Məhkəmə qərarları › İş №2(103)-6806/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6806/2025

13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6806/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X7 cavabdehlər X18 və "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6806/2025 (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh “X16” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “X16” Açıq Səhmdar Cəmiyyəti və Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh4 qarşı, Abşeron rayon İcra və probasiya şöbəsi və X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “icra qeydinin ləğv edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2798/2025 nömrəli 07 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə borcalan X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1048micMNG/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinə əsasən 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minimum 1 (bir) ay, maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. "xxxx" ASC ilə borcalan X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1048micMNG/22 nömrəli əlavə kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 18 (on səkkiz) faiz ödəmək şərtilə 70000 (yetmiş min) manat məbləğində krediti “dövriyyə vəsaitinin alınması və cari xərclər” məqsədilə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

3. "xxxx" ASC ilə zamin X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1048micMNG/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında borclu X8 xx.xx.2022ci il tarixli 1048micMNG/22 nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür.

4. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1048micMNG/22 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdeh bank ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1048micMNG/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin təminatı kimi İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən 4 saylı evin 140 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Cavabdeh "xxxx" ASC İddiaçı xx.xx.2025-ci il tarixli məktub göndərərək, borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi prosedurunun başlanacağı barədə xəbərdarlıq etmişdir. Məktub iddiaçının qeydiyyatda olduğu ünvana və ipoteka predmeti olan ünvana göndərilmiş, lakin poçt tərəfindən iddiaçıya çatdırılmamışdır.

6. Cavabdeh eyni zamanda borclular X9 və X3 xx.xx.2025-ci il tarixli məktub göndərərək, kredit müqavilələri üzrə öhdəliklərinin 20 gün müddətində icra edilmədiyi təqdirdə notariusun icra qeydinin aparılacağı barədə məlumat verilmişdir.

7. xx.xx.2024-cü il tarixdə Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən X6, İddiaçı və X1 ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən ev 4, mənzil 140-a tutma yönəldilməsi (Öhdəliyi müəyyən edən 1048micMNG/22 nömrəli 3M-1039 reyestr nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 39276,20 manat əsas borc, 58,95 manat faiz borcu, 20,82 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 39355,97 manat təşkil edir) barədə 8İ-4099 reyestr nömrəli icra qeydi aparılmışdır.

8. Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd olunan icra sənədi üzrə icraata başlanılmış, İddiaçı və digər borclulara tələbi könüllü icra etməli olması barədə bildiriş göndərilmişdir. İddiaçı bildirişi xx.xx.2024-cü il tarixdə almış və imzası ilə bildirişi aldığını təsdiqləmişdir. Eyni zamanda həmin tarixdə ona icra sənədinin icra edilməməsinin nəticələrinin izah edilməsi barədə Abşeron rayon İcra və probasiya Şöbəsinin xəbardarlığı da təqdim edilmişdir.

9. İcra sənədi üzrə tələb icra edilmədiyinə görə Abşeron rayon İcra və probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən hərracın keçirilməsi barədə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli protokol ilə müəyyən edilmişdir ki, hərracın qalibi X13 olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh4 və Abşeron rayon İcra və probasiya Şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ- 4099 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli icra qeydinə əsasən 39276,20 manat əsas borc, 58.95 manat faiz borcu, 20.82 manat dəbbə pulu olmaqla, cəmi 39.355,97 manat məbləğində kredit borcu üzrə tutma İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat- Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən 4 saylı evin 140 nömrəli mənzilinə yönəldilmişdir. xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli icra qeydi icra edilməsi üçün Abşeron rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, həmin şöbənin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması ilə bağlı xx.xx.2025-ci il tarixli sifariş verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən 4 saylı evin 140 nömrəli mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə ödənişlər edilmişdir. Lakin, xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılarkən borcalan tərəfindən ödənilmiş vəsait nəzərə alınmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılması zamanı kredit müqaviləsi üzrə ödənilmiş vəsaitin nəzərə alınmaması nəticəsində İddiaçı hüquqları pozulmuşdur.

12. İddiaçı nümayəndəsi-vəkili Vəkil “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı yönələn tələb olmadığı üçün, Abşeron rayon İcra və probasiya şöbəsinin cavabdeh kimi deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidir. Buna görə də məhkəmədən Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Abşeron rayon İcra və probasiya şöbəsi və hərracın qalibi olmuş X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 oktyabr 2025-ci il tarixli 2(006)-2798/2025 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia rədd edilməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən 4 saylı evin 140 nömrəli mənzilə tutma yönəldilməsi barədə Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh4 tərəfindən xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli icra qeydi aparılmışdır. İddiaçı qeyd edilən icra sənədinin icrası barədə xx.xx.2024-cü il tarixdə məlumat əldə etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli icra qeydinin icrası ilə bağlı tələbi könüllü icra etməli olması barədə bildiriş və icra qeydinin icrası ilə xəbərdarlıq məktubunu xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq icra qeydini 10 gün ərzində mübahisələndirməmişdir. İddiaçı xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət edərək icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddaçının icra qeydini aldığı vaxtdan 3 aydan çox vaxt keçdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı icra qeydinin mübahisiələndirilməsi üçün müddəti ötürmüşdür.

16. Məhkəmə göstərmişdir ki, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

17. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğuna və icra qeydinin mübahisələndirilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyünə görə təmin edilməməlidir.

18. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 76.2, 80, 88, 106.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılarkən borcalan tərəfindən ödənilmiş vəsait nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, icra qeydinin tarixinədək kredit müqaviləsi üzrə ödənişlər aparılmışdır. Bununla əlaqədar tərəfindən birinci instansiya məhkəməsinə vəsatət təqdim edilərək, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə əsas borcun, faizin və cərimənin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilməmişdir. Kredit müqaviləsi üzrə İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparıldığı xx.xx.2024-cü il tarixinə "xxxx" ASC tərəfindən mövcud borc barədə sənədlərin Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh4 təqdim edilməməsi nəticəsində hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab etdiyini və onun təmin edilməməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı, digər cavabdeh və üçüncü şəxslər məhkəməyə gəlmədiklərindən, işə onların (nümayəndə) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədləri sayılır.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 41. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası konsulluqlarının apardığı notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayətlərə Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən olunmuş qaydada baxılır.

26. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.

27. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

28.Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

29. Maddə 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

30. Maddə 162. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

31. Maddə 170-1. İcra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün “Elektron notariat” informasiya sisteminə daxil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Qətnamə tam yoxlanılır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya hesab edir ki, məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

42. İşin müəyyən edilmiş hallarına əsasən "xxxx" ASC ilə borcalan X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsinə əsasən 300000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

43. "xxxx" ASC ilə borcalan X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən 36 ay müddətinə, xx.xx.2025-ci il tarixinədək illik 18 faiz ödəmək şərtilə 70000 manat məbləğində krediti “dövriyyə vəsaitinin alınması və cari xərclər” məqsədilə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh bank ilə X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsinin təminatı kimi İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən 4 saylı evin 140 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

44. İşin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir, onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

45. İş materiallarında olan "xxxx" ASC tərəfindən X10 göndərilən bildirişdən görünür ki, X4 tərəfindən ona verilən kreditdən istifadə etmiş, lakin hesablanmış 8303.87 manat məbləğində əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və AR Mülki Məcəlləsinin bir sıra müddəalarını pozmuşdur. Yuxarıdakıları nəzərə alaraq bildirilir ki, borc 20 gün müddətində ödənilmədiyi təqdirdə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.

46. İş materiallarında olan "xxxx" ASC İddiaçı xx.xx.2025-ci il tarixli məktub göndərərək, borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi prosedurunun başlanacağı barədə xəbərdarlıq etmişdir. Məktub iddiaçının qeydiyyatda olduğu ünvana və ipoteka predmeti olan ünvana göndərilmiş, lakin poçt tərəfindən iddiaçıya çatdırılmamışdır.

47. Cavabdeh həmçinin borclular X14 və X3 xx.xx.2025-ci il tarixli məktub göndərərək, kredit müqavilələri üzrə öhdəliklərinin 20 gün müddətində icra edilmədiyi təqdirdə notariusun icra qeydinin aparılacağı barədə məlumat verilmişdir.

48. xx.xx.2024-cü il tarixdə Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən X6, İddiaçı və X1 ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, Zabrat-Kürdəxanı şossesi, “Bakı-Müasir” yaşayış kompleksində yerləşən ev 4, mənzil 140-a tutma yönəldilməsi barədə 8İ-4099 reyestr nömrəli icra qeydi aparılmışdır.

49. Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 tərəfindən xx.xx.2024-cü il tarixdə qeyd olunan icra sənədi üzrə icraata başlanılmış, İddiaçı və digər borclulara tələbi könüllü icra etməli olması barədə bildiriş göndərilmişdir. İddiaçı bildirişi xx.xx.2024-cü il tarixdə almış və imzası ilə bildirişi aldığını təsdiqləmişdir. Eyni zamanda həmin tarixdə ona icra sənədinin icra edilməməsinin nəticələrinin izah edilməsi barədə Abşeron rayon İcra və probasiya Şöbəsinin xəbardarlığı da təqdim edilmişdir.

50. İcra sənədi üzrə tələb icra edilmədiyinə görə Abşeron rayon İcra və probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov tərəfindən hərracın keçirilməsi barədə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və hərracın nəticələrinə dair xx.xx.2025-ci il tarixli protokol ilə müəyyən edilmişdir ki, hərracın qalibi X13 olmuşdur.

51. İddiaçı apellyasiya şikayətinin dəlili kimi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini və borclular tərəfindən icra edilmiş öhdəliklərin notarius tərəfindən nəzərə alınmadığını qeyd edir.

52. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən icra sənədinin icrası barədə xx.xx.2024-cü il tarixdə məlumat əldə etmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixli 8İ-4099 reyestr nömrəli icra qeydinin icrası ilə bağlı tələbi könüllü icra etməli olması barədə bildiriş və icra qeydinin icrası ilə xəbərdarlıq məktubunu xx.xx.2024-cü il tarixdə almasına baxmayaraq icra qeydini 10 gün ərzində mübahisələndirməmişdir.

53. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarında qeyd edilir ki, Qanunverici orqan tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilsin.

54. İşin hallarından da göründüyü kimi iddiaçı icra qeydi barədə icra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə məlumatlandırılsa da, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni təxminən 4 ay sonra müraciət etmişdir.

55. Kollegiya borc hissəsinə münasibətdə qeyd edir ki, icra edilmiş, lakin notarius tərəfindən nəzərə alınmayan ödənişlər barədə borclunun icra məmuruna müraciət etmək hüququ vardır. 56.Kollegiya hesab edir ki, hazırda borc məbləğini mübahisələndirməklə iddiaçı işi yubatmaq məqsədini güdür. 57.Belə ki, hazırda borclu məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etsə də, borcun məbləğini şübhə altına ala biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

58. Göründüyü kimi icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir, icra qeydinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının tələbi əsassızdır.

59. Belə olan halda hazırki iddia tələbinin formal xarakter daşıdığı müəyyən edilir.

60. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2798/2025 nörməli iş üzrə 07 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar