Məhkəmə qərarları › İş №2(103)-6790/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6790/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6790/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı nümyəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)-1837/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən İddiaçı məxsus olmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsi xx.xx.2016-cı il tarixdə 34 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək, Vaqif prospekti, 987-ci məhəllədə yaşayış binasının tikintisi məqsədilə “İrşad” X6 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı, xx.xx.2015-ci il tarixli 201 saylı, xx.xx.2016-cı il tarixli 135 saylı və xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamlarına əsasən icazə verildiyi barədə məlumat vermiş, müvafiq qanunvericiliyə uyğun olaraq, hazırda həmin ərazidə mövcud qarajların söküntüsünə başlanılması və qeyd olunan ərazidə X5 istifadəsində olan qarajın mövcud olması bildirilmiş, ona məxsus qarajın köçürülməsi ilə əlaqədar olaraq sənədlərini 13 saylı MKİS-ə təqdim etməsi xahiş olunmuş, əks təqdirdə sərəncamın müvafiq bəndinə uyğun olaraq qarajın söküləcəyi qeyd olunmuşdur. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən 3-cü şəxs qismində “İrşad” X7 cəlb etməklə cavabdeh vətəndaş X9 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “İrşad” İAM tərəfindən müvafiq kompensasiya ödənilməklə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən cavabdeh A.Muğanlinskinin adına olan mübahisəli avtomobil qarajının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X8 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürülmüş, Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilərək ləğv edilmiş, Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X5 adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixdə həmin qarajın qapısı iddiaçı ailəsi ilə birlikdə şəhər kənarında istirahətdə olduğu müddətdə onun icazəsi olmadan açılmış, qarajda olan minik avtomobili qarajdan çıxarılıb həyətə qoyulmuş, digər əşyalar isə yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət etmiş, lakin Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə məsələ ilə əlaqədar hazırda məhkəmədə araşdırma aparıldığından, vətəndaş İddiaçı şikayət ərizəsində ona məxsus qaraja ziyan yetirilməsi və qarajda olan əşyaların yoxa çıxması ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsinin olmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilmişdir və həmin qərar iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2(006)-7353/2016 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları təmin edilməklə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən qaraj mövcud yerindən götürülmüş, qarajın mövcud olduğu yerdə tikinti işləri aparılmış, qaraj Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllənin ərazisində yerləşdirilmiş, qapısı plomblanmışdır. Yerli baxış aparılan zaman iddiaçı və üçüncü şəxsin nümayəndələri qarajın yeri dəyişdirilərkən içində olan əşyalara toxunulmadığını və həmin əşyaların qarajın içində olduqlarını bildirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin növbəti iclasında isə məhkəmənin xx.xx.2016-cı il tarixli 2(006)-7353/2016 saylı qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı X12 cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mübahisələndirmə haqqında” iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamının ləğv edilməsi, iddiaçıya məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2-1(81)- 4025/2016 saylı iş üzrə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməklə ünvan 3 ünvanında yerləşən əraziyə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həyətə daxil olarkən Vaqif prospektindən Mirəli Qaşqay küçəsindən yolun kəsişməsindən yeni tikilmiş binanın altına düşmüş qaraj sökülüb. Protokolda, həmçinin, qeyd edilmişdir ki, iddiaçının dediyinə görə, qaraj qanunsuz olaraq sökülüb və iddiaçının qarajı evin qarşısına qoyulub. Eyni zamanda, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya mübahisəli qaraj əvəzinə yeni qaraj təklif olunub və həmin təklif olunan qaraja baxış keçirilərkən cavavbdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan qarajda olan əşyalar icra nümayəndəliyi əməkdaşları tərəfindən akt tərtib edilərək təklif olunan qaraja köçürülmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edilərək, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində ədalətli kompensasiya və ya pul kompensasiyası əvəzinə alternativ kimi ikinci qarajın verilməsinə də razı olduğu qeyd edilmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ilə iddiaçı X5 cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və “İrşad” X10 işə cəlb edilməklə cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən 03 avqust 2016-cı il tarixli 158 nömrəli Sərəncamının ləğv edilməsi, ona məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətdə bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, xx.xx.2018-ci il tarixdə isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilmiş və cavabdeh tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin ərazidə yerləşmiş qarajlara görə 30 000 (otuz min) manat ödənildiyini nəzərə alaraq, iddiaçıya da 30 000 (otuz min) manat maddi ziyan ödənilməsi barədə və 2 ildən artıq qarajsız qaldığına görə, o cümlədən qarajda olan əşyaları bu günədək iddiaçıya qaytarmadığına görə 20 000 (iyirmi min) manat mənəvi ziyanın cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsinin onun üzərinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarı ilə iddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı X2 vurulan maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun ödənilməsi öhdəliyi Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etdiyinə görə onun hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi; Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararsız vəziyyətdə olduğu təqdirdə isə iddiaçıya dəymiş 10 000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunması; Cavabdeh iddiaçının qarajında saxladığı mülkiyyətini ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10 000 (on min) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ailəsi şəhərkənarı bağda olarkən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən onun adında olan Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı xx.xx.2016-cı il tarixində dağıdılmış, qarajda olan minik avtomobili kobud şəkildə qarajdan çıxarılaraq həyətə atılmış və qarajda olan mülkiyyəti yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi rayon Prokurorluğuna və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsinin 20-ci PBnin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qarajın dağıdılması Cavabdeh rəhbərliyi altında olan “İrşad” X3 əməkdaşları və Cavabdeh məxsus tikintidə işləyən fəhlələrin iştirakı ilə həyata keçirilmiş, həmin proses “İrşad” X3 əməkdaşı tərəfindən video-kameraya çəkilmiş və qarajda olan mülkiyyət Cavabdeh məxsus qarajda yığılmışdır. Minik avtomobili istisna olmaqla, digər mülkiyyətdən məhkəməyə müraciət etdiyi günədək iddiaçının məlumatı olmamışdır. Qarajda qədimi tikiş maşını, kompüter, yeni il şənliyi üçün hündür yolka və onu bəzəmək üçün xaricdən gətirilmiş müxtəlif bəzək əşyaları və evə lazım olan bir çox dəyərli əşyalar var idi. İddiaçı “İrşad” X3 direktoru Cavabdeh qarajda olan mülkiyyəti qaytarmasını tələb etsə də, o, əşyaları qaytarmamışdır. Onun özbaşına, qanunsuz hərəkətlərinə halhazıradək hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən qarajda saxlanan əşyalar bu günədək yararsız vəziyyətə düşmüş ola bilər. Cavabdeh qəsdən həmin əşyaları iddiaçıya qaytarmaqdan yayınaraq iddiaçının Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin, “İrşad” X3 direktoru Cavabdeh iddiaçının əmlak üzərindəki sahiblik hüququnu kobud şəkildə pozmuş və bu hal davam etməkdədir. Bu səbəbdən iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən dəymiş ziyana görə kompensasiya ödənilməlidir. Cavabdeh iddiaçıya məlumat vermədən, onu saymadan qarajının qapısını sındıraraq avtomobilini və digər əşyaları çölə tullamaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu təhqir etməklə ona mənəvi zərər də vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)-1837/2022 saylı qətnaməsinə əsasən İddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 384, 1096, 1097.1-ci maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarları ilə əsaslandıraraq, göstərmişdir ki, İddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırıb birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyini, işin bütün faktiki hallarının araşdırılmadığını göstərib qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin bütövlükdə yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən İddiaçı məxsus olmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsi xx.xx.2016-cı il tarixdə 34 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək, Vaqif prospekti, 987-ci məhəllədə yaşayış binasının tikintisi məqsədilə “İrşad” X6 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı, xx.xx.2015-ci il tarixli 201 saylı, xx.xx.2016-cı il tarixli 135 saylı və xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamlarına əsasən icazə verildiyi barədə məlumat vermiş, müvafiq qanunvericiliyə uyğun olaraq, hazırda həmin ərazidə mövcud qarajların söküntüsünə başlanılması və qeyd olunan ərazidə X5 istifadəsində olan qarajın mövcud olması bildirilmiş, ona məxsus qarajın köçürülməsi ilə əlaqədar olaraq sənədlərini 13 saylı MKİS-ə təqdim etməsi xahiş olunmuş, əks təqdirdə sərəncamın müvafiq bəndinə uyğun olaraq qarajın söküləcəyi qeyd olunmuşdur. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən 3-cü şəxs qismində “İrşad” X7 cəlb etməklə cavabdeh vətəndaş X9 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “İrşad” İAM tərəfindən müvafiq kompensasiya ödənilməklə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən cavabdeh A.Muğanlinskinin adına olan mübahisəli avtomobil qarajının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin icraatında olduğu dövrdə Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X8 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürülmüş, Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilərək ləğv edilmiş, Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X5 adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixdə həmin qarajın qapısı iddiaçı ailəsi ilə birlikdə şəhər kənarında istirahətdə olduğu müddətdə onun icazəsi olmadan açılmış, qarajda olan minik avtomobili qarajdan çıxarılıb həyətə qoyulmuş, digər əşyalar isə yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət etmiş, lakin Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə məsələ ilə əlaqədar hazırda məhkəmədə araşdırma aparıldığından, vətəndaş İddiaçı şikayət ərizəsində ona məxsus qaraja ziyan yetirilməsi və qarajda olan əşyaların yoxa çıxması ilə bağlı xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsinin olmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilmişdir və həmin qərar iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2(006)-7353/2016 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları təmin edilməklə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən qaraj mövcud yerindən götürülmüş, qarajın mövcud olduğu yerdə tikinti işləri aparılmış, qaraj Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllənin ərazisində yerləşdirilmiş, qapısı plomblanmışdır. Yerli baxış aparılan zaman iddiaçı və üçüncü şəxsin nümayəndələri qarajın yeri dəyişdirilərkən içində olan əşyalara toxunulmadığını və həmin əşyaların qarajın içində olduqlarını bildirmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin növbəti iclasında isə məhkəmənin xx.xx.2016-cı il tarixli 2(006)-7353/2016 saylı qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan əlavə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı X12 cavabdeh Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mübahisələndirmə haqqında” iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamının ləğv edilməsi, iddiaçıya məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2- 1(81)-4025/2016 saylı iş üzrə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməklə ünvan 3 ünvanında yerləşən əraziyə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həyətə daxil olarkən Vaqif prospektindən Mirəli Qaşqay küçəsindən yolun kəsişməsindən yeni tikilmiş binanın altına düşmüş qaraj sökülüb. Protokolda, həmçinin, qeyd edilmişdir ki, iddiaçının dediyinə görə, qaraj qanunsuz olaraq sökülüb və iddiaçının qarajı evin qarşısına qoyulub. Eyni zamanda, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya mübahisəli qaraj əvəzinə yeni qaraj təklif olunub və həmin təklif olunan qaraja baxış keçirilərkən cavavbdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan qarajda olan əşyalar icra nümayəndəliyi əməkdaşları tərəfindən akt tərtib edilərək təklif olunan qaraja köçürülmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edilərək, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində ədalətli kompensasiya və ya pul kompensasiyası əvəzinə alternativ kimi ikinci qarajın verilməsinə də razı olduğu qeyd edilmişdir. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ilə iddiaçı X5 cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və “İrşad” X10 işə cəlb edilməklə cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən 03 avqust 2016-cı il tarixli 158 nömrəli Sərəncamının ləğv edilməsi, ona məxsus fərdi avtomobil qarajının əvvəlki yerində əvvəlki vəziyyətdə bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Bundan sonra iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, xx.xx.2018-ci il tarixdə isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilmiş və cavabdeh tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin ərazidə yerləşmiş qarajlara görə 30 000 (otuz min) manat ödənildiyini nəzərə alaraq, iddiaçıya da 30 000 (otuz min) manat maddi ziyan ödənilməsi barədə və 2 ildən artıq qarajsız qaldığına görə, o cümlədən qarajda olan əşyaları bu günədək iddiaçıya qaytarmadığına görə 20 000 (iyirmi min) manat mənəvi ziyanın cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsinin onun üzərinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(103)-77/2018 saylı qərarı ilə iddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı X2 vurulan maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun ödənilməsi öhdəliyi Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin «Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etdiyinə görə onun hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi» hissəsinə münasibətdə mövqeyi ilə razılaşır. Belə ki, məhkəmə düzgün qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasını təşkil edilməsi, iddiaçının icazəsi olmadan ona məxsus mülkiyyətin öz qarajında yığılması, mülkiyyətindən istifadə hüququndan iddiaçını məhrum etməsi sübuta yetirilmədiyindən, yəni həmin hərəkətlərin məhz cavabdeh tərəfindən yerinə yetirilməsi məhkəmədə sübut olunmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi digər iddia tələbləri üzrə də düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçı həmin tələblər üzrə iddia etdiyi faktların və halların cavabdeh tərəfindən törədildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, digər hüquqi əsaslar da birinci instansiya məhkəməsinin tərəfindən müəyyənləşdirilməsi mümkün olmamışdır. Belə ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyator ona məxsus qarajın sökülməsindən əmlaklarının cavabdehə məxsus qaraja yığılmasını göstərsə də, cavabdeh tərəf əmlaklar yığılan qarajın ona məxsus olmasını etiraf etməmişdir. İddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin iclasında əlavə olaraq Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda əmlakları yığılan 18 №li qarajın İrşad” X11 mülkiyyətində olmasının təsdiq edilməsinə istinad etsə də, cavabdehin vəkili bu nömrəli qarajın sözügedən Mərkəzin mülkiyyətində olmadığını bildirmiş, bunun əksini təsdiq edən mötəbər sübutun isə təqdim edilmədiyini vurğulamışdır. Məhkəmə kollegiyası Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda əmlakları yığılan 18 №li qarajın İrşad” X11 mülkiyyətində olmasını təsdiq edən sübut təqdim edilmədiyi üçün sözüjedən məktubun da iddianın əsaslı olmasını təsdiq edən sübut kimi qiymətləndirmir və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən hallar faktik olaraq araşdırılmış və düzgün hüquqi qənaətə gəlmişdir, Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, maddi ziyanla və əmlakların cavabdehdə olması və ya qaytarmaması ilə bağlı tələblər öz təsdiqini tapmadığı üçün birinci instansiya məhkəməsinin iddiaçının şərəf və ləyaqətinə toxunmaqla ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10.000 (on min) manatın ödənilməsi» hissələri üzrə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının qərarın tələbləri baxımından düzgün hüquqi mövqeyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)-1837/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar