Məhkəmə qərarları › İş №2(103)-6846/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6846/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6846/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı SŞ ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı «subroqasiya tələbinin təmin edilməsi» tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-600/2021 saylı mülki iş üzrə 10.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 10.03.2021-ci il tarixli qətnamənin surəti Cavabdeh1 MAPS arayışında və apellyasiya şikayətində göstərilən rəsmi ünvanına 30.03.2021-ci il tarixdə göndərilmiş, zərf geri qayıtmış, məhkəmə qətnamənin çatdırılması üzrə zəruri tədbirləri həyata keçirmiş və qətnamə icraya yönəldilmişdir,Cavabdeh1 qətnaməni tarixi müəyyən edilməyən qəbzə imza etməklə almış (səh.4,96-108), prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini 03.06.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş və qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir (məhkəmə aktı icraya yönəldilirsə - deməli qanuni qüvvəsini almışdır). Hazır ki, işdə cavabdeh tərəfindən məhkəmə aktının nə zaman alınması belə müəyyən edilmir, məhkəmə isə rəsmi ünvana korrespondensiyanın göndərilməsi üzrə vəzifələrini yerinə yetirmişdir. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Qeyd edilən xüsusatlar sübutların təkzibedilməzliyi və ehtimalların yolverilməzliyi müstəvisində sui-istifadəyə şərait yaradan hallar olaraq apellyasiyanın mümkünlüyü üçün prosessual əsasları istisna edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-137,146, 357-366, 372, 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-600/2021 saylı mülki iş üzrə 10.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar