Məhkəmə qərarları › İş №2(103)-68/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-68/2021

10.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-68/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X11 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-8/2018 saylı qətnaməsindən cavabdehlər "xxxx" şirkəti, X6 və Cavabdeh2, X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 18 iyul 2012-ci il tarixli, 030/03F1 nömrəli kredit müqaviləsinə əsasən 1.661.552,62 manat məbləğində əsas borcun və 541.192,29 manat faiz borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2.202.745,21 manat pulun cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, həmin məbləğin ödənilməsinin kredit öhdəliyinin təminatı olaraq bağlanmış 030/03F1, 030/04Fl, 030/05F1 və 030/06F1 nömrəli 18 iyun 2012-ci il tarixli ipoteka müqavilələrinə müvafiq olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7 km ünvanında istifadədə olan 0,28636 ha torpaq sahəsində yerləşən 2.615,3 kv.m ümumi, 2.279,9 kv.m əsas, 335,4 köməkçi sahədən ibarət əmlak kompleksinə, ünvan 2 nömrəli mənzilə, ünvan 3 nömrəli mənzilə və ünvan 4 nömrəli mənzilə yönəldilməsi, mənzillərin açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə qalan məbləğin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, X12, X4, X14, X3 və X7 ünvan 2 nömrəli mənzildən çıxarılmalarını xahiş etmişdir. Daha sonra, iddiaçı iddiа tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, X12, X4, X14, X3 və X7 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsi və iddia tələbinin göstərilən digər tələblərlə yanaşı həmin şəxslərin Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19; 51/53 nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC ilə cavabdeh "xxxx" şirkəti arasında 18 iyul 2012-ci il tarixli, 030/03F1 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 1.700.000 manat məbləğində 36 ay müddətinə, illik 16 % dərəcəsi ilə kredit ayrılmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq ödənişlər müəyyən edilmiş qaydada ödənilməmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər sonuncu dəfə 14.02.2014-cü il tarixində aparılmışdır. Həmin tarixdən etibarən cavabdeh tərəfindən ödənişlər aparılmır. Hal-hazırda borclu üzərinə düşən vəzifələri lazımi qaydada icra etməyərək kredit müqaviləsi üzrə ödənişləri həyata keçirmir. Bank tərəfindən cavabdehə dəfələrlə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən kredit məbləğinin ödənilməsi istiqamətində tədbir görülməmişdir. Hal-hazırda cavabdehin 1.661.552,62 manat məbləğində əsas borcu və 541.192,29 manat faiz borcu yaranmışdır. Tərəflər arasında imzalanmış 18 iyul 2012-ci il tarixli, 030/03F1 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borc verən borc alana 1.700.000 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən ödənişlər hər ay aparılmalıdır. Sözügedən kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu 030/03F1, 030/04F1, 030/05F1 və 030/06F1 nömrəli 18 iyun 2012-ci il tarixli ipoteka müqavilələridir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)-8/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 18.07.2012-ci il tarixli, 030/03F1 nömrəli kredit xətti müqaviləsi üzrə 1.661.552.62 manat əsas borc, 541.192,29 manat faiz borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2.202.774,91 manat məbləğində pulun cavabdeh "xxxx" şirkətindən alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdeh "xxxx" şirkətinə məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 2.000.000 manat müəyyən edilməklə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7 km-də yerləşən əmlak kompleksinə, Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 19, mənzil 51/53 nömrəli mənzilinə, cavabdeh X5 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 57.500 manat müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 163, 12 nömrəli mənzilinə və cavabdeh X5 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 57.500 manat müəyyən edilməklə, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəmov küçəsi, ev 163, 15 nömrəli mənzilinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satış yolu ilə satılaraq, əldə olunan vəsaitdən cəmi 2.202.774,91 manat məbləğində pulun İddiaçı ASCyə ödənilməsi, qalan məbləğin müvafiq olaraq "xxxx" şirkətinə, Cavabdeh2 və X5 verilməsi, ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsinin cavabdeh "xxxx" şirkətindən İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 19, mənzil 51/53 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində X12, X4, X14, X3 və X7 həmin mənzildən çıxarılmaları, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər X6 və Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh X3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" şirkəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC aralarında bağlanan müqavilənin məqsədinə çatmağa maneçilik törədərək və öhdəliyin icrasını təhlükəyə məruz qoyaraq müqavilə üzrə əsas məbləğə hesablanmış faizləri əsassız şişirtməklə məhkəməyə iddia tələbi təqdim etmiş və həmin iddia tələbini təmin etməklə, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələbi pozulmuşdur. Bundan başqa, Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi qanunun tələbinə əsasən borc üzrə faizlər bir il keçdikdən sonra borcun qaytarılması ilə bir vaxtda ödənilməli olduğu halda, birinci instansiya məhkəməsi həmin bir il müddət ərzində əsassız olaraq tərəflərindən əsas kredit borcundan əlavə, 541.192,29 manat faiz borcu ödəməli olduğuqları barədə qətnamə çıxarmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə ödənilmiş məbləğlər ümumiyyətlə nəzərə alınmamış və əsas məbləğdən və faiz məbləğindən çıxılmamışdır. İpoteka predmetlərinin ilkin satış qiymətləri real bazar dəyərindən qat-qat aşağıdır. Cavabdehlər X6 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki işə baxan birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə ödənilmiş məbləğlər ümumiyyətlə nəzərə alınmamış və əsas məbləğdən və faiz məbləğindən çıxılmamışdır. Məhkəmə qətnaməsindən tam aydın görünür ki, İddiaçı ASC-nin hansı meyarlar əsasında bu faizləri hesablandığı və həmin faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Həmçinin bilmək olmur ki, bununla kredit təşkilatının məqsədi məbləğin qaytarılmasıdır, yoxsa ödəmə qabiliyyətində olmayan şəxsin daha da müflis vəziyyətə salınması və ipoteka predmetlərinin ələ keçirilməsidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən işin baxılması zamanı müvafiq ekspertiza təyin edilməklə, kredit üzrə ödənilmiş məbləğlərin nəzərə alınması və faizlərin düzgün hesablanması yenidən yoxlanılmalıdır. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırki iş üzrə ipoteka qoyanla ipoteka saxlayan arasında ipoteka predmetlərinin ilkin satış qiyməti barədə razılaşma mövcud deyildir. İddiaçının tələb etdiyi məbləğ və məhkəmə qətnaməsində qeyd edilən ilkin satış qiyməti isə ipoteka predmetinin real bazar dəyərindən qat-qat aşağı məbləğdir. Belə olan halda hazırki iş üzrə müvafiq ekspertiza təyin edilməli və müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin real ilkin satış qiyməti müəyyən edilməlidir. Cavabdeh X3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iştirakı olmadan işə baxmış, Birinci instansiya məhkəməsi tərəfindən ipoteka müqaviləsinin etibarlığı yoxlanılmamışdır. Əsl reallıqda onun ipoteka müqaviləsindən xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X17 apellyasiya şikayətlərini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddianın əsas borclu-ipoteka qoyana qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterlidir, həmçinin apellyatorlar apellyasiya şikayətlərində qətnamənin ləğvini xahiş etdiklərindən, şikayətinin məzmunu qətnamənin bütünlüklə yoxlanılmasına əsas verir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə "xxxx" şirkəti arasında bağlanmış 18 iyul 2012ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, bank (borc verən) "xxxx" şirkətinə (borc alan) illik 16% faiz hesablanmaqla, 36 аy müddətinə 1.700.000 manat məbləğində kredit xətti açılmasını, borc alan isə krediti qəbul еtmək, müqavilədə göstərilən müddətə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" şirkəti (borc alan və ipotekaqoyan) arasında bağlanmış 18 iyul 2012-ci il tarixli, 030/03F1 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, tərəflər aralarında ipoteka predmeti olan "xxxx" şirkətinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7 km ünvanında istifadədə olan 0,28636 ha torpaq sahəsində yerləşən 2.615,3 kv.m ümumi, 2.279,9 kv.m əsas, 335,4 köməkçi sahədən ibarət əmlak kompleksi 18 iyul 2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmeti 2.000.000 manat qiymətləndirilmişdir. İş materallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, "xxxx" şirkətinə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolun 6-7 km saylı əmlak kompleksi kimi müəssisə İddiaçı ASC-nin 1 saylı filialı tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 2 nömrəli reyestr kitabının 242 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 20.07.2012, qeydiyyat nömrəsi **********. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: 030/03F1 K/M 18.07.2012. İş materiallarında olan İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" şirkəti (borc alan), Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanmış 18 iyul 2012-ci il tarixli 030/04F1 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər aralarında ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzil 18 iyul 2012-ci il tarixli, 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmeti 210.000 manat qiymətləndirilmişdir. İş materallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 19, mənzil 51,53 İddiaçı ASC-nin 1 saylı filialı tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 1672 nömrəli reyestr kitabının 153483 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 20.07.2012, qeydiyyat nömrəsi **********. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: 030/03F1 K/M 18.07.2012. İş materiallarında olan İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" şirkəti (borc alan), X6 (ipoteka qoyan) arasında bağlanmış 18 iyul 2012-ci il tarixli 030/05F1 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər aralarında ipoteka predmeti olan X5 məxsus ünvan 3 ünvanında yerləşən mənzil 18 iyul 2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmeti 57.500 manat qiymətləndirilmişdir. İş materallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, X5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 163, mənzil 12 İddiaçı ASC-nin 1 saylı filialı tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 549 nömrəli reyestr kitabının 50527 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 20.07.2012, qeydiyyat nömrəsi **********. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: 030/03F1 K/M 18.07.2012. İş materiallarında olan İddiaçı ASC (ipoteka saxlayan) ilə "xxxx" şirkəti (borc alan), X6 (ipotekaqoyan) arasında bağlanmış 18 iyul 2012-ci il tarixli 030/06F1 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər aralarında ipoteka predmeti olan X5 məxsus ünvan 4 ünvanında yerləşən mənzil 18 iyul 2012-ci il tarixli 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipotека predmeti 57.500 manat qiymətləndirilmişdir. İş materallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, X5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 163, mənzil 15 İddiaçı ASC-nin 1 saylı filialı tərəfindən ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 544 nömrəli reyestr kitabının 50137 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi 20.07.2012, qeydiyyat nömrəsi **********. Əsas öhdəliyin mahiyyəti və icra müddəti: 030/03F1 K/M 18.07.2012. İş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 04.07.2012-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilində X14, Dürdanə Süleymanova, X15 və X12 qeydiyyatdadırlar. İş materiallarında olan X12 tərəfindən natoriat kontoruna ünvanlanmış 06.07.2012-ci il tarixli ərizənin surətindən görünürki, о, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin ipoteka qoyulmasına etiraz etməmişdir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan X4 tərəfindən natoriat kontoruna ünvanlanmış 06.07.2012-ci il tarixli ərizənin surətindən görünür ki, о, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin ipoteka qoyulmasına etiraz etməmişdir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan X14 tərəfindən natoriat kontoruna ünvanlanmış 06.07.2012-ci il tarixli ərizənin surətindən görünür ki, о, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin ipoteka qoyulmasına etiraz etməmişdir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan X15 tərəfindən natoriat kontoruna ünvanlanmış 06.07.2012-ci il tarixli ərizənin surətindən görünür ki, о, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin ipoteka qoyulmasına etiraz etməmişdir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan X3 tərəfindən natoriat kontoruna ünvanlanmış 18.07.2012-ci il tarixli ərizənin surətindən görünür ki, о, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin ipoteka qoyulmasına etiraz etməmişdir. İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.04.2015-ci il tarixli 178 №-li maliyyə arayışından görünür ki, "xxxx" şirkətinin kredit müqaviləsi üzrə 22 aprel 2015-ci il tarixli əsas borcu 1.661.552,62 manat, faiz borcu 541.192,29 manat, cəmi borcu 2.202.744,91 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 07.04.2015-ci il tarixli **********09 №-li, 07.04.2015-ci il tarixli **********11 №-li, 07.04.2015-ci il tarixli **********12 №-li və 07.04.2015-ci il tarixli **********13 №-li məktubundan görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində 07.04.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan pretenziya məktublarının surətindən görünür ki, 09 sentyabr 2014-cü ildə və 02.10.2014-cü ildə cavabdehlərə banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 aprel 2017-ci il tarixli ƏEM/A 06-451/17 saylı ekspert rəyindən görünür ki, 04 aprel 2017-ci il tarixə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən əmlak kompleksinin bazar dəyəri 1.750.000 manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51,53 saylı mənzilinin bazar dəyəri 187.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 12 saylı mənzilin bazar dəyəri 52.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin 15 saylı mənzilin bazar dəyəri 52.000 manat təşkil edir. Xidmət haqqı "xxxx" ММC-nintarif cədvəlinə müvafiq olaraq 500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2018-ci il tarixli 22222 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib edilmiş 22.04.2015-ci il tarixli, 178 saylı maliyyə arayışı (ödənişlər və borcla bağlı), kredit müqaviləsi və s.) əsasən 18.07.2012-ci il tarixli, 030/03F1 saylı kredit xətti müqaviləsi üzrə "xxxx" şirkətinin banka olan borcu 22.04.2015-ci il tarixə əsas borc üzrə 1.661.552,62 manat, faiz borcu üzrə 541.192,29 manat və müqavilə müddətinin bitdiyi tarixə əsas borc üzrə 1.661.552,62 manat, faiz borcu üzrə 605.438,99 manat müəyyən olunur. Aparılmış tədqiqatların dəyəri 145 manat təşkil edir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Belə ki, cavabdeh "xxxx" şirkəti kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh "xxxx" şirkəti onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, iddiaçı haqlı olaraq borcu tələb etməklə, tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya apellyatorların borcun düzgün hesablanmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, apellyatorlar işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişlər. Buna görə də, kollegiya hesab edir ki, məhkəmə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinə uyğun olaraq kredit müqavilələri üzrə faizlərin ilin sonunda ödənilməli olması barədə apellyasiya şikayətin dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə faiz dərəcələrini, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Qeyd olunmalıdır ki, hər iki qanun hal-hazırda qüvvədə olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qəbul olunmasından əvvəl qüvvəyə mindiyindən həmin normalar arasındakı kolliziya qüvvədən düşmüş “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənməlidir. Sonuncu Qanunun 7-ci maddəsinə əsasən isə hazırkı münasibətlərə zamanca daha sonra qüvvəyə minmiş “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir. Kollegiya apellyator Bənövşə Mahmudovanın birinci instansiya məhkəməsi tərəfindən ipoteka müqaviləsinin etibarlığının yoxlanılmaması, əsl reallıqda onun ipoteka müqaviləsindən xəbəri olmaması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı X1 cavabdehlər LPO İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonuduna, "xxxx" Şirkətinə və X2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11.06.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2020-ci il tarixli, 4/612 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş X1 adından olan 18.07.2012-ci il tarixli mənzilin ipotekaya qoyulması haqqında ərizənin aşağı hissəsinin “imza” qrafasında “Mahmudova” yazısı və “Mahmudova” yazısının qarşısındakı imza-X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X1 adından olan 18.07.2012-ci il tarixli mənzilin ipotekaya qoyulması haqqında ərizədəki yazılar (imza qrafasındakı “Mahмуgoва” yazısından başqa) –X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyatorların qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin bazar dəyərindən aşağı göstərilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizası ilə bağlı "xxxx" MMC-nin 22 oktyabr 2020-ci il tarixli, PR-M/023-1-2020, PR-M/023-2- 2020, PR-M/023- 3-2020, PR-M/023-4-2020 saylı rəylərinə əsasən 1. Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 04.04.2017-ci il tarixə bazar dəyəri-648000 manat, likvid dəyəri-550000 manat, 22.10.2020-ci il tarixə bazar dəyəri-540000 manat, likvid dəyəri-460000 manat təşkil edir. 2. Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin 22.10.2020-ci il tarixə bazar dəyəri-228000 manat, likvid dəyəri-212000 manat təşkil edir. 2017-ci il və 2020-ci illər arasında daşınmaz əmlak bazarında xüsusi qiymət dəyişikliyi müşahidə edilməyib. Həmçinin mənzilin yerləşdiyi zona şəhərin mərkəzi ərazisi olduğuna görə qiymət stabilliyi qalıb. Buna görə də, mənzilin 2017-ci il tarixinə olan bazar və likvid dəyəri hazırkı dəyərlərlə eynidir. 3. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilin 22.10.2020-ci ilə bazar dəyəri-104000 manat, likvid dəyəri-95000 manat təşkil edir. 2017-ci il və 2020-ci illər arasında daşınmaz əmlak bazarında xüsusi qiymət dəyişikliyi müşahidə edilməyib. Həmçinin mənzilin yerləşdiyi zona şəhərin mərkəzi ərazisi olduğuna görə qiymət stabilliyi qalıb. Buna görə də, mənzilin 2017-ci il tarixinə olan bazar və likvid dəyəri hazırkı dəyərlərlə eynidir. 4. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilin 22.10.2020-ci il tarixə bazar dəyəri-220000 manat, likvid dəyəri-204000 manat təşkil edir. 2017-ci il və 2020-ci illər arasında daşınmaz əmlak bazarında xüsusi qiymət dəyişikliyi müşahidə edilməyib. Həmçinin mənzilin yerləşdiyi zona şəhərin mərkəzi ərazisi olduğuna görə qiymət stabilliyi qalıb. Buna görə də, mənzilin 2017-ci il tarixinə olan bazar və likvid dəyəri hazırkı dəyərlərlə eynidir. Kollegiya qeyd edir ki, ipoteka predmetlərinin müqavilədəki qiyməti ilə qiymətləndirici rəyləri arasında olan qiymətlər arasında kəskin fərq mövcud olduğundan, təkrar qiymətləndirməyə zərurət yaranmış, məhkəmə kollegiyasının 18 mart 2020-ci il tarixli qərardadı ilə təkrar məhkəməqiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 26 yanvar 2021-ci il tarixli, 26/01-21/YM saylı, 28 yanvar 2021-ci il tarixli, 28/01-21/YM saylı və 22 fevral 2021-ci il tarixli, 22/02-21/QY/ƏK saylı rəylərinə əsasən 1. Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7-ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 2017-ci ilin aprel ayı ərəfəsində bazar qiyməti 736000 manat, likvid qiyməti 640000 manat, 2021-ci ilin yanvar ayında bazar qiyməti 770000 manat, likvid qiyməti 665000 manat təşkil edir. 2. Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin 2017-i ilin aprel ayı üçün bazara uyğun qiyməti 236000 manat, likvid qiyməti 200000 manat, 2021-ci ilin yanvar ayına bazara uyğun qiymət 265000 manat, likvid qiymət 230000 manat təşkil edir. 3. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilin 2017-ci ilin aprel ayına bazara uyğun qiyməti 60000 manat, likvid qiyməti 52100 manat təşkil edir. 4. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilin 2017-ci ilin aprel ayına bazara uyğun qiyməti 140000 manat, likvid qiyməti 122000 manat təşkil edir. 12 və 15 saylı mənzillər birləşdirildiyi üçün ümumi sahə 142,75 kv.m təşkil etməklə, 2021ci ilin bazara uyğun qiyməti 2021-ci ilin yanvar ayına 210000 manat, likvid qiyməti 185000 manat təşkil edir. Həmçinin "xxxx" MMC-nin 28 sentyabr 2021-ci il tarixli, 1348/21/BOA, 1349/21/BOA, 1350/21/BOA saylı rəylərinə əsasən 1. Qaradağ rayonu, Ələt qəsəbəsi, ƏlətHacıqabul yolunun 6-7ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin 04.04.2017-ci il tarixə bazara uyğun likvid dəyəri-530000 manat, 28.09.2021-ci il tarixə bazara uyğun likvid dəyəri-570000 manat. 2. Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin 04.04.2017-ci il tarixə bazara uyğun likvid dəyəri-200000 manat, 28.09.2021-ci il tarixə bazara uyğun likvid dəyəri-210000 manat. 3. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 və 12 saylı mənzilləri birləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilin 04.04.2017-ci il tarixə bazara uyğun likvid dəyəri-80000 manat, 28.09.2021-ci il tarixə bazara uyğun likvid dəyəri-90000 manat. 4. Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 163 ünvanındakı 3 mərtəbəli, köhnə tikili binada yerləşən 15 saylı mənzilin 04.04.2017-ci il tarixə bazara uyğun likvid dəyəri-180000 manat, 28.09.2021-ci il tarixə bazara uyğun likvid dəyəri-190000 manat təşkil edir. Kollegiya ipoteka predmeti olan Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunun 6-7ci kilometrliyində yerləşən, 0,28636 ha torpaq sahəsində yerləşən 2615,3 kv.m ümumi, 2279,9 kv.m əsas, 335,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti ******* manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində ******* manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri birinci instansiya məhkəməsinin müəyyən etdiyi ******* manatdan aşağıdır. Buna görə də, apellyatorlar həmin əmlakın qiymətinin yuxarı olmasını mübahisələndirsələr də, bu hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Əksinə, müəyyən olunur ki, məhkəmə həmin əmlakın ilkin satış qiymətini kifayət qədər yüksək müəyyən etmiş, ilkin satış qiymətinin yuxarı olmasından isə iddiaçı apellyasiya şikayəti verməmişdir. Buna görə də, kollegiya hesab edir ki, həmin əmlakın ilkin satış qiyməti ilə bağlı hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Kollegiya ipoteka predmeti olan Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti 210000 manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində 187000 manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri 210000, 212000, 23000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin əmlakın likvid qiymətləri ilə bağlı rəyləri bir-birinə yaxın olmaqla, “kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, Bakı şəhər, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin 51/53 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməli, 210000-212000 manat qiymətlər arası 211000 manat müəyyən olunmalıdır. Kollegiya ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti 57500 manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində 52000 manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri 90000, 95000, 521000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin əmlakın likvid qiymətləri ilə bağlı rəyləri bir-birinə yaxın olmaqla, “kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməli, 90000-95000 manat qiymətlər arası 92500 manat müəyyən olunmalıdır. Kollegiya ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı qeyd edir ki, həmin əmlakın ipoteka müqaviləsində qiyməti 57500 manat, birinci instansiya məhkəməsinin aldığı qiymətləndirmə rəyində 52000 manat müəyyən olunmuşdur. Hazırda alınmış rəylərdə əmlakın likvid qiymətləri 122000, 190000, 204000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin və "xxxx" MMC-nin əmlakın likvid qiymətləri ilə bağlı rəyləri bir-birinə yaxın olmaqla, “kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. Buna görə də, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinin ilkin satış qiyməti ilə bağlı hissədə qətnamə dəyişdirilməli, 190000-204000 manat qiymətlər arası 197000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə isə nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Kolegiya hesab edir ki, məhkəmə X12, X4, X14, X3 və X7 ünvan 2 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılmaları hissəsində iddianı qismən təmin edərək, mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində X12, X4, X14, X3 və X7 həmin mənzildən çıxarılmaları ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyator Bənövşə Mahmudovanın məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin dəlil iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci cavabdehə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 manat "xxxx" şirkətindən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 900 manatın "xxxx" şirkətindən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ013501**********6944, FAL:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər "xxxx" şirkəti, X6 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(006)- 8/2018 saylı qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilsin. Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 19 saylı evin, 51,53 saylı mənzilinin ilkin satış qiyməti 211000 (iki yüz on bir min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 12 saylı mənzilinin ilkin satış qiyməti 92500 (doxsan iki min beş yüz) manat, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 163 saylı evin, 15 saylı mənzilinə ilkin satış qiyməti 197000 (yüz doxsan yeddi min) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat "xxxx" şirkətindən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Apellyasiya mərhələsində keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 900 (doqquz yüz) manat "xxxx" şirkətindən alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N: AZ58RBTA********************, Bank: Rabitəbank ASC Nərimanov filialı, VÖEN:990001061, Müxbir hesab: AZ61NABZ013501**********6944, FAL:505442; S.W.İ.F.T: RBTAAZ22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar