Məhkəmə qərarları › İş №2(103)-6815/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6815/2024

29.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6815/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı və X1 Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı və X1 Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(009)-142/2024 nömrəli qətnaməsindən Cavabdeh MənzilTikinti Kooperativinin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində 4 otaqdan ibarət (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rastropoviçlər küçəsi 15, m8, m4) mənzilinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 64724 manat və dövlət rüsumu kimi ödənilmiş 28417 manatın Cavabdehndən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci girişin 7-ci mərtəbəsi və 2-ci girişin 8-ci mərtəbəsində yerləşən (çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rastropoviçlər küçəsi 9, m8, m3 və Bakı şəhəri, Səbail rayonu, Rastropoviçlər küçəsi 9, m7, m3) mənzillərinin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 70707 manat və dövlət rüsumu kimi ödənilmiş 30212 manatın Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(009)- 142/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh MTK-dan 49544 manat pul vəsaiti və dövlət rüsumunun 238,63 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, 39897 manat pul vəsaitinin tutalaraq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir.

4. Həmin qətnamədən Cavabdehapellyasiya şikayət verərək ləğv olunmasını, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Birinci iddianın predmetini 64724 manat pul vəsaitinin tutularaq İddiaçı, ikinci iddianın predmetini 70707 manat məbləğində pul vəsaitinin tutularaq X3 verilməsi təşkil edir.

8. Hər 2 iddia üzrə iddia tələbinin predmetini təşkil edən pul vəsaiti 135431 manat təşkil etdiyindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin veriliməsi üçün ödənilməli olan dövlət rüsumu 212,72 manat təşkil etdiyi halda, şikayətə 180 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdur

9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh MənzilTikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, e-2(009)- 142/2024 nömrəli qətnaməsindən Cavabdeh MənzilTikinti Kooperativinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar