Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6806/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin - 2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə məhkəmədən kənar yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8734/2024 saylı, 29 oktyabr 2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6703/2024 saylı 14 noyabr 2024-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadından verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılmamış, başqa mülki iş üzrə qərardad iş materallarına əlavə edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilməklə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan maddənin ziddinə olaraq verilmiş şikayətə ilk növbədə özü baxıb müvafiq qərar qəbul etməli olduğu halda şikayəti birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8734/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməklə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6806/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6806/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver