Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6832/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4736/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin sentyabr və oktyabr aylarında ona ödənilən 4000 manatın tələb olunan məbləğdən çıxılaraq 192000 manat məbləğində maddi və 30000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-602/2020 saylı iş üzrə qəbul etdiyi 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada maddi zərərin əvəzi kimi 18000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir Qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki iş 16.06.2021-ci il tarixdə icraata daxil olmuşdur. 23.06.2021-ci il tarixdə daxil olmuş təqrirdən müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4736/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, qətnamədən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4736/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə müvafiq qaydada baxıldıqdan sonra baxılmalıdır. Odur ki, mülki iş apelyasiya baxışından çıxarılmalı və iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mülki iş məhkəmə baxışından çıxarılsın və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 4736/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6832/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6832/2021
30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver