Məhkəmə qərarları › İş №2(103)-6834/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6834/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6834/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qafar zadə Tamerlan Azər oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1253/2022 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "Volvo S-80 minik" markalı, **-ON- *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7810 manat, nəqliyyat vasitəsinin dəyərinin itirməsinin əvəzi olaraq 3000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manat olmaqla ümumilikdə 12810 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,43 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(006)-1253/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən iddiaçıya məxsus Volvo S80 minik markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7810 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirməsinin əvəzi olaraq 3000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 500 manat olmaqla, cəmi 11310 manat məbləğin, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 128,43 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi və aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 120 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin avtomobilin əmtəə dəyərinin itirilməsinə görə 3000 manat hissəsində təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, tam razılığa gəldikləri üçün barışıq sazişinin təsdiq olunaraq işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişində aşağıdakı şərtlər və tərəflərin öhdəlikləri göstərilmişdir:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı İddiaçı məxsus olmuş “Volvo S80” minik markalı **- ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7.810 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərini itirməsinin əvəzi olaraq 3.000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 manat, ümumilikdə 12.810 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,43 manatın tutulması və baş vermiş yol nəqliyyat hadisəsi və onun törətdiyi fəsadları (nəticələr) ilə bağlı ola bilən (yaranan) bütün iddia tələblərindən imtina edir.

2. Cavabdeh MMC-i İddiaçı yuxarıda qeyd edilə iddia tələblərindən imtina etdiyi üçün ona 5.837 (beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pulu köçürmə yolu ilə ödəyir.

3. Cavabdeh MMC-i tərəfindən İddiaçı 5.837 (beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul tam ödənildikdən sonra, mülki qaydada ödənilən vəsaitin yol nəqliyyata hadisəsini bilavasitə törədən (yol hərəkəti qaydalarını pozan və bunun nəticəsində inzibati xətanı törədən) şəxdən alınması ilə bağlı bütün mülki hüquqlar mülki qanunvericilik ilə müəyyən edilmiş qaydada İddiaçı tam qaydada Cavabdeh MMC-yə keçir.

4. Ödəniş hazırki Sazişin Məhkəmə Kollegiyası tərəfindən təsdiq edilməsi barədə Qərardadın qüvvəyə mindiyi tarixdən sonra 10 (on) gün ərzində həyata keçiriləcəkdir.

5. Ödənişin bu Sazişdə nəzərdə tutulmuş müddətdə həyata keçirilmədiyi təqdirdə, cavabdeh tərəfindən iddiaçıya 2.000 (iki min manat) məbləğində cərimə ödəniləcəkdir.

6. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

7. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur.

8. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri “İkinci tərəf” qarşılamağı öhdəsinə götürür.

9. Tərəflər sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər. 10.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 261-262-ci maddələrinin mahiyyəti izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi barışıq sazişinin təsdiq edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Kollegiya proses iştirakçılarını dinləyib, barışıq sazişi və iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunaraq, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı İddiaçı məxsus olmuş “Volvo S80” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş faktiki zərərin əvəzi olaraq 7.810 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərini itirməsinin əvəzi olaraq 3.000 manat, hadisə nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq 2.000 manat, ümumilikdə 12.810 manat məbləğin, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,43 manatın tutulması və baş vermiş yol nəqliyyat hadisəsi və onun törətdiyi fəsadları (nəticələr) ilə bağlı ola bilən (yaranan) bütün iddia tələblərindən imtina edir.

2. Cavabdeh MMC İddiaçı yuxarıda qeyd edilə iddia tələblərindən imtina etdiyi üçün ona 5.837 (beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pulu köçürmə yolu ilə ödəyir.

3. Cavabdeh MMC-i tərəfindən İddiaçı 5.837 (beş min səkkiz yüz otuz yeddi) manat məbləğində pul tam ödənildikdən sonra, mülki qaydada ödənilən vəsaitin yol nəqliyyata hadisəsini bilavasitə törədən (yol hərəkəti qaydalarını pozan və bunun nəticəsində inzibati xətanı törədən) şəxdən alınması ilə bağlı bütün mülki hüquqlar mülki qanunvericilik ilə müəyyən edilmiş qaydada İddiaçı tam qaydada Cavabdeh MMC-yə keçir.

4. Ödəniş hazırki Sazişin Məhkəmə Kollegiyası tərəfindən təsdiq edilməsi barədə Qərardadın qüvvəyə mindiyi tarixdən sonra 10 (on) gün ərzində həyata keçiriləcəkdir.

5. Ödənişin bu Sazişdə nəzərdə tutulmuş müddətdə həyata keçirilmədiyi təqdirdə, cavabdeh tərəfindən iddiaçıya 2.000 (iki min manat) məbləğində cərimə ödəniləcəkdir.

6. Tərəflər bu sazişin 1-ci bəndində qeyd olunan iddia tələbləri ilə bağlı gələcəkdə birbirinə qarşı hər hansı tələbi irəli sürməyəcəklərini öhdələrinə götürürlər. Həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

7. Tərəflər arasında bu saziş ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respulikasının qanunvericiliyi ilə tənzim olunur.

8. Barışıq sazişi, digər məhkəmə xərcləri, digər zəruri məsrəfləri cavabdeh qarşılamağı öhdəsinə götürür.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(005)-1253/2022 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar