Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6749/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(009)-952/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanuna zidd hərəkəti nəticəsində ona məxsus nəqliyyat vasitəsindən istifadə edə bilməməsi səbəbindən ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 291.840 manat, cavabdeh İdarənin qanunsuz hərəkəti nəticəsində ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat məbləğində pulun cavabdeh İdarədən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qərardad ilə iddia ərizəsinin geri qaytarmış və iddiaçıya izah etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdeh İdarənin rəsmi qeydə alındığı ünvan üzrə müvafiq məhkəməyə müraciət etməlidir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Çünki Səbail Rayon Məhkəməsi iddia ərizəsi baxmağa qəbul etmişdir. İddia ərizəsi baxılması üçün icraata qəbul edildikdən sonra iddia ərazi aidiyyatı üzrə başqa məhkəməyə aid olsa da işə həmin məhkəmə tərəfindən baxılmalıdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.06.2021-ci iltarixli qərardadı ilə şikayəti təmin etməmiş və mahiyyəti üzrə baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarına araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh ünvanı Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4-dür. Belə olan halda işə ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Buna görə də, iddia ərizəsi qaytarılmalıdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 40.1-ci maddəsinə görə isə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırki iddia cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə verilməlidir. İddiaçının şikayətdə qeyd etdiyi dəlillərlə bağlı Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsi iddia ərizəsini baxılması üçün qəbul etməmişdir. İddia ərizəsi ərazi aidiyyatı qaydaları pozulması ilə verildiyi üçün baxıllması üçün icraata qəbul etmədən geri qaytarmışdır. Məhkəmə hesab edir ki, Səbail Rayon Məhkəməsi iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Çünki MPM-nin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində müəyyən edilmiş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-cı maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qəbul etdiyi 20 may 2021ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-6749/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6749/2021
02.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver