Məhkəmə qərarları › İş №2(103)-6805/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6805/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6805/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 6703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi onun nümayəndəsi və vəkili Vəkil2 tərəfindən imzalanmışdır. Lakin cavabdeh tərəfindən Vəkil2 verilmiş və iş materiallarına surəti əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədə Cavabdeh tərəfindən Vəkil2 Azərbaycan Respublikası MPM-in tələbləri qaydasında onun adından sənədləri (iddia ərizəsini və s.) imza etmək səlahiyyətinin verildiyi xüsusi olaraq göstərilməmişdir. Bundan sonra Cavabdeh qeyd edilən nöqsanları aradan qaldıraraq İddiaçı qarşı yenidən “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və qarşılıqlı iddianın icraata qəbul edilməsinə dair prosessual müddətin bərpası edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə qanunla müəyyən edilmiş prossesual müddət çərçivəsində qarşılıqlı iddia verilsə də, məhkəmə e-2(011)-6703/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə nümayəndə kimi qarşılıqlı iddianı imzalama səlahiyyətinin olmaması səbəbindən qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. 01 oktyabr 2024-cü il tarixdə cavabdeh tərəfindən nümayəndəsinə Azərbaycan Respublikası MPM-nin tələbləri qaydasında etibarnamə verilsə də, qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prossesual müddət ötürülmüşdür. Bu səbəbdən də buraxılmış prossesual müddəti üzrlü hesab edib qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə məhkəməyə ərizə təqdim etsə də, məhkəmə hazırkı qərardadla qarşılıqlı iddianı geri qaytarmışdır. Məhkəmənin mövqeyi ilə razı deyil. Hesab edir ki, məhkəməyə müraciət hüququ məhdudlaşdırılmışdır. Halbuki müddətin ötrülməsi üzrlü səbəbdən baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməklə qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. MPM-in 154.1-ci maddəsinə əsasən isə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. MPM-in 155.2-ci madddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Belə ki, hazırki işin hallarından göründüyü kimi Cavabdeh ilk dəfə qarşılıqlı iddia ərizəsi təqdim edərkən bununla bağlı qanunla müəyyən edilmiş 20 günlük müddəti ötürməmiş, ərizə nümayəndə kimi onu imzalama səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Həmin nöqsanın aradan qaldırılması obyektiv səbəblərə görə müəyyən bir vaxt tələb etdiyindən cavabdeh tərəfindən növbəti dəfə qarşılıqlı iddia ərizəsinin verilməsi zamanı artıq üzrlü səbəbdən prosessual müddət ötürülmüşdür. Belə olan halda, məhkəmə müdafiəsi hüququnun konstitusiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası ilə müəyyən edilmiş ən mühüm insan hüquqlarından biri olduğunu və şəxsin bu hüququnun təmin olunmasının vaciblyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən müddətin buraxılmasının səbəbi üzrlü hesab edilməli, onun qarşılıqlı iddia vermək hüququ məhdudlaşdırılmamalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı müəyyən olunmuş müddətlər cavabdeh tərəfindən üzrlü səbəbdən ötürüldüyündən birinci instansiya məhkəməsi onu geri qaytarmaqda haqlı olmamış, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6703/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar