Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6821/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR MPM-nin 265-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hallar pozulduğu üçün bu işin prokurorluq tərəfindən araşdırılmasını və cinayət işinin qaldırılmasını, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində yerləşən 250 kvm torpaq sahəsi üzərində tikilmiş evin və mağazanın dəyəriylə bağlı mübahisə nəticəsində dəymiş zərərə görə 79.000 manat maddı və 21.000 manat mənəvi zərər olmaqla, ümumilikdə 100.000 manat pul məbləğinin ödənilməsi və 2(010)-4873/2019 saylı qətnamənin icrasının dayandırıması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim T.Məmmədov, iş № 2(010)-3618/22) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin geri qaytarılmasına dair mövqeyi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı iş üzrə iddia ərizəsinə əlavə olunmuş AR DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, hər iki cavabdeh - Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanı Naxçıvan MR, Şərur rayonu, Oğuzkənd kəndidir. Məhkəmə haqlı olaraq hazırkı iddiaya cavabdehlərin qeydiyyatda olduğu ərazi üzrə məhkəmədə baxılması barədə qənaətə gəlmişdir. Şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, əsaslandırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6821/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6821/2022
05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver