Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-680/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndə-vəkili Nümayəndə, Cavabdeh3 nümayəndə-vəkili Vəkil və nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1845/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1845/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Masallı rayon İcra şöbəsi, AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi və Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək,qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi (qardaşı) X3 məhkəməyə apellyasiya şikayətindən imtina etməsinə dair ərizə ünvanlayaq göstərmişdir ki, hazırki iş üzrə iddiaçı olan İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-1311/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin iş üzrə tələbkar Cavabdeh3 Hüseynağa qızına olan 10.000 manat məbləğində borcu, eləcə də əlavə xərcləri ödəmiş və tərəflər arasında barışıq əldə edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və bu səbəbdən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin ərizəsinə etiraz etmədiyini bildirmişdir. Kollegiyanın iclasında iştirak edən Cavabdeh3 nümayəndə-vəkili Vəkil ərizənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Qasımov Anarın apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və onun şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1845/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-680/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-680/2024
17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver