Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6789/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, Ərizəçilər İddiaçı1, X4 və onların nümayəndəsi və vəkili X3 iştirakları ilə, Ərizəçilər İddiaçı1 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı “vəzifəli şəxsin hərəkətlərindən şikayət” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-862/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər İddiaçı1 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, atası X10 xx xxxxxx 1990-cı ildə imperiya işğalçılarına qarşı ümumxalq hərəkatı zamanı sağ qıc nahiyəsindən güllə yarası almışdır. Xəsarət nəticəsində atası uzun müddət stasionar və ambulator müalicələrdən sonra 2-ci dərəcəli əlil hesab edilərək, ömrünün axırınadək pensiya almışdır. xx.xx.2002-ci il tarixdə atası aldığı güllə yarasından vəfat etmişdir. Həkim rəyinə əsasən, atasının ölümünə səbəb guya “xərçəng intoksiyası və sol ağ ciyərin şişi” olmuşdur. Ərizəçi hesab edir ki, atasının ölümünə səbəb uzun sürən və sağalmayan güllə yarasıdır. Ola bilər ki, həkimin veridyi diaqnozlar da məhz həmin güllə yarasından yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən atasına 125 saylı xx xxxxxx 1992ci il tarixdə “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir. Atası azadlıq uğrunda həlak olmuş vətənpərvər şəhiddir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-862/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, X5 xx xxxxxx 1990-cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədədən xx xxxxxx 2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi, Ş.S.Babayevin ölümü haqqında akt qeydləri kitabında ölümünün səbəbi “xx xxxxxx 1990-cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədə” kimi yazılması qət edilmişdir. Qətnamədən Azərbaycan Respublikası Əmək və Əhalinin Soa=sial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-862/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il tarixli qətnamə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin hüquq və mənafelərinə toxunur. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinə heç bir məlumat verilməmiş, onların iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir. Həmin qətnamə rəsmi qaydada təqdim edilməmişdir. Bununla da məhkəmə işə baxarkən kobud prosessual hüquq pozuntusuna yol vermiş, ədalət mühakiməsinin əsas prinsiplərsindən olan çəkişmə prinsipinə riayət etməmişdir. Bakı şəhər sakini X2 mərhum əri X6 “20 yanvar şəhidi” fəxri adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisindən daxil olmuş müraciətinin araşdırılması ilə əlaqədar vətəndaşın övladı İddiaçı1 Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyində fərdi qaydada qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamənin 2-ci bəndinə uyğun olaraq “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatətin qaldırılması üçün müvafiq sənədlər vətəndaşdan qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 21 yanvar tarixli 557 nömrəli Fərmanı ilə X6 “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir. Ş.Babayev xx.xx.2002-ci il tarixdə “xərçəng intoksiyası və sol ağciyərinin şişi” səbəbindən vəfat etmiş, sonradan onun ailə üzvləri “ölümün səbəbinin dəyişdirilməsi” iddiası ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-862 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2003-cü il tarixli 98 saylı cavab məktubu əsas götürülərək X5 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar odlu silahdan yaralanma nəticəsində sağ budun 1/3-də bud sümüyünün-açıq qəlpəli sınığı xəsarəti alması, bunun isə ağırlaşaraq sol ağciyərdə abses xəstəliyinin yaranmasına, ağ ciyərin bəd xassəli şişinə səbəb olması və nəticədə X5 xx.xx.2002-ci il tarixdə vəfat etməsi qənaətinə gəlinərək, X5 ölümü haqqında akt qeydləri kitabında ölümünün səbəbi “xx xxxxxx 1990cı il hadisələrində odlu silahdan yaralanma nəticəsində aldığı zədə” kimi yazılmağı qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2003-cü il tarixli 98 saylı məktubun surətinin Nazirliyə təqdim olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinə müvafiq məktub göndərilmiş və xx.xx.2019-cu il tarixli 1393 nömrəli cavab məktubunda Bakı şəhəri Xətai rayon məhkəməsinə xx.xx.2003-cü il tarixli 98 saylı məktubun göndərilməsinə dair hər hansı bir qeydiyyatın olmadığı, həmçinin həmin tarixdə ümumiyyətlə hər hansı bir məktubun ünvanlanmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı İddiaçı1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsində istinad edilən xx.xx.2003-cü il tarixli 98 saylı məktubun Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X9 rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 13 saylı hüquq məsləhətxanasına ünvanlanmasını təsdiq edən surətini təqdim etmişdir. Bununla əlaqədar, xx.xx.2019-cu il tarixdə Birliyin Sabunçu rayon şöbəsindən ünvanlanmış xx.xx.2003-cü il tarixli 98 saylı məktubun əsaslığı haqqında münasibət bildirməsi məqsədilə yenidən Birliyə Nazirlik tərəfindən məktub ünvanlanmışdır. Birliyin xx.xx.2019-cu il tarixli cavab məktubunda mərhum X10 barəsində Birliyin Sabunçu rayon şöbəsindən verilmiş 2003-cü il 16 may tarixli 98 saylı məktubun şöbənin arxivində aşkar olunmadığı, eləcə də X5 1990-cı il 20 yanvar tarixində sağ bud sümüyünün açıq-qəlpəli, odlu silah yaralanmasına dəlalət edən tibbi məlumatlar olsa da, 12 ildən sonra onun ölümünə səbəb olmuş sol ağciyərin bəd xassəli şiş əstəliyi ilə aldığı sağ bud sümüyünün açıq-qəlpəli odlu silah yaralanması arasında səbəbli əlaqənin olmasına dair fikrin elmi əsaslı olmadığı bildirilmiş, səbəb nəticə əlaqəsinin düzgün müəyyən edilməsi üçün X5 meyitinin xarici və daxili müayinəsinə dair rəy, onun stasionar və ambulator müalicəsi ilə bağlı bütün tibbi sənədləri və digər iş materialları təqdim olunmaqla məhkəmə tərəfindən müvafiq məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Xətai rayon Məhkəməsi X5 990-cı il 20 yanvar tarixində sağ bud sümüyünün açıq-qəlpəli, odlu silah yaralanmasına dəlalət edən tibbi məlumatlar olsa da, 12 ildən sonra onun ölümünə səbəb olmuş sol ağciyərin bəd xassəli şiş xəstəliyi ilə aldığı sağ bud sümüyünün açıq-qəlpəli odlu silah yaralanması arasında səbəbli əlaqənin olmasına dair fikrin elmi əsasını müəyyən etmədən, səbəb nəticə əlaqəsinin düzgün müəyyənləşdirmədən, X5 meyitinin xarici və daxili müayinəsinə dair rəy, onun stasionar və ambulator müalicəsi ilə bağlı bütün tibbi sənədləri və digər iş materialları təqdim olunmaqla məhkəmə tərəfindən müvafiq məhkəmə-tibbi ekspertizasının təyin edilməli olduğu halda ekspertiza keçirmədən əsassız olaraq qətnamə qəbul etmişdir. Bundan əlavə, tərəfimizdən aparılmış araşdırmaya əsasən, müəyyən edilmişdir ki, birinci nstansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx.xx.2003-cü il tarixli 98 saylı cavab məktubu ümumiyyətlə mövcud deyildir. Mövcud olmayan sənədlər əsasında ərizənin təmin edilməsi, Azərbaycan Respublikasının adından qətnamənin qəbul edilməsi heç bir hüquqa, qanunvericiliyə sığmır. Kollegiya iclasında iştirak edən ərizəçilər İddiaçı1, M.Babayeva və onların nümayəndəsi və vəkili T.İbrahimov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişilər. Kollegiya iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə təmin edilməməlidir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin xx xxx 2003-cü il tarixli 98 saylı cavab məktubundan görünür ki, X10 həqiqətən xx xxxxxx 1990-cı il tarixdə 20 yanvar hadisələrində odlu silahdan yaralanma nəticəsində sağ budun orta 3/1-də bud sümüyünün açıq qəlpəli sınığı xəsarətini almışdır. Xəstə Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasında xx xxxxxx 1990-cı ildən xx xxxxx 1990-cı il tarixədək müalicə almış, sonra isə Moskva şəhərində 59 saylı klinik xəstəxanasında xx xxxxx 1990-cı ildən xx xxxx 1990-cı il tarixinədək müalicədə olmuşdur. Bundan sonra xəstə uzun müddət ev şəraitində, sonra isə həmin xəstəliyin ağırlaşması ilə əlaqədar, yəni sol ağ ciyərdə abses xəstəliyinin əmələ gəlməsinə, bunun isə ağırlaşaraq ağ ciyərin bəd xassəli şişinə səbəb olmuş, nəticədə Şamil Babayev xx xxxxxx 2002-ci ildə vəfat etmişdir. Onun ölümü ilə xx xxxxxx 1990-cı il tarixdə aldığı travmanın səbəbli əlaqəsi vardır. Kollegiya iş materiallarında olan sənədlərə əsasən hesab edir ki, vəfat etmiş X5 20 yanvar hadisələrində iştirak etməsi, həmin hadisələr zamanı odlu silahdan yaralanması, 2-ci qrup əlil olması işin mübahisələndirilməyən hallarını təşkil edir. Hazırki iş üzrə ərizəçi ölümün səbəbini mübahisələndirir. Kollegiya qeyd edir ki, ölümün səbəbinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən bununla bağlı müvafiq ekspert rəyinin olması tələb olunur. İş materiallarında ölümün səbəbini müəyyən edən ekspert rəyi aşkar edilməmiş və birinci instansiya məhkəməsi ölümün səbəbini müəyyən edən sübut qismində “Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 98 saylı, xx.xx.2003-cü il tarixli məktubuna istinad etmişdir. Kollegiya hesab edir ki, həmin məktub ekspert rəyini əvəz etmədiyindən ölümün səbəbini müəyyən edən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-862/2003 saylı, xx xxx 2003-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçilər İddiaçı1 və X1 Xətai rayon İcra Hakimiyyətinə qarşı “vəzifəli şəxsin hərəkətlərindən şikayət” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6789/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6789/2020
25.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver