Məhkəmə qərarları › İş №2(103)-68/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-68/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-68/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdehiştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)- 100/2018nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş 3000 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri. Binəqədi rayonu, 9 A mkr.. M.Cəlal küçəsi, ev 13, 65 nömrəli mənzili ona məxsusdur. Bakı şəhəri, Binəqədi rayonu, 9 A mkr., M.Cəlal küçəsi, ev İ 3. 68 saylı mənzildən suyun axması nəticəsində su mənzilində ciddi qüsurlar əmələ gəlmişdir. Onun mənzilindən yuxarıda 68 nömrəli mənzilin sahibi Cavabdeh yaşayır. Nəticə etibarilə iddiaçının mənzilinə 3000 manat maddi ziyan dəymişdir. Bu səbəbdən cavabdehdən 3000 manat maddi ziyan, 2000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 5000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)- 100/2018nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 1249 (bir min iki yüz qırx doqquz) manat İddiaçı xeyrinə tutulması, iddia qaldırılması ilə bağlı ödənilməli olan 10 manat dövlət rüsumu və aparılmış məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyərinin yarısı olan 50 manat Cavabdeh, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqatının dəyərinin yarısı olan 50 manat isə İddiaçı tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)-100/2018nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)-100/2018nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin olunmuşdur və xx xxx 2020-ci il tarixdə məhkəməyə xx xxxxx 2020-ci il tarixli 26668 saylı Ekspertiza Rəyi daxil olmuşdur. Məhkəmə Kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iddiaçının məhkəmə baxışı gedişində vəfat etməsi səbəbindən iddiaçının hüquqi varisi X3 məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının apelyasiya şikayətinə etiraz etdiyini bildirmiş və özünün apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçının hüquqi varisi X3nınməhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsə də iştirak etməmişdir.Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının hüquqi varisi X1 şikayəti təmin olunmamalı, Cavabdehapellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)-100/2018nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 1249 (bir min iki yüz qırx doqquz) manat İddiaçı xeyrinə tutulması hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd olunmalıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli, 23153 saylı rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 A mkr., M.Cəlal küçəsi, ev 13. 65 saylı mənzilə 68 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Bakı şəhəri. Binəqədi rayonu. 9 A mkr., M.Cəlal küçəsi, ev 13, 65 saylı mənzilə sızması halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunacaq (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 1249 manat olduğu müəyyən edilmişdir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-texniki ekspertizası ilə bağlı xx xxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx xxxxx 2020-ci il tarixli 26668 saylı Ekspertiza Rəyindən görünür ki, Tədqiqat Bakı şəhəri, Binəqədi rayonu, 9 “a” mikrorayon, Mir Calal küçəsi, 19 saylı yaşayış evinin 65 və 68 saylı mənzilləri üzrə aparılır. Tədqiqatın aparılması üçün cavabdehin iştirdki ilə tədqiqat obyektlərinə baxış keçirilmişdir. Tədqiq olunan mənzillərə vizual baxış keçirilən zamanı müəyyən olunmuşdur ki, mənzillər 9 mərtəbəli yaşayış evinin 6-cı və 7-ci mərtəbələrində yerləşirlər. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan mənzillər 6-cı və 7-ci mərtəbələrində yerləşdiyinə baxmayaraq mənzillər biri birinin üzərində yerləşmədiyi müəyyən edilmişdir. İş üzrə iddiaçıya məxsus 65 saylı mənzilin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamışdır. 65 saylı mənzilə su sızmasının səbəbini müəyyən etmək məqsədi ilə tədqiq olunan mənzilin üst mərtəbəsində yerləşən mənzillərə 67 və 68 baxış keçirilməsi zəruri olmuşdur. Lakin 65 saylı mənzilin (üstündə) üst mərtəbəsində yerləşən 67 saylı mənzilinin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış, lakin 68 saylı mənzilə baxış keçirilən zamanı mənzilin dəhliz və mətbəx tikililərinin tavan və divarlarında su sızma ləkələrinin, boyanın qabarmasıvə divar kağızının qopması kimi halların olduğu müəyyən edilmişdir. Qərardadın birinci sualı ilə bağlı qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 “a” mikrorayon, Mir Calal küçəsi, 19 saylı yaşayış evinin 65 saylı və 67 saylı mənzillərin qapıları bağlı olduğundan su sızmanın mənbəyi müəyyənetmək mümkün deyildir. Qərardadın ikici və üçüncü suallar iləbağlı qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9 “a” mikrorayon, Mir Calal küçəsi, ev 19 saylı yaşayış evinin 68 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu və eləcədə mənzillərin yaşayış binasının 6-cı və 7-ci mərtəbələrində yerləşdiyinə baxmayaraq mənzillər biri birinin üzərində yerləşmədiyini nəzərə alaraq 65 saylı mənzilə uyun sızması onun yuxarı mərtəbələrində yerləşən mənzillərdən baş verilməsi mümkündür. Beləliklə aparılmış tədqiqatla, Bakı şəhəri, Binəqədi rayonu, 9 “a” mikrorayon, Mir Cəlal küçəsi, 19 saylı yaşayış evinin 65 saylı mənzildə yaranmış qüsurların xarakterini və yaralanma səbəbi ilə bağlı tədqiqat aparmaq mümkün olmadı. Bakı şəhəri, Binəqədi rayonu, 9 «a» mikrorayon, Mir Calal küçəsi, ev 19 saylı yaşayış evinin 68 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu və eləcədə mənzillərin yaşayış binasının 6-cı və 7-ci mərtəbələrində yerləşdiyinə baxmayaraq mənzillər biri birinin üzərində yerləşmədiyini nəzərə alaraq 65 saylı mənzilə suyun sızması onun yuxarı mərtəbələrində yerləşən mənzillərdən baş verilməsi mümkündür. Bakı şəhəri, Binəqədi rayonu, 9 “a” mikrorayon, Mir Calal küçəsi, 19 saylı yaşayış evinin 65 saylı mənzildə yaranmış qüsurların xarakterini və yaranma səbəbi ilə bağlı tədqiqat aparmaq mümkün olmadı. Bakı şəhəri, Binəqədi rayonu, 9 “a” mikrorayon, Mir Calal küçəsi, ev 19 saylı yaşayış evinin 68 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğunu və eləcədə mənzillərin yaşayış binasının 6-cı və 7-ci mərtəbələrində yerləşdiyinə baxmayaraq mənzillər biri birinin üzərində yerləşmədiyini nəzərə alaraq 65 saylı mənzilə suyun sızması onun yuxarı mərtəbələrində yerləşən mənzillərdən baş verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikf) nicəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvııran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008- ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvııran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhliikəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvııran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda ıııüiki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” Göründüyü kimi, mənəvi zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı əsasların müəyyən edilməsi zəruridir: mənəvi zərərin baş verməsinə səbəb olmıış hərəkətin və ya hərəkətsizliyin təhliikəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvııran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əııılak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları. Bu baxımdan Kollegiya qeyd edir ki, cavabdehin iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, bu əməlin nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetirilmədiyindən iddiaçının hüquqi varisi X3nın apellyasiya şikayəti təmin olunmamalı, Cavabdehapellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)-100/2018nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 1249 (bir min iki yüz qırx doqquz) manat İddiaçı xeyrinə tutulması hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının hüquqi varisi X3nın apellyasiya şikayəti təmin olunmasın. Cavabdehapellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci ilil tarixli 2(001)- 100/2018nömrəli qətnaməsi iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 1249 (bir min iki yüz qırx doqquz) manat İddiaçı xeyrinə tutulması hissədə ləğv olunsun, həmin hissədə iddia rədd olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 100 (bir yüz) manatiddiaçının hüquqi varisi X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar