Məhkəmə qərarları › İş №2(103)-6820/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6820/2020

27.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6820/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxx” MMC-yə qarşı “pay hissələrinin ayrılması”tələbinə dairmülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-921/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxx” MMC-yə qarşı “pay hissələrinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxx”- MMC-dən ona məxsus 25% həcmində səhm hesablarının ayrılaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-921/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 2819/20 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, İddiaçı cavabdeh “xxxxxx” MMC-yə qarşı “pay hissələrinin ayrılması” tələbinə dair mülki işin aidiyyəti üzrə baxılmsı üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-3386/20 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya şikayətinin mümkünlüynün yoxlanılması üçün geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qeyri mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2 və 269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiya məhkəməsinə göndərilir Qeyd olunan normaların tələblərindən görünür ki, məhkəmə aidiyyəti ilə bağlı verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyi halda onun baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi istisna olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-921/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar