Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-678/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, 3-cü şəxsin nümayəndəsi X8, X1 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cəlb edilməklə) işə bərpa və digər tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3542/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində xx xxxxxx 2019-cu ildən etibarən bu günə kimi məcburi boşdayanma və əməkhaqqı məbləğinin cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi, onun 2017-2019-cu illər üzrə istifadə edilməyən məzuniyyət günlərinin kompensasiya məbləğinin hesablanmasının və ödənilməsinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanun pozuntuları nəticəsində ona 105.600 manat mənəvi ziyanın kompensasiya məbləğinin ödənilməsinin təmin edilməsi, cavabdehlə onun arasında bağlanan əmək müqaviləsinə əsasən əmək haqqının qeyri-rəsmi 2000 manat məbləğində hissəsinin rəsmiləşdirilməsi və əmək haqqı məbləğinin 2.200 manat olaraq müəyyən olunması vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, yuxarıdakı tələblərdən əlavə xx xxxxx 2017-ci il tarixdən etibarən bu günə kimi yığılan 358 artıq iş saatlarının iki qat məbləğin hesablanması və cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, onun əmək haqqı hesablanması üzrə bölmə rəhbəri vəzifəsinə bərpa olunması, cavabdeh “Cavabdeh MMC”-dən onun xeyrinə məcburi işə buraxmağa görə 20.000 manat işə bərpa olunduğu günə qədər olan əmək haqqı məbləğinin ödənilməsi, əmək haqqı məbləğinin 2.000 manat məbləğində qeyri-rəsmi formada ödənilən hissəsi rəsmi 200 manat əmək haqqı hissəsi ilə birləşdirilərək qanun pozuntusunun aradan qaldırılmasıvə onun aylıq əmək haqqı məbləği 2.200 manat olaraq müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinə əlavə ilə müraciət edərək, onun əməkhaqqı hesablanması üzrə bölmə rəhbəri vəzifəsinə bərpa olunması, cavabdeh “Cavabdeh MMC”-dən onun xeyrinə məcburi işə buraxmağa görə 20.000 manat işə bərpa olunduğu günə qədər olan əmək haqqı məbləğinin ödənilməsi, əmək haqqı məbləğinin 2.000 manat məbləğində qeyri-rəsmi formada ödənilən hissəsi rəsmi 200 manat əmək haqqı hissəsi ilə birləşdirilərək qanun pozuntusunun aradan qaldırılması və onun aylıq əmək haqqı məbləği 2.200 manat olaraq müəyyən edilməsi və onun xeyrinə mənəvi ziyanın kompensasiyası olaraq 15.000 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra xx xxxxxxxx 2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən onun xeyrinə mənəvi ziyanın kompensasiyası olaraq 15.000 manat məbləğində vəsaitin ödənilməsi, onun əməkhaqqı hesablanması üzrə şöbə müdiri vəzifəsinə bərpa olunması, Cavabdeh MMC-dən onun xeyrinə məcburi işəburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqı, aylıq məbləğinin 2.200 manat olmaqla ödənilməsi, xx xxxxx 2017-ci il tarixdən etibarən bu günə kimi yığılan 358 artıq iş saatlarının iki qat məbləğinin, yəni 8.747 manat hesablanması və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi, ödənişin hər gecikdirilmiş gününə görə 1% ödəncin ödənilməsi, Cavabdeh MMC tərəfindən ona 2.772 manat ödənilməmiş işdən çıxarma müavinətinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2017-ci il tarixdən etibarən "Cavabdeh” MMC-də Əməkhaqqı hesablamaları üzrə şöbə müdiri vəzifəsində işləmiş, işlədiyi müddətdə onun vəzifə maaşı 2.200 manat təyin edilmişdir. Vəzifə maaşı iki fərqli əmək haqqı kartına ödənilmişdir. xx xxxxxx 2019-cu il tarixdən cavabdeh şirkətin əmri ilə o, yeni işə götürülən mütəxəssisə vəzifəsi ilə bağlı bütün funksiyaların ötürülməsini yerinə yetirmişdir. Həmin vaxt o, cavabdeh şirkətin vitse prezidenti Elxan Cabbarovdan xahiş etmişdir ki, onu işdən azad etmək fikirləri varsa, bu haqqda ona bir neçə ay qabaqcadan bildirsinlər ki, o, iş axtarsın. Çünki o, 1-ci qrup əlil bacısı X10 baxan yeganə şəxsdir və işsiz qalmağı onun və bacısı üçün maddi və mənəvi sıxıntılarla üz-üzə qalmaqları deməkdir. Elxan Cabbarov onu əmin etmişdir ki, elə fikirləri yoxdur və xx xxxxxx 2019-cu il tarixdə gecə saat 23:00-da onun ***-***-**-** nömrəsinə yazmışdır ki, "bizim yeni kadrlar şöbəsinin rəhbəri sizi komandasında görmür”. Əmək qanunvericiliyində əmək müqaviləsinin sms vasitəsilə xitam verilməsi və "sizi komandamızda görmürük" səbəbi cavabdeh "Cavabdeh” MMC tərəfındən onunla bağladıqları əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Bu fakt "Cavabdeh" MMC-nin onun qanunla qorunan əmək hüquqlarının pozulmasını sübut edir. Cavabdeh tərəfindən ona öz xahişi ilə işdən çıxma barədə ərizə yazmağı təklif edilmişdir və o, imtina etdikdən sonra, qanunsuz şəkildə onun istifadə etdiyi bütün avadanlıqları geri alınmış, elektron poçtasını və hesabat əməliyyat sistemlərinə daxil olmaq hüququnu qanunsuz olaraq blok edilmişdir. Beləliklə, o, vəzifəsindən tamamilə uzaqlaşdırılmış və qanunsuz olaraq işdən kənarlaşdırılmışdır. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında xəbər ona gözlənilmədən verilməsi onun ciddi psixoloji sarsıntı keçirərək fevralın 6-dan 7-sinə keçən gecə paroksimal aritmiya pristupu keçirməyinə səbəb olmuş, onun çağırışına 4 dəfə təcili yardım həkimləri gəlmişdir. İşəgötürənin belə düşünülmədən etdiyi hərəkət həmin gecə səhərə kimi onun və onunla birlikdə yaşayan birinci qrup əlil bacısının ciddi stressyaşamağına səbəb olmuşdur. Lakin bununla cavabdehin qanunsuz hərəkətləri bitmir və bir neçə gün sonra cavabdehin əməkdaşı Orucov Maqsud (işə qəbul, təlim və inkişaf şöbəsinin rəhbəri) ona zəng vurub işə dəvət etmişdir. İş yerində ona bildirmişdir ki, işdə qalıb işləyə bilər, lakin əmək haqqı məbləği rəsmi şəkildə 230 manat olacaq, əmək haqqının qalan hissəsi ödənilməyəcəkdir. Əmək haqqı məbləğinin 2.200 manat olmasına dair şəxsi hesabından çıxarışları ərizəyə əlavə etmişdir. Cavabdehin bu qanunsuz hərəkəti heç bir mənəvi və insani dəyərlərə sığmır və bunun nəticəsində ona dəyən mənəvi ziyanın məbləğini pensiya yaşına çatana kimi işləsəydi və qanunsuz şəkildə işdən azad olunmasaydı əldə edə biləcəyi əmək haqqı 105.600 manat olacaqdı. Cavabdeh tərəfindən qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Səfərov Xəqani altı aylıq birgə iş fəaliyyəti müddətində ona heç salam belə verməmiş, bütün tapşırıqları ona başqa işçiləri vasitəsilə vermişdir. Cavabdehin şirkətlərində baş verən ikili standartlar, verilən qanuna zidd qərarlar, milliyətə və yaşa görə diskriminasiya, elementar əmək və insan hüquqlarının pozulması, hər bir təklifin qısqanclıqla qarşılanması, tanışbazlıq və bütün bunların kuliminasiya kimi bir göz qırpımında, heç bir səbəb göstərmədən bir telefon mesajı vasitəsilə əmək münasibətləriin kəsilməsinə dair xəbərdarlıq onu elə bir psixoloji stress vəziyyətinə salmışdır ki, o, əsəb gərginliyi keçirməyə başlamış və depressiyaya düşmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3542/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsi tamamilə əsassız olaraq hesab etmişdir ki, İddiaçı tərəfindən iddia müddəti buraxılmışdır, lakin nəzərə almamışdır ki, AR Mülki Məcəlləsinin 380.1ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, iddia müddətinin axımı kəsilir və iş materiallarından da müəyyən olunur ki, İddiaçı hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Məhkəməsinə x xxxx 2019-cu il tarixdə müraciyət etmişdir və Cavabdeh MMC-nin onunla əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi nəticəsində ona dəyən maddi mənəvi ziyanın ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Daha sonra xx xxx 2019-cu il tarixdə İddiaçı məhkəməyə müraciyət edərək iddia tələbini artıraraq qanunsun işdənçıxarma əmrinin ləğvi və işə bərpa ilə bağlı tələb irəli sürmüş. Beləliklə, göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Binəqədi rayon məhkəməsi həmin qətnamədə tamamilə əsassız olaraq qeyd etmişdir ki, guya İddiaçı himayəsində 1-ci qrup əlil bacısı X7ması haqqda iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Lakin, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti yanında “Maşınqayırma-2a” Mənzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışa və Azərbaycan Respublikası Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun Nərimanov şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli **********3 saylı arayışında qeyd edilən məlumatlara ki, X14 həqiqətən ƏƏSMN yanında DSMF- nin Nərimanov rayonu şöbəsindən birinci qrup əlilliyinə görə ömürlük 82 manat sosial müavinət və 72 manat Prezident təqayüdü alması faktı hakim Məhəmməd Rüstəmli tərəfindən nəzərə alınmamışdır və bildirilmişdir ki, X14 1 -ci qrup əlil olsa da onun İddiaçınm öhdəliyində olması faktının heç bir sənəd təstiq etmədiyini qeyd etmişdir. Bu tamamilə qanunsuzdur. Ona görə ki, İddiaçı tərəfindən məhkəməyə X2 birlikdə yaşamasım və onun himayəsində olması haqqda Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti yanında “Maşınqayırma-2a” Mənzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışı məhkəməyə təqdim etmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin qətnaməsində qanunsuz olaraq müəyyən etmişdir ki, Cavabdeh MMC-nin İddiaçı qarşı milliyətə görə diskriminasiya faktı öz təstiqini tapmamışdır. Bununla bağlı qeyd etmək istəyirəm ki, cavandehin nümayəndəsi özünün məhkəmə çıxışında qeyd etmişdir ki, Cavabdeh MMC-nin yeni X18 İddiaçı onun azərbaycan dilində yaxşı danışa bilmədiyinə görə çıxarmışdır. Cavabdehin bu çıxışı məhkəmə iclasının protokolunda qeyd olunmuşdur. İddiaçı məhkəməyə iki bank kartı təqdim etmişdir. Kartların birinə Cavabdeh MMC tərəfindən 2 il ərzində hər ay 230 manat digərinə isə 1970 manat məbləğində əməkhaqqı köçürülməsinə dair sübutlar təqdim edilməsinə baxmayaraq Binəqədi Rayon Məhkəməsi tamamilə qanunsuz olaraq qətnamədə bu fakta düzgün hüquqi qiymət verməmişdir və iddia tələbini bu hissədə də əsassız olaraq təmin etməmişdir. İddiaçı tərəfindən xx xxxxx 2017-ci il tarxdən yığılmış 358 artıq iş saatlarının iki qat məbləğinin ödənilməsi haqqda tələbi də qanunsuz olaraq Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş Məhkəmə Xəttşunaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 20389 saylı rəyi əsasında müəyyən olunmuşdur ki, Cavabdeh MMC -nin İddiaçı ilə bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 17|1322-k saylı əmək müqaviləsinin 3-ci səhifəsindəki imza İddiaçı aid deyil və cavabdeh tərəfindən saxtalaşdırılıb. Bu önəmli fakta Binəqədi rayon Məhkəməsi tərəfindən tamamilə qanunsuz olaraq lazımı qanuni qiymət verilməmişdir və yenə də qanunsuz olaraq iddiaçının artıq iş saatlarının 2 qat ödənilməsi ilə bağlı qanuni tələbini təmin edilməmişdir. Belə ki, məhkəmə materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı 2-ci qrup əlildir. AR Əmək Məcəlləsinin 91.2-ci maddəsinə əsasən 2-ci qrup əlillərin iş vaxtı həftəlik 36 saatdan artıq ola bilməz. Apellyasiya Məhkəməsinin bu fakta xüsusi ilə qiymət verməyi xahiş edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinin işçiyə çatan nüsxəsi verilməmişdir. Bu faktlar sübut edir ki, İddiaçı Cavabdeh MMCdə həftəlik 36 saat əvəzinə 40 saat işləmişdir və cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin həmin səhifəsi dəyişdirilərək iddiaçımn imzası saxtalaştırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun adına “X20 Azərbaycan” QSC-də iki hesab açılmış və hər ay mütəmadi olaraq həmin hesablara pul vəsaitləri köçürülmüşdür. Ona Cavabdeh MMC tərəfindən biri rəsmi, biri isə qeyri-rəsmi olmaqla iki fərqli əmək haqqı verilmiş və müvafiq olaraq göstərilən hesablara köçürülmüşdür. O, xəstəliyimlə əlaqədar bülletendə olanda ona mail gəldi ki, şirkət onu işçilər siyahısında görmür. O, bülletendən çıxandan sonra işə qayıdanda görmüşdür ki, onun iş yerini tutublar, oturduğu komputer bloklanıb, onun yerinə başqa işçi götürüblər. Bundan sonra o, tətil elan etmiş və işə getməmişdir. Həmin müddət ərzində onu işdən çıxardıblar. Belə ki, tətil müddətində işdən çıxarılma qanunsuzdur. O stresdən xəstəlik taparaq, aretmiya olmuşdur. O işə bərpa haqqında iddia tələbinin artırılması barədə ərizəni ona görə gec vermişdir ki, əvvəl işə bərpa olunmaq istəmirdi və bilirdi ki, işə bərpa etməyəcəklər. Buna görə də birinci kompensasiya tutulmasını tələb etməklə kifayətlənmişdir. Sonradan fikrini dəyişdirərək işə bərpa olunmaq istəmişdir . Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı onun işdən azad edildiyini, bu barədə müvafiq əmri, əmək kitabçasını və son haqq-hesabı aldığı xx xxxx 2019-cu il tarixində bilmişdir və işə bərpa edilməsi üçün məhkəməyə xx xxxxx 2019-cu il tarixinədək müraciət edə bilərdi. Lakin iddiaçı işə bərpa barədə iddia tələbi ilə məhkəmə xx xxx 2019-cu il tarixində, yəni iddia müddətini ötürməklə vermişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı İ qrup əlil olan bacısı Nadejda Yevtyuninanın onun himayəsində olduğu Bakı şəhər İcra Hakimiyyəti yanında “Maşmqayırma-2a” Mənzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışı ilə müəyyən edilsə də, məhkəmə bunu nəzərə almayıb. Apellyasiya şikayətinin bu dəlili də tamamilə qanunsuz və əsassızdır. Çünki, bir şəxsin digər şəxsin himayəsində olduğu hansısa MTK tərəfindən verilmiş arayışla deyil, müvafiq icra hakimiyyəti orqanının (qəyyumluq və himayəçilik orqanı) qərarı ilə müəyyənləşdirilir. İndiki halda isə, Nadejda Yevtyuninanın İddiaçı himayəsində olduğu hər hansı bir aidiyyatı sübutla təsdiq edilmir. İddiaçının rusdilli olduğuna görə ona qarşı ayrı-seçkiliyə yol verilməsi ilə bağlı arqumenti də əsassızdır. Çünki, iddiaçı Cavabdeh MMC-də çalışdığı müddətdə mütəxəssis vəzifəsindən bölmə rəhbəri vəzifəsinə yüksəlmişdir ki, bu hal, ona qarşı hər hansı-ayrı seçkiliyin olmadığını təsdiq edir. İddiaçı isə, iddia etdiyi halı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı aylıq əmək haqqının 2200 manat olmasının sübuta yetirilmədiyi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinin qanunsuzluğunu əsaslandırmağa çalışarkən, onun adma iki fərqli bank hesabının açıldığını göstərməyə çalışmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş rəsmi sənədlərlə müəyyən olunur ki, iddiaçının adına olan bank hesablarından birinin təyinatı onun əmək haqqısının köçürülməsi məqsədi daşımış ödəyici isə Cavabdeh MMC olmuşdur. Digər bank hesabı isə İddiaçı özü tərəfindən açılmış, depozit hesabı olmuş və ödənişlər də onun tərəfindən həyata keçirilmişdir. İddiaçının 2-ci qrup əlil olduğu halda onun əmək müqaviləsində həftəlik iş saatının 40 saat yazılmasının və həmin müddət işləməsinin qanunsuz olduğu üçün müvafiq kompensasiyanın hesablanaraq ona ödənilməsi barədə tələbinin rədd edilməsinin əsassızlığı barədə apellyasiya şikayətində yazılanların da heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsindən də göründüyü kimi, onun həftəlik iş vaxtı 35 saat müəyyənləşdirilmişdir. Müqavilədə olan imzanın İddiaçı məxsus olduğu iş üzrə təyin edilmiş ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi isə izahatında, cavabdeh şirktəin onlar tərəfindən yoxlanılmadığı və mübahisənin həllini məhkəmənin mülahizəsinə burxadığını bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 17/1322-2 nömrəli, xx xxxxxxx 2017-ci tarixli əmək müqaviləsinin əslindən və surətindən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən xx xxxxxxx 2017-ci il tarixdən Ə/H hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 230 manat məbləğində əmək haqqı ödənilir. Müqavilənin 4.16-cı və 4.17-ci bəndlərinə əsasən işçi gündə 7 saatdan, həftə ərzində isə 35 saatdan çox olmayaraq işləyir. İş saatı 09:00-da başlanır, saat 17:00-da qurtarır. Müqavilənin 9.1-ci maddəsinə əsasən bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan Cavabdeh MMC-nin X12 Şöbəsinin rəhbəri F.A.Nəcəfov tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş 218/K nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə aylıq əmək haqqı ümumi ştat cədvəlinə uyğun ödənilməklə İnsan resursları üzrə mütəxəssis vəzifəsindən Ə/H hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə keçirilməsi əmr edilmişdir. Əsas kimi İddiaçı şəxsi ərizəsi və onunla bağlanılmış xx xxxxxxx 2017ci il tarixli əmək müqaviləsi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin X5 rəhbəri Xəqani Səfərov, Əməliyyatlar Şöbəsinin rəhbəri Fərid Nəcəfov və İnsan Resursları üzrə baş mütəxəssis Araz Əliyev tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli (məhkəmə iclasında cavabdehin nümayəndəsi 2019-cu il əvəzinə texniki səhv nəticəsində 2018-ci il qeyd olunduğunu vurğulamışdır) aktın təsdiq edilmiş surətindən görünür ki, Əmək haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsində çalışan İddiaçı xx xxxxxx 2019-cu il tarixdən etibarən işə gəlməmişdir. Dəfələrlə şifahi və telefonla əlaqə saxlamaqlarına baxmayaraq, bu günədək davamiyyəti yoxdur. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı əmək müqaviləsi əsasında Əmək haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsində çalışdığı Cavabdeh MMC-yə xx xxxxxx 2019-cu il tarixdən etibarən işə gəlməməyi müəyyən edilmişdir. Dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də, mümkün olmamışdır. İşdə olmamağı ilə bağlı 2 gün ərzində sənəd təqdim etməyi İ.İddiaçı xahiş olunmuş, əks halda heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdə öhdəliyində birinci qrup əlil ailə üzvü hesab etdiyi bacısı X10 aid AZ.SSRİ Əlillər Cəmiyyəti üzvlük bileti onlara təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bacısı X3 qəyyumluğunda və ya himayəçilliyində olmasını təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən verilmiş arayışı və həmçinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş əlilliyin təyin olunmasına dair elektron arayışın nüsxəsini xx xxxx 2019-cu il tarixədək təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin və “xxxx” Şirkətinin poçt göndərişinin verilməsi haqqında qəbzlərindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı göndərilmiş məktublar xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixlərdə İddiaçı tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilmə haqqında xx xxxx 2019-cu il tarixli, 138/k nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyətin Təşkilatı İnkişaf və X6 Əmək Haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsində çalışanın əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx xxxx 2019cu il tarixdə xitam verilməsi və istifadə etmədiyi 44 gün əsas məzuniyyət pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas kimi xx xxxx 2019-cu il tarixli xəbərdarlıq məktubu və xx xxxxxx 2019-cu il, xx xxxx 2019-cu il tarixli aktlar göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və Ziya Bünyadov 13 ünvanda yerləşən Cavabdeh MMC-yə gələrək əmək kitabçasını təhvil alınması xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli Ə/H hesablamaları üzrə bölmə rəhbəri İddiaçı son haqq-hesabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı vəzifəsi Ə/H hesablamaları üzrə bölmə rəhbəri, iş rejimi 5 günlük, iş yeri əsas, ştat Ə/H 230 göstərilməklə, istifadə olunmayan məzuniyyət məbləği 376,70 manat, gəlir vergisi 0,00, DSMF işçi hesabı 23,67 manat, DSMF 0.5 – 1,88 manat, ödəniləcək məbləğ 347,38 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan “X20 Azərbaycan” QSC-nin Nərimanov filialı tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hesabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, hesabın növü – “bank işçiləri əmək haqqı” qeyd olunmaqla, İddiaçı hesabına Cavabdeh MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müntəzəm olaraq aybaay 220,80 manat, 219,65 manat (3 dəfə ardıcıl olmaqla), 272,78 manat, 219,65 manat (4 dəfə ardıcıl olmaqla), 193,46 manat, 219,65 manat (3 dəfə ardıcıl olmaqla) və 210,76 manat məbləğində maaş ödəmələri həyata keçirilmişdir. İş materiallarında olan “X20 Azərbaycan” QSC-nin Nərimanov filialı tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hesabdan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, hesabın növü – “vadesiz mevduat hesabı” qeyd olunmaqla, İddiaçı İvanovanın hesabı xx xxxxxx 2018-ci il tarixdə açılmış, həmin hesaba xx xxxxxx 2018-ci il tarixdə 700 manat, 18 yanvar2018-ci il tarixdə 579,20 manat, xx xxxxxx 2018-ci il tarixdə 700 manat, xx xxxxxx 2018-ci il tarixdə 2.080,35 manat, xx xxxx 2018-ci l tarixdə 700 manat, xx xxxx 2018-ci il tarixdə 580,25 manat, xx xxxxx 2018-ci il tarixdə 700 manat, xx xxxxx 2018-ci il tarixdə 580,35 manat, xx xxx 2018-ci il tarixdə 850 manat, xx xxx 2018-ci il tarixdə 747,22 manat, xx xxxx 2018-ci il tarixdə 1.000 manat, xx xxxx 2018-ci il tarixdə 966,06 manat, xx xxxx 2018- ci il tarixdə 1.000 manat, xx xxxx 2018-ci il tarixdə 980,35 manat, xx xxxxxx 2018-ci il tarixdə 1000 manat, xx xxxxxx 2018-ci il tarixdə 480,35 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 1000 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 745 manat, xx xxxxxxx 2018-ci il tarixdə 200 manat, xx xxxxxxx 2018-ci il tarixdə 806,54 manat, xx xxxxxx 2018-ci il tarixdə 1000 manat, xx xxxxxx 2018-ci il tarixdə 980,35 manat, xx xxxxxx 2018-ci il tarixdə 1.980,35 manat, xx xxxxxx 2019-cu il tarixdə 1980,35 manat, xx xxxxxx 2019-cu il tarixdə 1.489,24 manat məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********406400 nömrəli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən 2018-ci ilin İV rübü və 2019-cu ilin İ rübü üzrə təqdim olunmuş MDSS-İşə götürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər hesabatına əsasən xx xxxxxx 1960-cı il təvəllüdlü İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 2018-ci ilin dekabr ayı üzrə 230 manat, 2019cu ilin yanvar ayı üzrə 219,84 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti yanında “Maşınqayırma-2a” Mənzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı doğma bacısı X14 ilə 2012-ci ilin yanvar ayından hal-hazırki tarixə kimi ünvan 2 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, **********3 nömrəli arayışdan görünür ki, X14 həqiqətən ƏƏSMN yanında DSMF-nun Nərimanov rayon şöbəsindən birinci qrup əlilliyinə görə ömürlük 82 manat sosial müavinət, 73 manat isə Prezident təqaüdü alır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya xidmətinin 7 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ümumi xəstəlik üzrə ikinci qrup əlildir. İddiaçı tərəfindən təqdim edilmiş sms yazışmalarının mətnindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 23:08-də ********** telefon nömrəsindən rus dilindən tərcümədə “Mariya xanım, Xəqani müəllim sizi öz komandasında görmür....” mətni göndərilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx xxx 2019-cu il tarixli, 071 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı tərəfindən təcili yardım çağırışı ilə bağlı müraciət olunmuşdur. Həmçinin məktuba əlavə edilmiş İddiaçı adına tərtib edilmiş konsultasiya vərəqində qeyd olunur ki, xəstə vəziyyəti orta ağır olmaqla tərləmədən, ürəkdöyünmədən, baş gicəllənmədən şikayət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhəri Təcili və X15 Stansiyasının məhkəməyə ünvanlanmış xx xxx 2019-cu il tarixli, 232 nömrəli məktubdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 01:07-də “103” xidmətinə Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, mənzil 127 ünvanından Mariya adlı şəxsin (60 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 6 saylı bölmənin həkimi Sidiqə Quliyeva icra edərək, xəstə İddiaçıvanovnaya “Aritmiya (ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu). Aritmik şok” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və ünvana anestezioloji-reanimatoloji briqada çağırmışdır. Ünvana gələn 6 saylı bölmənin ARB həkimi Nizami Bayramov xəstəni müayinə edərək, “ÜİX. Səyrici aritmiya, taxisistolik forma” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərilmişdir. Saat 04:15-də həkim N.Bayramov ünvana aktiv gediş yerinə yetirmişdir. İş materiallarında olan SElektron ünvan 1 e-mail ünvanından e.cabbarov@Cavabdeh.az və x.safarov@Cavabdeh.az elektron ünvanlarına ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı, onu qanunsuz olaraq işdən uzaqlaşdırdıqlarına görə, onunla rəhbərlik arasında davamlı olaraq olan münaqişəyə görə, həmçinin onun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi göndərdiyinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə tətil elan etməsini bildirmiş, xx xxxx 2019-cu ildən bütün vəzifələrinin icrasını dayandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 14787 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 226-228-ci vərəqələrində olan (əmək müqaviləsinin əsli) Cavabdeh MMC ilə İddiaçı İivanovnanın adından olan xx xxxxxxx 2017-ci il tarixli, 17/1322-2 nömrəli əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatların 1-ci və 3-cü vərəqələrinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqəsinin aşağı sağ küncündəki imzalar və 3-cü vərəqəsinin arxa tərəfində “11.2. “İşçi” imzası” qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 153 manat təşkil edır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 20389 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 83-85-ci vərəqələrində (əmək müqaviləsinin surəti) Cavabdeh MMC ilə İddiaçı adından bağlanmış olan xx xxxxxxx 2017-ci il tarixli 17/1322-2 nömrəli Əmək müqaviləsinin (kontraktı) bağlayan tərəflər haqqında məlumat adlı sənədin kserosurətinin 3-cü səhifəsinin aşağı sağ tərəfində əks olunmuş imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 226-228-ci vərəqələrində (əmək müqaviləsinin əsli) Cavabdeh MMC ilə İddiaçı adından bağlanmış olan xx xxxxxxx 2017-ci il tarixli 17/1322-2 nömrəli Əmək müqaviləsini (kontraktı) tərəflər haqqında məlumatlar adlı sənədin 3-cü səhifəsinin aşağı sağ tərəfindəki imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Həmin məcəllənin 295.1-ci maddəsinə əsasən pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər. Həmin məcəllənin 295.4-cü maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx xxxxxxx 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla, İddiaçı İnsan resursları üzrə mütəxəssis vəzifəsindən Ə/H hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC-nin işçiləri tərəfindən tərtib edilmiş aktdan, həmçinin iddiaçıya ünvanlanmış məktublardan görünür ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdən etibarən işə gəlmədiyinə görə iddiaçı əmək funksiyalarını və öhdəliklərini düzgün yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx xxxx 2019-cu il tarixli əmrlə xitam verilmişdir. İddiaçı tərəfindəne.cabbarov@Cavabdeh.az və x.safarov@Cavabdeh.az elektron ünvanlarına xx xxxx 2019-cu il tarixli elektron məktub göndərilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə tətil elan etməsi, xx xxxx 2019-cu il tarixdən bütün vəzifələrinin icrasını dayandırması bildirilmişdir. Əmək qanunvericiliyinin yuxarıda göstərilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi, təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Cavabdeh MMC-nin işçiləri tərəfindən tərtib edilmiş və imzalanmış aktlardan müəyyən olunur ki, Cavabdeh MMC-də X5 rəhbəri Xəqani Səfərovdur. xx xxxx 2019-cu il tarixdə Cavabdeh MMC-də X5 rəhbəri Xəqani Səfərovun x.safarov@Cavabdeh.az korporativ elektron ünvanına göndərilmiş məktubda iddiaçı xx xxxx 2019-cu il tarixdən başlayaraq bir ay müddətinə tətil elan etdiyini bildirmişdir. Lakin buna baxmayaraq, cavabedeh Cavabdeh MMC nin əmri ilə işçi ilə bağlanan əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilmiş və bununla da əmək qanunvericiliyin tələbləri pozulmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının əmək haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası əsaslıdır. Bununla belə birinci instansiya məhkəməsi iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə hazırki iddia qaldırdığını əsas göstərərək iddia tələbini təmin etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ilk növbədə apellyasiya şikayətinin iddia müddətinin keçməməsi ilə bağlı dəlili müzakirə olunmalı, bununla bağlı gəlinəcək nəticəyə uyğun olaraq digər dəlillərə bu kontekstdə qiymət verilməlidir. İddiaçı iddia müddətini ötürməmiş olmasını məhkəmə cavabdeh şirkətə qarşı daha əvvəl məhkəmədə iddia qaldırması ilə əsaslandırsa da, kollegiya onun bu arqumentini əsaslı hesab etmir; belə ki, belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilk olaraq cavabdehə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində xx xxxxxx 2019-cu ildən etibarən bu günə kimi məcburi boşdayanma və əməkhaqqı məbləğinin cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi, onun 2017-2019-cu illər üzrə istifadə edilməyən məzuniyyət günlərinin kompensasiya məbləğinin hesablanmasının və ödənilməsinin cavabdehin üzərinə qoyulması, cavabdehin qanun pozuntuları nəticəsində ona 105.600 manat mənəvi ziyanın kompensasiya məbləğinin ödənilməsinin təmin edilməsi, cavabdehlə onun arasında bağlanan əmək müqaviləsinə əsasən əmək haqqının qeyri-rəsmi 2000 manat məbləğində hissəsinin rəsmiləşdirilməsi və əmək haqqı məbləğinin 2.200 manat olaraq müəyyən olunması vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra isə o xx.xx.2019-cu il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək onun əməkhaqqı hesablanması üzrə bölmə rəhbəri vəzifəsinə bərpa olunması, cavabdeh “Cavabdeh MMC”-dən onun xeyrinə məcburi işə buraxmağa görə 20.000 manat işə bərpa olunduğu günə qədər olan əmək haqqı məbləğinin ödənilməsi, əmək haqqı məbləğinin 2.000 manat məbləğində qeyri-rəsmi formada ödənilən hissəsi rəsmi 200 manat əmək haqqı hissəsi ilə birləşdirilərək qanun pozuntusunun aradan qaldırılması və onun aylıq əmək haqqı məbləği 2.200 manat olaraq müəyyən edilməsi və onun xeyrinə mənəvi ziyanın kompensasiyası olaraq 15.000 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2019-cu il tarixdə verilmiş, xx.xx.2019-cu il tarixdə isə iddiaçı son haqq-hesabı almış, iddiaçı xx.xx.2019-cu il tarixdə iddia həcminin artırılması barədə ərizə verərək işə bərpa olunmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq idda müdətini ötürmüşdür. İddiaçı apellyasiya şikayətində məhkəmədə daha əvvəl iddia qalrıdığını irəli sürsə də, onun qaldırdığı iddia işə bərpa olunması barədə olmamış buna görə də həmin qaldırılmış iddia tyələbi iddia müddətini kəsməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı apellyasiya məhkəməsinin məhkəmə iclasında əmək müqaviləsinə xitam verilməsi barədə əmri və son haqq-hesabı aldıqdan sonra işə bərpa olunmaq barədə fikrinin olmadığını, sonradan belə bir fikrə gəldiyini bildirmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia müddətini ötürməmiş olması barədə apellyasiya şikayətində iddiaçının irəli sürdüyü mülahizələr əsaslı deyildir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E. Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X19 Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Kollegiya apellyasiya şikayətinin digər dəlili olan iddiaçıyla əmək müqaviləsinə xitam verilməsi səbəblərindən biri kimi onun milliyyəti olmasını da əsasassız hesab edir. Belə ki, iddiaçının bu dəlili iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin X12 Şöbəsinin rəhbəri F.A.Nəcəfov tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş 218/K nömrəli əmrin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx xxxxxxx 2017-ci il tarixdə aylıq əmək haqqı ümumi ştat cədvəlinə uyğun ödənilməklə İnsan resursları üzrə mütəxəssis vəzifəsindən əmək haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə keçirilməsi əmr edilmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh MMC-də öncə insan resursları üzrə mütəxəssis vəzifəsində işləmiş, sonradan onun vəzifəsi yüksəldilərək bölmə rəhbəri vəzifəsinə keçirilmiş və həmin vəzifədə 17 ayadək işləmişdir. Kollegiya apellyasiya şikayətinin həmçinin iddiaçının onunla bağlanmış əmək müqaviləsinə onun öhdəsində 1-ci qrup əlil ailə üzvü – bacısı X4ması səbəbindən də xitam verilməsinin əmək qanunvericiliyə zidd olduğu dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı tərəfindən onun öhdəsində 1-ci qrup əlil ailə üzvü olması iddia edilsə də, bu fakt iş materiallarında öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində 1-ci qrup əlil ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, **********3 nömrəli arayışdan görünür ki, X14 ƏƏSMN yanında DSMF-nun Nərimanov rayon şöbəsindən birinci qrup əlilliyinə görə ömürlük 82 manat sosial müavinət, 73 manat isə Prezident təqaüdü alır. Kollegiya qeyd edir ki, iddiaçı X2 birlikdə yaşamasının və onun himayəsində olması haqqda Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti yanında “Maşınqayırma-2a” Mənzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli arayışı məhkəməyə təqdim etdiyini bildir sə də, qeyd edilən faktın müəyyən edilməsi Mənzil Tikinti Kooperativinin İdarə Heyətinin səlahiyyətlərinə daxil deyildir. Həmin arayış yalnız İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verildiyi təqdirdə mötəbər sübut kimi qəbul edilə bilər. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi iddia üzrə “əmək haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə bərpa edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqı, aylıq məbləğinin 2.200 olmaqla ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “əmək haqqı hesablamaları üzrə bölmə rəhbəri vəzifəsinə bərpa edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq, iddia tələbini “məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqı, aylıq məbləğinin 2.200 olmaqla ödənilməsi” hissəsində də təmin edilə bilmədiyi nəticə ilə razılarşır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən əmək haqqının 2.200 manat olması ümumiyyətlə iş materiallarında öz təsdiqini tapmır. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində əmək haqqının 230 manat məbləğində olması göstərilmişdir. Bundan əlavə, iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Vergilər Nazirliynə ünvanlanmış sorğuya cavab olaraq da bildirilmişdir ki, iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 2018-ci ilin dekabr ayı üzrə 230 manat, 2019-cu ilin yanvar ayı üzrə 219,84 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş “X20 Azərbaycan” QSC-nin Nərimanov filialı tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hesabdan çıxarışdan da müəyyən olunur ki, iddiaçının hesabına xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək müntəzəm olaraq aybaay 220,80 manat, 219,65 manat (3 dəfə ardıcıl olmaqla), 272,78 manat, 219,65 manat (4 dəfə ardıcıl olmaqla), 193,46 manat, 219,65 manat (3 dəfə ardıcıl olmaqla) və 210,76 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Həmin çıxarışdan müəyyən olunur ki, hesabın növü “EMEK HAQQİ”xxxx“Cavabdeh MMC MAAS ÖDEMESİ” göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və əmək haqqının ödənildiyi iddia edilən həmin bankın eyni tarixli digər hesabdan çıxarışdan müəyyən olunur ki, həmin hesabın növü “VADESİZ MEVDUAT HESABİ” (Azərbaycan dilində “depozit hesabı”)xxxx“İddiaçı” göstərilmişdir. Bu isə onu göstərir ki, həmin hesaba pul vəsaitləri iddiaçının özü tərəfindən mədaxil edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki kollegiya yuxarıda göstərilənləri dəqiqləşdirmək üçün “X20 Azərbaycan” QSC-yə sorğular göndərmiş və sorğulara əsasən göndərilmiş sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı qeyri rəsmi maaşın alınması üçün cavabdeh şirkət tərəfindən “xxxx” QSC-də açıldığını iddia etdiyi AZ45KABA******************** saylı AZN hesabının açılması üçün İddiaçı özü müraciət etmiş və həmin hesaba vəsait onun özü tərəfindən köçürülmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin Cavabdeh MMC tərəfindən ona “2.772 manat ödənilməmiş işdənçıxarma müavinətinin ödənilməsi” hissəsinin təmin edilməməli olması barədə gəldiyi nəticənidə əsaslı hesab edir. Belə ki, Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin məcəllənin 77.7-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək qanunvericiliyinin qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilərkən, işçiyə işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli, 138/k nömrəli əmrdən və son haqq-hesabdan çıxarışdan görünür ki, iddiaçının iş rejimi və əmək haqqına uyğun olaraq istifadə etmədiyi 44 gün əsas məzuniyyətə görə 347,38 manat məbləğində son haqq-hesab ödənilmişdir. Kollegiya iddia tələbinin “xx xxxxx 2017-ci il tarixdən bu günə kimi yığılan 358 artıq iş saatlarının iki qat məbləğinin, yəni 8.747 manat hesablanmasını və cavabdeh tərəfindən ödənilməsini, ödənişin hər gecikdirilmiş günə görə 1% ödəncin ödənilməsi” hissəsinində təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz; 91.2-ci maddəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 2-ci qrup əlil olan işçilər üçün 36 saatdan artıq olmamalıdır. Həmin məcəllənin 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Həmin məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44.3cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsinin əslinin və eyni zamanda surətinin 4.16-cı və 4.17-ci bəndlərindən görünür ki, iddiaçı cavabdeh şirkətdə gündə 7 saatdan, həftə ərzində isə 35 saatdan çox olmayaraq işləmişdir. İddiaçı tərəfindən həmin müqavilələrdə olan imzaların ona aid olmaması bildirilmiş və onun vəsatəti əsasında birinci isntansiya məhəkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspetizanın xx xxxx 2019-cu il tarixli, 14787 saylı rəyi ilə əmək müqaviləsinin əslində olan imzanın iddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddiaçının təkrar vəsatəti əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 20389 saylı rəyi ilə əmək müqaviləsinin surətində olan imzanın iddiaçı tərəfindən icra olunduğu, əmək müqaviləsinin əslində isə iddiaçı tərəfindən imza olunmadığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, məhkəmə-xətşünaslıq ekspertizası tərəfindən əmək müqaviləsinin əslində olan imzanın iddiaçıya məxsus olması barədə iki biri-birinə ziddiyyətli rəylərin verilməsinə baxmayaraq, əmək müqaviləsinin surətində olan imzanın iddiaçıya məxsus olması təsdiq olunmuşdur. İddiaçı tərəf isə əmək müqaviləsində onun imzasının saxtalaşdırıldığını bildirsə də, bunu təkzib edən onun özündə olan əmək müqaviləsinin nusxəsini nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. İddia tələblərinin hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılan, “15.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə isə kollegiya hesab edir ki, iddiaçı həmin tələblərini təsdiq edəcək hər hansı sübut təqdim etmədiyindən, bu tələbi təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd olunan hissədə ləğvi üçün əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən ona xx xxxxxx 2019-cu il tarixdə, saat 23:00-da göndərilmiş sms nəticəsində onun səhhətinin pisləşməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bildirildiyi kimi, o, cari ilin fevral ayının 5-dən 11-nə kimi xəstəliyi ilə bağlı bülletendə olmuşdur. İş materiallarından görünür ki, iddiaçı təcili tibbi yardım stansiyasına xx xxxxxx 2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə, iddiaçının ona qeyd olunan sms-in göndərilməsi vaxtından əvvəl xəstələndiyini, xx xxxxxx 2019-cu il tarixdə təcili-tibbi yardım çağırmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya göndərilmiş xx xxxxxx 2019-cu il tarixli sms ilə onun səhhətinin pisləşməsi arasında səbəbli əlaqə mövcud deyil. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3542/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-678/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-678/2020
04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver