Məhkəmə qərarları › İş №2(103)-6843/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6843/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6843/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1318/2020 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxxx” X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh “xxxxxxxxxx” X2rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxx” X6 nəqliyyat vasitəsinə dəymiş ziyanının əvəzi olaraq 530 manat (beş yüz otuz) manat ziyanın, sığorta hadisəsinin baş verdiyi təqdirdə qanunsuz olaraq sığorta pulunun ödənilməsindən imtinaya görə dəymiş mənəvi zərər olaraq 1000 (bir min) manat məbləğində pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2019-cu il tarixində, saat 10:40 radələrində Bakı şəhəri, Moskva prospektində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı2 mülkiyyətində olan və İddiaçı1 Eynula oğlunun etibarnamə əsasında idarə etdiyi Mersedez Benz markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Belə ki, o, həmin gün və həmin saatda Moskva prospektindən 20 yanvar dairəsi istiqamətində hərəkət edən zaman, X8 idarə etdiyi “Nissan X-Trail” markalı, ** BJ *** dövlət nişanlı avtomobili yolun sağ hissəsində dayanma-durma qadağandır işarəsinin altında anidən saxlamış, avtomobilin arxa qapısı açılaraq avtomobildən sərnişin enmişdir. Sərnişin avtomaşının arxa qapısını açan zaman onun idarə etdiyi “Mersedez Benz” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bunun nəticəsində avtomaşın zədə almışdır. Hadisədən sonra, Bakı şəhər Dövlət Yol Polisi tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı sənədlər hazırlanaraq «xxxxxxxxxx» şirkətinin Sığorta Ödənişləri ilə bağlı Departamentinə göndərilmişdir. “xxxxxxxxxx” ASC xx.xx.2019-cu il tarixində cavab olaraq məktub göndərmişdir. Həmin məktubda şirkət sığorta ödənişinin verilməsindən imtina etmişdir. Belə ki, “xxxxxxxxxx” ASC qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Nissan X-Trail” markalı, ** BJ *** dövlət nişanlı avtomobilin sürücüsü deyil, həmin hadisə zamanı arxa qapını açan sərnişin təqsirlidir. Buna əsasən, sığorta müqaviləsini əsas tutaraq, baş verən hadisədə sürücünü deyil , sərnişini günahkar bilərək, şirkət ödənilməliolan sığortanı verməkdən imtina etmişdir. Hesab edir ki, “xxxxxxxxxx” ASC tərəfindən sığorta məbləğinin ödənilməməsi əsassızdır. Belə ki, DYP hadisədə təqsirli olan “Nissan XTrail” markalı, ** BJ *** dövlət nişanlı avtomobilin sürücüsü olan X10 cərimələmişdir. Sürücü dayanma-durma qadağandır nişanı olan yerdə anidən avtomaşını saxlamış, avtomaşından sərnişin düşürmüşdür. Əgər sürücü avtomaşını dayanma - durmanı qadağan edən nişanın olmayan yerdə saxlasa idi və sərnişindüşürsə idi bu cür yol nəqliyyat hadisəsi baş verməzdi. Bu halda isə, baş vermiş yol nəqliyyat hadisəsində təqsirli şəxs həmin avtomaşının sürücüsüdür. Buna əsasən də, “xxxxxxxxxx” ASC-nin sığorta ödənişini ödəməkdən imtina etməsi əsassızdır. Beləliklə, “xxxxxxxxxx” X6 nəqliyyat vasitəsinə dəymiş ziyanının əvəzi olaraq 530 manat (beş yüz otuz) manat ziyanın, sığorta hadisəninin baş verdiyi təqdirdə qanunsuz olaraq sığorta pulunun ödənilməsindən imtinaya görə dəymiş mənəvi zərər olaraq 1000 (bir min) manat məbləğində pul vəsaitinin iddiaçı X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1318/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxx” X6 530 (beş yüz otuz) manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh “xxxxxxxxxx” X7 İdarə Heyətinin sədri Orxan Məmmədov apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1318/2020 saylı qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəflndən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, qeyd edilən qətnamə ləğv edilməlidir. Cəmiyyətdə sığortalanmış avtomobilin sürücüsü X8 və İddiaçı1 hadisə ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-sinə verdiyi izahatlardan aydın olur ki. S.S.Adiyev “Nissan X-Trail” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili Moskva prospektində idarə edərkən anidən dayanmış, bu zaman həmin avtomobildə olan sərnişin arxa sol qapını açarkən qapı “X19” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyərək zərər vurmuşdur. AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cii maddəsinə əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması sərnişinləri inzibati məsuliyyətə cəlb edir və sərnişinlər buna görə otuz manat məbləğində cərimə edilir. Qeyd olunanlardan görünür ki, hadisə “Nissan X-Trail” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən S.S.Adiyevin hər hansı inzibati xətanı törətməsi nəticəsində deyil, həmin avtomobildə olan sərnişinin AR İnzibati Xətalar Məcəlləsinin 338.3-ci maddəsinin tələblərini pozması nəticəsində baş vermişdir. Həmin şəxsin mülki məsuliyyəti Cəmiyyətimizlə bağlanmış PAA ********** saylı sığorta müqaviləsi üzrə sığortalanmamışdır. “İcbari Sığortalar haqqında” AR Qanununun 52.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə, avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Yəni “Nissan X-Trail” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının sərnişin tərəflndən açılması avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı istismarı olmadığından zərər avtomobilin istifadəsi nəticəsində vurulmamışdır. AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Anoloji hadisə ilə bağlı yol-nəqliyyat hadisəsinin səlahiyyətli orqan tərəfindən düzgün tənzimlənməməsi səbəbindən tərəflərindən AR Baş Prokurorluğuna edilmiş müraciətə əsasən, AR Baş Prokurorluğu tərəfindən AR DİN BDYPİ-nə göndərilmiş xx.xx.2017-ci il tarixli məktubda sərnişinlər tərəfindən nəqliyyat vasitəsinin qapısının açılması səbəbindən baş verən yol-nəqliyyat hadisələrində digər nəqliyyat vasitələrinə zərər dəyməsində sürücülərin deyil, sərnişinlərin mülki məsuliyyətinin yaranmasının qeyd olunan formada baş verən yol-nəqliyyat hadisələri tənzimlənərkən nəzərə alınmalı olduğu qeyd olunmuş və müraciətimizdə qeyd etdiyimiz yol-nəqliyyat hadisəsinin sürücünün təqsiri nəticəsində baş vermədiyindən sürücü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv olunması məsələsinə baxılması və nəticəsi barədə müraciət müəllifinə və AR Baş Prokurorluğuna məlumat verilməsi xahiş edilmişdir. Həmin məktubun surəti apellyasiya şikayətinə əlavə olunur. Analoji yol-nəqliyyat hadisəsi ilə bağlı Cəmiyyətimiz tərəflndən xx.xx.2020-ci il tarixli, AS-20/309 saylı göndərilmiş məktubuna cavab olaraq AR DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 22404-1220 saylı məktubu ilə sürücü H.Əhmədov barəsində İXM-nin 327.1-ci maddəsi üzrə əsassız olaraq tərtib olunmuş İXP-2937632 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilmişdir. Həmin məktubun surəti apellyasiya şikayətinə əlavə olunur. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1318/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh “xxxxxxxxxx” X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1318/2020 saylı qətnaməsi qüvvədə saxlanmalıdır. İş materiallarında olan AB № 435909 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı, “Nissan X-Trail” minik markalı avtomobil X1 mülkiyyətindədir. İş materiallarında olan X4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki X4 özünə məxsus olan “Nissan X-Trail” minik markalı,** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2019-cu il tarixədək X8 istifadəsinə vermişdir. İşdə olan Bakı şəhər DYPİ-nin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, X14 AR İnzibati Xətalar Məcəlləsinin 345.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Bakı şəhər Baş Polis İdarəsi Dövlət X15 “xxxxxxxxxx” ASC-yə ünvanladığı xx.xx.2019cu il tarixli məktubuna əlavə edilmiş X5 izahatında qeyd olunur ki, xx.xx.2019-cu il tarixdə, saat 10:40 radələrində, Moskva prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağında dayanma-durma işarəsinin altında saxlayan “Nissan X-Trail” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin sol qapısının açılması nəticəsində vurulmuşdur. İş materiallarında olan AD № 382546 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** BJ *** dövlət qeydiyyat nişanlı, “X19” minik markalı avtomobil İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan “xxxxxxxxxx” ASC-nin İddiaçı1 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisəsi “Nissan X-Trail” minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən S.S.Adiyevin hər hansı inzibati xətanı törətməri nəticəsində deyil, həmin avtomobildə olan sərnişinin AR İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsinin tələblərini pozması nəticəsində baş vermişdir. Həmin şəxsin mülki məsuliyyəti Cəmiyyətlə bağlanmış PAA********** saylı sığorta müqaviləsi üzrə sığortalanmamışdır. İşdə olan “X16 Xidməti”- nin çıxarışına əsasən, ** BJ *** dövlət qeydiyyat nişanlı, “X19” minik markalı avtomobilin təmiri üçün ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul tələb olunur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixində saat 10:40 radələrində Bakı şəhəri, Moskva prospektində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı1 etibarnamə əsasında idarə etdiyi və İddiaçı2 mülkiyyətində olan “X20” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə X8 idarə etdiyi “Nissan X-Trail” markalı, ** BJ *** dövlət nişanlı avtomobil vasitəsilə ziyan vurulmasına səbəb olan hərəkətlərə yol vermiş, nəticədə İddiaçı1 etibarnamə əsasında idarə etdiyi avtomobilə ziyan dəymişdir. İddiaçı1 dəymiş zərərin ödənilməsi ilə bağlı “xxxxxxxxxx” ASC-yə müraciət etsə də, ona bildirilmişdir ki, hadisədə təqsirli olan şəxs avtomobili idarə edən deyil, avtomobildə olan sərnişindir. Buna görə də, sığorta şirkəti vurulmuş ziyanın ödənilməsindən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1114.1, 936.1, 1108.1, 1108.2, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddələrinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh təşkilatın hadisənin X8 idarə etdiyi "Nissan X-Trail" markalı, ** BJ *** dövlət nişanlı avtomobildə olan sərnişinin arxa sol qapını açarkən baş verməsini əsas götürərək iddiaçıya sığorta ödənişinin ödənilməsindən imtina etməsi əsassızdır. Belə ki, avtomobili idarə edən X14 dayanma-durma işarəsi olan ərazidə avtomobili saxlayaraq, sərnişinin qapını açmasına və nəticədə iddiaçının idarə etdiyi avtomobilə zərər vurmasına zəmin yaratmışdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, “xxxxxxxxxx” X6 530 (beş yüz otuz) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması iləəlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habeləAzərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından(deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin vəya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirabkeçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzabçəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəalarınəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yeriniitirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbisirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqahüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrumolması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçı iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə hüquqi qiymət verərəkqeyd etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırabilmədiyindən, mənəvi ziyanla bağlı hissədə iddia tələbi təmin edilməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməklə, tətbiq edilməli olan normaları düzgün tətbiq etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qanuni və əsaslı qərar qəbul etdiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərdən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd olunanlara əsasən formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmamaqla maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan, apellyasiya şikayəti təmin edilmədən və iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, apellyatorun apellyasiya şikayətinə əlavə etdiyi kserosurət olan AR DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli məktubunun hazırkı işə heç bir aidiyyəti olmadığından, sübut kimi qəbul edilə bilməz. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxx” X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1318/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar