin etmə barədə ərizəsi təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsiin məzmunundan göründüyü kimi onun iddiasının əsasını icarəyə götürdüyü qeyri-yaşayış səhəsində ticarət fəaliyyətini həyata keçirməsi üçün istifadə etməyinə cavabdehin müxtəlif vasitələrlə maneçilik törətməsinin ardan qaldırılması, bu hərəkətləri ilə ona vürduğu maddi zərərin öödənilməsi, yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin cavabdehdən alınıb ona verilməsi təşkil edir. İddianı təmin etmə tədbiri barədə qərardad ləğv olunsa da, Ələkbərov Emil icarə obyektinin açarlarını ona qaytarmır, onun və işçilərinin icarə obyektinə (mağazaya) daxil olub ticarət fəaliyyətlərini davam etdirmələrinə imkan vermir. Nəticədə o, külli miqdarda zərərə məruz qalır. Odur ki, hesab edir ki, məhkəmədə mübahisəyə, qarşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtarana kimi icarəsində olan, fəaliyyət göstərdiyi qeyriyaşayış sahəsinin (mağazanın) giriş qapılarının açılması təmin olunmalı, obyektin açarlarının cavabdehdən alınıb ona verilməsi təmin olunmalı və qeyriyaşayış sahəsindən istifadə etməyinə hər hansı maneçilik törətməsi cavabdehə qadağan olunmalıdır. ünvan 4dı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 02.06.2021-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 4dının ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (sədrlik edən: Mədinə Bağırova). Şikayəti onunla əsaslandırmışdır ki, Apellyasiya məhkəməsi Səbail rayon məhkəməsinin 01.02.2021-ci il tarixli qərardadını ləğv etmiş, iddiaçının iddianı təmin etmə barədə ərizəsini təmin etməmişdir. Yəni işə baxan birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə alaraq ləğv olunmuş qərardadın icra olunmasından əvvəl mövcud olmuş vəziyyəti bərpa etməli, onun iddiaçının və məhkəmənin özü tərəfindən pozulmuş hüquqlarımı bərpa etməli idi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 04.06.2021-ci il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili G.İlyasova şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanımasını xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsassız olduğundan qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbindən görünür ki, o, cavabdeh E.İddiaçı tərəfindən mübahisə predmeti olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməsinə törədilən maneçiliklərin aradan qaldırılması, qeyri-yaşayış sahəsində (mağaza) fəaliyyəti göstərməsinə imkan verməməsi nəticəsində ona vurduğu 70000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddianı təmini tədbiri barədə ərizədən görünür ki, həmin tədbir iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi qarşılıqlı iddia üzrə iddiaçının icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsinin (mağaza) giriş qapılarının açılmasının təmin olunması, qeyri-yaşayış sahəsinin açarlarının cavabdehdən alınıb ona verilməsi, qeyri-yaşayış sahəsinə daxil olub ticarət fəaliyyətini həyata keçirməyinə maneçilik törətməsinin cavabdehə qadağan olunmasından ibarətdir. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddianın təmini tədbiri kimi tətbiq edilməsi xahiş olunan tədbir irəli sürülmüş tələblərə qeyri mütənasibdir və əslində mahiyyət və məzmun etibarı ilə qarşılıqlı iddia tələbinin bir hissəsi üzrə qətnamə ilə həll edilməli olan məsələnin həll edilməsini göstərir. Cavabdeh şikayətində ona istinad etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəməsinin qərarında göstərilənləri nəzərə alaraq ləğv olunmuş qərardadın icra olunmasından əvvəl mövcud olmuş vəziyyəti bərpa etməli idi. Kollegiya şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, hazırda kollegiya Cavabdeh qeyd etdiyi qərardada baxmadığından, bu dəlilə münasibət bildirilməsi mümkün deyildir . Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia təmin tədbiri barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinn mövqeyi qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri ünvan 4dı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri ünvan 4dı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6746/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6746/2021
02.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver