Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6758/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət X3 Plastik və X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Əziz Əliyev adına Azərbaycan Respublikası Dövlət X3 Plastik və X8 və “xxxxxxxxx” şirkətinin nəzdindəki X13rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-855/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Əziz Əliyev adına Azərbaycan Respublikası Dövlət X3 Plastik və X8 və “xxxxxxxxx” şirkətinin nəzdindəki X14 müştərək qaydada 50.000 manat maddi, 100.000 manat mənəvi ziyan olmaqla, cəmi 150.000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Cəlilabad rayonunda aandan olmuşdur. Hazırda Bakı şəhəri Qaraçuxur qəsəbəsində yaşayır. Uşaqlıqdan gözündə heç bir problem olmamışdır. 2018-ci il in fevral ayının ortalarında hər iki gözünün altında torba kimi şişkinliklər əmələ gəlmişdir və bu vəziyyət onun üz görünüşünü xoşagəlməz hala salmışdır. Bu barədə Flora adlı yaxın rəfiqəsi ilə məsləhətləşmişdir. Flora demişdir ki, instagram sosial şəbəkəsindən estetik cərrahi əməliyyatlar aparan Samiq adlı həkim tanıyır. Həmin həkim “Leyla Şıxlinskaya” adına hospitalda işləyir. Ona müraciət etsə, gözünün altındakı şişkinliyini cərrahi yolla götürə bilər. 2018-ci ilin fevral ayının axırlarında (təxminən 27 fevral) rəfiqəsi Flora ilə birlikdə “Leyla Şıxlinskaya” adına hospitala getmişdir. Samiq həkimin qəbuluna yazılıb onunla görüşmüşdür. Samiq həkim hər iki gözünün altında olan torbacıqları əlləri ilə müayinə etdikdən sonra demişdir ki, gözlərinin altında olan torbacıqları cərrahi əməliyyat olmadan keçən deyil. Həmin cərrahi əməliyyatın xərcini soruşanda Samiq həkim cərrahi əməliyyat 1500 manata başa gələcəyini, cərrahi əməliyyatdan sonra hər iki gözünün altındakı torbacıqlar və gözlərinin ətrafındakı qırışların yox olacağını bildirmişdir. O, Samiq həkimlə razılaşmışdır. Samiq həkim demişdir ki, mart ayının 15-nə kimi boş vaxtı yoxdur, cərrahi əməliyyat mart ayının 17-18-də edə bilər. İddiaçı həkimin dediyi vaxta qədər pul toplamış və mart ayının 17-də səhər Samiq həkimə zəng vurub demişdir ki, pulu toplamışdır və yanına gəlmək istəyir. Samiq həkim demişdir ki, “Leyla Şıxlinskaya” klinikasına yox, onun Sabunçu rayonunda yerləşən 2-ci iş yerinə gəlsin. Çünki “Leyla Şıxlinskaya” Klinikasında qiymətlər bahadır. O, elə həmin gün, mart ayının 17-də qardaşının arvadı Təranə ilə birlikdə Samiq həkimin 2-ci iş yeri olan Sabunçu rayonunda yerləşən Azərbaycan Dövlət X3 Plastik və X6 getmiş və orada Samiq həkimlə görüşmüşdür. Rəfiqəsi Flora da Sabunçuya gəlmişdir. Samiq həkimə kabinetində 1500 manat pul vermişdir. Samiq həkim demişdir ki, həmin pulun 800 manatı ona çatır, qalan 700 manatı digər şəxslərə paylanır. Elə həmin gün, yəni xx xxxx 2018-ci il tarixində, saat 13:00-da cərrahiyyə otağına getmişlər. Orada Samiq həkimdən başqa 3 tibb bacisi da var idi. Cərrahi əməliyyat 3 saata yaxın davam etmişdir. Həmin ancaq göz altındakı torbaları götürmüşdür. Saat 15:30-da iddiaçı əməliyyat otağından çıxmış, başqa otağa keçirilmişdir. Qardaşının arvadı Təranə və rəfiqəsi Flora da otağa gəlmişdir. Samiq həkim və tibb bacısı əlində buz gətirib onu uzanıqlı vəziyyətdə hər iki gözünün altına qoymuşlar. Buz təxminən 3 saat gözlərinin altında qalmışdır. Buzu gözündən götürəndən sonra güzgüdə üzünə baxan zaman görmüşdür ki, sol gözü normaldır, amma sağ gözünün altı dartınır, yəni dərisini çox kəsiblər. Bunu Samiq həkimə demişdir. Samiq həkim demişdir ki, “narahat olma, hər şey qaydasındadır. Cərrahi əməliyyat təzə olduğundan sənə elə gəlir. Bir neçə günə keçib gedəcək.”. bir neçə gün keçmiş, lakin gözünün altının dartınması keçməmişdir. Eyni zamanda, sağ gözü sulanırdı. O, zəng vurub Samiq həkimə bu barədə demişdir. Həkim demişdir ki, Leyla Şıxlinskaya klinikasına gəlsin. İddiaçı dərhal oraya getmişdir. Həkim iddiaçının gözünə baxın 2 adda məlhəm yazıb vermişdir ki, onları alıb 20 gün ərzində birini gündə 2 dəfə, digərini 3 dəfə olmaqla istifadə etsin. Lakin onların heç bir faydası olmamışdır. 20 gün sonra həkimin yanına gedəndə həkim demişdir ki, 6 aydan sonra keçib gedəcək. İddiaçı 3 ay gözlədikdən sonra, heç bir dəyişiklik olmadığına görə həkimin yanına getmişdir. Həkim ona bahalı məlhəm yazaraq onu gündə 5 dəfə olmaqla, 10 gün istifadə etməsini demişdir. Lakin onun da köməyi olmamış, əksinə sağ gözünün altı əvvəlkindən daha çox dartınmış, sağ gözünün sulanması daha da artmışdır. Yenidən həkimin yanına getdikdə, həkim demişdir ki, 1 il də gözləsin, əgər düzəlməsə cərrahi əməliyyat olunsun. İddiaçı 1 il gözləmədən yenidən həmin həkimin yanına getmiş, həkim onu aprel ayının 10-da əməliyyat edəcəyini bildirmişdir. İddiaçı xx xxxxx 2019-cu ildə əməliyyata tık getmişdir. əməliyyatda 3 tibb bacısı iştirak etmiş və 1 saat davam etmişdir. əməliyyatdan sonra heç bir fərq olmamış, gözünün altı dartınmış və sualnmışdır. Həkim isə düzələcəyini bildirmiş, 2 ədəd damcı dərmanı, 2 məlhəm və 1 ədəd tablet yazmışdır. 1 ay keçdikdən sonra heç bir dəyişiklik olmamış və həkimə bu barədə bildirdikdə, həkim ona 10 gün mezoterapiya olunmasını bildirmişdir. Yenə də heç bir dəyişiklik olmamış və Samiq həkim onu xaricə aparıb gözünü bərpa etdirəcəyini bildirmişdir. İddiaçı iyul ayından sonra həkimlə əlaqə saxlaya bilməmiş, gözündəki problem daha da artmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-855/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-855/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını rəsmi şəkildə xahiş etmişdir. Çünki, iddiaçı məhkəmə araşdırması gedən vaxt paralel olaraq digər aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına qanunauyğun tədbir görülməsi ilə bağlı müraciət etmiş və həmin orqanlar tərəfindən müraciətləri araşdırılırmışdır. Həmin araşdırmaların nəticəsi barədə iddiaçıya həmin dövrdə rəsmi cavab gəlmədiyi üçün o da məhkəmədən hələ ki işi baxılmamış saxlamağı xahiş etsə də məhkəmə cavabdehlərin istəyinə uyğun olaraq işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, birinci instansiya məhkəməsində hakim mülki işi baxılmamış saxlasaydı iddiaçı hazırda əlində olan sübutları məhkəməyə təqdim edər və iddia tələbinin əsaslı olduğunu sübut edərdi. Belə ki, Xətai rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərarının birinci vərəqəsinin sonuncu abzasından görünür ki, Cavabdeh1 izahatında AR Səhiyyə Nazirliyi Dövlət X2 Plastik və X7 və “X11” həkim işlədiyini, rezident olduğu üçün əməliyyatları doktor Rəşad Babayevin nəzarəti ilə həyata keçirir. Qərarın növbəti abzasında Cavabdeh1 həmçinin izahatında göstərmişdir ki, bu gün də Xətamətin Azərbaycan Respublikası daxilində istənilən tibb müəssisəsində əməliyyatını təşkil etməyə hazır olduğunu bildirmişdir. Nəhayət, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 146/KEŞ saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, “6.10.1 1. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda yanağında və göz çevrəsində şişkinliyin olduğu, cərrahi kəsik xətlərinin sağaldığı müəyyən edildi. Toxumaların dərialtı və dəri regenerasiyası zamanı kontraktura qeyd edilir və bu onun daha öncə keçirdiyi kosmetik prosedurla bağlı ola bilər. Bununla əlaqədar onun sağ alt göz qapağında kontrakturanın korreksiyası əməliyyatına ehtiyacı vardır. Təqdim edilən iki sübutda da, cavabdehin həm Azərbaycan Respublikası daxilində istənilən tibb müəssisəsində iddiaçının əməliyyatını təşkil etməyə hazır olması və ekspertiza rəyində sağ alt göz qapağında kontrakturanın korreksiyası əməliyyatına ehtiyacının olmasının qeyd edilməsi iddiamın əsaslı olduğunu sübut edir. Qeyd edilən hallar bir daha sübut edir ki, iddiaçının iddiası əsaslıdır və iddia tələbi təmin edilməlidir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izhat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət X3 Plastik və X4 nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdeh “xxxxxxxxx” şirkətinin nəzdindəki X18 lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, “X19” Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 19 ünvanında yerləşən “xxxxxxxxx” şirkətinin təsərrüfat subyekti kimi fəaliyyət göstərir. 423/19-05 saylı xəstəlik tarixindən çıxarış-epikrizdən görünür ki, İddiaçı xx.xx.2019-cu ildə X9muş, həmin gün də evə yazılmışdır. Kliniki diaqnoz: alt göz qapaqlarının piy yastığı və dəri büküşü. İş materiallarında olan “xxxxxxxxx” Şirkətinin nəzdindəki “X19” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun məzmunundan görünür ki, X1 göz altına cərrahi əməliyyat edilməmişdir. Həmçinin adı çəkilən plastik cərrah Cavabdeh1 klinikanın əməkdaşı deyil və olunan cərrahi əməliyyat klinikada icra edilməmişdir. Cavabdeh1 klinikada çalışan plastik cərrah Rəşad Babayevin rezidentidir və vaxtaşırı klinikada rotasiya proqramı keçir. İddiaçı 1 dəfə “X19”ə xx xxxxx 2019-cu ildə göz altında süni gelin olması, buna bağlı olaraq göz altında olan bərkimə və şişlik şikayətləri ilə müraciət etmişdir. Pasiyentin deməsinə görə, təxminən 1 il öncə göz altında hissəvi olaraq süni gel çıxarılmışdır. xx.xx.2019-cu ildə klinikada pasiyentin gözünün altından süni gelin çıxarılması plastik cərrah Rəşad Babayev tərəfindən icra olunmuş və fəsadsız keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyinin 25 iyul [2019-cu il tarixli 323/KES №-li ekspert rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Binyətova [Xətamət Məcid qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı adına Az.DHTİ-nun Plastik və X5 tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2018-ci il tarixdə klinikaya müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Alt göz qapaqlarının piy yastıqları və dəri büküşləri. Süni gelin olması” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq “Alt blefaroplastika. Süni gelin çıxarılması” əməliyyatı icra edilmişdir. Daha sonra İddiaçı xx.xx.2019-cu il tarixdə “Leyla Şıxlinskaya” klinikasına “Alt göz qapaqlarının piy yastığı və dəri bülcüşü” diaqnozu ilə müraciət etmiş və ona təkrar olaraq “Blefaroplastika” əməliyyatı icra edilmişdir. İddiaçı müraciət etdiyi hər iki tibb müəssisələrində ona təyin edilmiş diaqnozlar aparılmış müvafiq müayinələr əsasında düzgün olmuşdur. İddiaçı qızma istər Az.DHTİ-nun Plastik və X5 ilkin, istərsə də “Leyla Şıxlinskaya” klinikasında aparılmış təkrar operativ müdaxilələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Belə ki, ilkin cərrahiyyə əməliyyatı zamanı əvvəllər vurulmuş süni gelin çıxarılması tam olaraq mümkiin olmadığından əməliyyatın etaplı şəkildə aparılması nəzərdə tutulmuşdur. İddiaçı etaplı şəkildə icra edilmiş cərahiyyə əməliyyatları taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. X,binyətovaya göstərilmiş tibbi yardım onun vəziyyətinə uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsı zamanı onda hal-hazırd icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra kəsik xətlərində şişkinliyin və sağ gözün alt qapağının künc hissəsinin bir qədər aşağıya doğru dartıldığı müəyyən edilmişdir. Bu cür əməliyyatların nəticəsi olaraq əməliyyat zamanı çıxarılmış süni gelin ətraf toxumalara və əzələlərə sirayət etdiyi üçün estetik baxımdan dinamikasının izlənməsi 8-12 ay vaxt tələb edir. İddiaçı göstərilmiş tibbi xidmət və üzrəində icra edilmiş cərrahiyyə əməliyyatları səhiyyə sistemində mövcud təlimatlara uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iş materiallarında olan ekspert rəyinin mötəbərliyini sübhə altına alan hər hansı hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməklə doğru nəticəyə gəlmişdir. Bundan əlavə, iddiaçı iddia tələbinin əsasları kimi istinad etdiyi halları və apellyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı sübutu təqdim etmədiyindən iddia tələbi və apellyasiya şikayəti əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən icra onunmuş əməliyyat nəticəsində ziyan vurulması təsdiq edilmədiyindən mənəvi zərərin ödənilməsi zərurəti aradan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Paralel olaraq hüquq-mühafizə orqanlarında araşdırmanın aparılması ilə bağlı birinci instansiya məhkəməsində işin baxılmamış saxlanılması xahişinin birinci instasiya məhkəməsi tərəfindən nəzərə alınmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 259-cu maddəsi ərizənin baxılmamış saxlanmasının əsaslarını müəyyən edir və həmin əsaslarda işin hüquq-mühafizə orqanlarında araşdırılması ərizənin baxılmamış saxlanması əsası kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-855/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6758/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6758/2020
25.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver