Məhkəmə qərarları › İş №2(103)-6830/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6830/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6830/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(010)-2469/2022 saylı qərardadından iddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 16 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Qərardad ilə razı olmayan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2022-ci il tarixdə qərardaddan şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 30 avqust 2022-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 16 avqust 2022-ci il tarixli qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, qərardaddan şikayət vermə müddətinin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmiş və ərizədə göstərmişdir ki, xx.xx.2022-ci il tarixində qeyd edilən qərardaddan şikayət verilməsi üçün olan son gündə, qərardaddan şikayəti ayrıca sənəd şəklində eməhkəmə portalında yükləmək mümkün olmadığı üçün, şikayəti eyni gün elektron məhkəmə portalına müvafiq məlumatlar daxil edilməklə vaxtında təqdim etmişdir. Lakin məhkəmə sırf elektron məhkəmə portalından qaynaqlanan formal problemləri əsas tutaraq şikayəti geri qaytarmışdır. Bu səbəbdən, məcbur olaraq şikayəti ayrıca sənəd formatında xx.xx.2022-ci il tarixində (müddətin keçməsindən cəmi bir neçə saat sonra) elektron məhkəmə portalında təqdim etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(010)-2469/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 16 avqust 2022-ci il tarixli qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş ərizə təmin olunaraq, ona münasibətdə qərardaddan şikayət verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2469/2022 nömrəli iş üzrə qəbul etdiyi 16 avqust 2022ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(010)-2469/2022 saylı qərardadı ilə müddət bərpa olunsa da, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(010)-2469/2022 saylı qərardadından verilmiş şikayətə baxılmamış, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə əməl olunmamışdır. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən MPM-nin 269.3-cü maddəsinə əsasən şikayətə münasibət bildirilmədən, mülki iş materialları şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə əməl olunması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən diqqətdən yayınmışdır; mülki-prosessual qanunvericlik isə bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 384, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(010)-2469/2022 saylı qərardadından iddiaçı İngiltərənin (Böyük Britaniya) İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələbinə əsasən qərardaddan verilmiş şikayətə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar