Məhkəmə qərarları › İş №2(103)-6834/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6834/2024

06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6834/2024 06.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı LPO QSC "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və əmlakın qiymətləndiriməsi barədə rəyin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs kimi Maraqlı şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosendə olan QSC "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Cavabdeh3, "xxxx" QSC BOKT, “Ozcan LTD” firması və Maraqlı şəxs3 işə cəlb edilməklə) cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və əmlakın qiymətləndiriməsi barədə rəyin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Cavabdeh3 35/11B saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair "xxxx" tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, Maraqlı şəxs3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a və 671a/479a bağ evlərinə dair qiymətləndirilməsinin nəticələri haqqında Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş 132- 19 nömrəli, xx.xx.2019-cu il tarixli Qiymətləndirmə rəyinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsində yerləşən 479, 480, 480a, 671a/479a saylı tikilinin 290000,0 manat qiymətlə yenidən hərraca çıxarılması qət edilmişdir. Maraqlı şəxs4 xx.xx.2024-cü il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qətnamənin rəsmi qaydada ona təqdim olunmasını xahiş etmiş, qətnamə xx.xx.2024-cü il tarixdə nümayəndəsi (vəkili) Nümayəndə təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə isə qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır (prosessual müddətin ötürülməsi əsası ilə). İşdə olan məktubdan görünür ki, Maraqlı şəxs4 həmin qərardadın surətini 17 sentyabr 2024-cü il tarixdə almış və 29 sentyabr 2024-cü il tarixdə ondan şikayət vermişdir. Bununla yanaşı, Maraqlı şəxs4 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 236/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə də vermiş, lakin həmin ərizəyə apellyasiya şikayəti əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi isə həmin ərizəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermə müddətinin bərpası barədə ərizə kimi qəbul edərək, özünün 09 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizənin təmin olunmamasını qərara almışdır. Maraqlı şəxs4 həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-236/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmuş, məhkəmənin 09 oktyabr 2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzrlü sayılaraq bərpa olunmuş və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual müddətin bərpası barədə ərizəni həm xx.xx.2024-cü il tarixli qərardad üzrə, həm də xx.xx.2020-ci il tarixli qətnamə üzrə qəbul etmişdir. Xüsusilə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə özünün 27 avqust 2024-cü il tarixli qərardadını ləğv etdiyi halda (məhkəmə həmin qərardadında qətnamədən apellyasiya şikayətinin prosessual müddətin ötürülməsi ilə verilməsi nəticəsinə gəlmişdir), eyni qərardadla (yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli qərardad) buraxılmış prosessual müddəti bərpa etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Yəni, əgər şəxs qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürməmişsə, o zaman müddətin bərpasının hansı zərurətdən irəli gəlməsi aydın deyildir (bu hallar qərardadda əsaslandırılmamışdır). Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Göründüyü kimi, MPM işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də məhkəmə aktlarından şikayət vermək imkanını nəzərdə tutmuşdur. Bu səbəbdən də, işdə iştirak etməyə cəlb edilməyən hər hansı şəxs tərəfindən apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin həqiqətən həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini həll etməli, yalnız bundan sonra (əgər məhkəmə qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunduğu qənaətinə gələrsə) apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğunluğunu (MPM-nin 361, 363-cü maddələri) yoxlamalıdır. Xüsusilə qeyd edilməlidir ki, MPM-in 364.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış müddəti bərpa etmiş, lakin qətnamənin şikayət verən şəxsin hüquq və vəzifələrinə toxunmasına ümumiyyətlə qiymət verməmiş, məsələyə formal yanaşılmışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilkin olaraq qətnamənin maraqlı şəxsin hüquq və vəzifələrinə toxunması barədə qərardad çıxarmalı və qərardad konkret sübutlara istinad olunmaqla əsaslandırılmalı, yalnız bundan sonra qanunvericiliklə nəzərdə tutulmuş sonrakı prosessual hərəkətləri (eləcə də, prosessual müddətlərin yoxlanılması və s.) yerinə yetirməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan çoxsaylı prosessual qanun pozuntularını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, MPM-in 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO QSC "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin ləğv edilməsi və əmlakın qiymətləndiriməsi barədə rəyin ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-236/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs kimi Maraqlı şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar