Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6847/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ciil tarixli 2(003)- 642/2020nömrəli qətnaməsindən İddiaçı Sığorta şirkəti ASCtərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta şirkəti ASCCavabdeh1 və Cavabdeh2 qarşı “Subroqasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillə BakıQazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 217-ci km-də yol– nəqliyyat hadisəsi törədərək avtomobildə sərnişin X1 ağır zərər vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. X12 qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 qızı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh2 avtomobili idarəetmə hüququ olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Ağdaş rayon məhkəməsinin 1(014)-41/2013 saylı hökmündə öz əksini tapmışdır. “X12“ Azərbaycan Respublikası Qanununun 14–cü maddəsinə əsasən ağır dərəcəli xsaərətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-ni təşkil edir. X1 dəyən ağır xəsarətə görə 1500 (bir min beş yüz manat 0 qəpik) sığorta ödənişi təyin olunmuşdur. PAT********** saylı sığorta müqaviləsinin 008894 saylı sığorta aktınaəsasən İddiaçı Sığorta Şirkəti 1500 (bir min beş yüz manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “İddiaçı" sığorta şirkətinə dəymiş 1500 (bir min beş yüz manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Buna görə də X1 dəyən ağır zərərə görə 1500 sığorta ödənişi məbləği və bu ərizənin veriməsi ilə bağlı 30,40 manat dövlət rüsümu, cəmi 1530,40 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-642/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 1500,0 manat məbləğində sığorta ödənişi əvəzi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xərci olmaqla, cəmi 1530,40 (bir min beş yüz otuz manat qırx qəpik) İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Sığorta şirkəti ASC apelyasiya şikayəti verərək, İddiaçının apellyasiya şikayətini təmin etməklə, Xəzər rayon məhkəməsinin 2(003)-642/2020 saylı, 11,03.2020-ci il tarixli qətnaməsini ləğv edərək iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında borcun qaytarılması” tələbinə dair 1 500 (bir min beş yüz) manat məbləğində ziyan iddiasını və 30 manat ödənilmiş dövlət rüsumunun tam təmin edilməsi, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumunun cavabdeh X10 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, İlk növbədə onu qeyd etmək lazımdır ki, məhkəmənin qətnaməsində hakim vurğulayır ki, AR MM-nin 1108.1-ci maddəsində qeyd olunub ki, “zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur” və burada “və ya” bağlayıcısından istifadə edildiyindən məsuliyyət yalnız hadisəni törətmiş Cavabdeh1 üzərinə qyulmalıdır. Lakin məhkəmə işin faktiki hallarından biri olan məqamı və mötəbər sübutlarla əsaslandırlmış faktı nəzərdən qaçırmışdır ki, axı Cavabdeh1 heçbir hüququ olmadan (etibarnaməsiz) nəqliyyat vasitəsinə sahiblik etmişdir və qanunsuz (əsassız) olaraq nəqliyyat vasitəsini idarə etmişdir. Bu hala görədə məsuliyyət həmçinin yüksək təhlükə mənbəyi olan “Daewoo Nexia” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi olan Cavabdeh2 üzərinə qoyulmalıdır ki, nəqliyyat vasitəsini etibarnamə olmadan Cavabdeh1 idarə etmək üçün vermişdir və bu deliktin nəticəsindədə üçüncü şəxsə ziyan vurulmuşdur. Cavabdeh1 etibarnaməsinin olmaması faktı BDYPİ tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmışdır. Bundanda başqa AR X12 qanunun 23.1.6-ci maddəsinə görə sığortaçının hüquqlarından biridə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etməkdir. Bundanda başqa AR X12 qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində (subroqasiya hüququnun yaranması halları) nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Bu qanunun norması ilə nəzərdə tutulmuşdur ki, məsuliyyət Cavabdeh2 üzərinə qoyulmalıdır. Bundan başqada AR MPM-nin 1108.3-cü maddəsinə görədə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinində AR MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərərə görə məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunun normasından aydın olurki, Cavabdeh2 mülkiyyətində olan “Daewoo Nexia” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə edərək hadisə törətməklə zərər vurduğu üçündə həmin mənbənin vurduğu zərərə görə Cavabdeh2 ilə Cavabdeh1 birgə məsuliyyət daşıyırlar. Həmçinində AR MM-nin 1097.1-ci maddəsinə görədə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklədə prosessual və maddi hüquq normalarının tələblərindən belə nəticəyə gəlmək olur ki, işin faktiki hallarından biri Cavabdeh1 təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə məsuliyyətinin yaranmasıdır və bu məsuliyyət Cavabdeh2 (cavabdehin atasıdır) tərəfindən bilərəkdən nəqliyyat vasitəsini Cavabdeh1 etibarnaməsiz istifadəsinə verməsindən ibarətdir. Beləki, əgər Cavabdeh2 öz mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə ilə Cavabdeh1 istifadəsinə vermiş olsaydı bu zaman heç subroqasiya qaydasında tələb hüququda yaranmayacaqdır. Beləki, məhkəmə Cavabdeh1 etibarnaməsiz idarə etməsi faktını sübuta yetrimiş hesab etəsədə digər Cavabdeh2 məsuliyyətini düzgün müyyən etməmişdir. Bundanda başqa məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmaqla qanunu səhv təfsir etmişdir və buda öz növbəsində yanlış qətnamənin çıxarılmasına səbəb olmuşdur. AR MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır və 217.4-cü maddəsinə görədə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz və 77.1-ci maddəyə görədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmə tərəfindən iş materiallarında olan bu qədər mötəbər və əsaslı sübutlar düzgün qiymətləndirilməmişdir, maddi hüquq normaları və prosessual hüquq normaları pozulmaqla düzgün tətbiq edilməmişdir və buda öz növbəsində yanlış qətnamənin çıxarılmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən, iddiaçının nümayəndəsi Bayramov apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini və iddiaçının nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti tam təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tam təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 məxsus “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta şirkəti ASC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək sığorta olunmuşdur. İş materiallarında olan İddiaçı Sığorta şirkəti ASC tərəfindən tərtib olunmuş xx xxxx 2014–cü il tarixli sığorta aktına əsasən ümumilikdə 1500 manat məbləği X2 xəsarət alması ilə bağlı 1500 manat köçürməsi qərara alınmış və məbləği X2 təqdim etdiyi xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən X11 almışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən X5 avto nəqliyyat qəzası nəticəsində vurulan zərərə görə İddiaçı Sığorta şirkəti ASC-də onun nümayəndəsi olmağı, ödəniləcək sığorta haqqını, pulu bankda olan hesabdan götürməyi və s. X8 etibar etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 3669 saylı ödəniş tapşırığına əsasən İddiaçı Sığorta şirkəti ASC tərəfindən X3 1500 manat məbləğində Sığorta ödənişi edilmişdir. İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-41/2013 saylı xx.xx.2013-cü il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və barəsində 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndanməhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının məntəqə tipli cəzaçəkmə nüəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan Baş Dövlət X15 xx.xx.2019-cu il tarixli, 016- 112309-1219 saylı məktubunun surətindən aydın olur ki, Cavabdeh2 məxsus “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 istifadəsinə verilməsinə dair DİN Baş Dövlət X15 mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. İş materiallarında olan AB 633489 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılışı ili 2011-ci il olan, ağ rəngli “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan AA 696350 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2006-cı ildən xx.xx.2016-cı il tarixinədək sürücülük hüququ vardır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Ağdaş rayonu ərazisindən keçən 271-ci km-də yol– nəqliyyat hadisəsi törədərək avtomobildə sərnişin X1 ağır zərər vurmuş, digər sərnişin X4 isə hadisə zamanı ölmüşdür. İş materiallarında olan pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehləri borcun ödənilməsi ilə bağlı xəbərdar etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 tərəfindən xx.xx.2013-ci il tarixdə yol–nəqliyyat hadisəsinin törədilərək avtomobildə sərnişin X1 ağır zərər vurması və X1 dəyən ağır xəsarətə görə 1500 sığorta ödənişi həyata keçirməsi, hökm və işin digər materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, sığortalanmış “Daewoo Nexia" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol–nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına dəyən ağır xəsarətə görə 1500 manat sığorta ödənişi İddiaçı Sığorta şirkəti ASC tərəfindən ödənildiyindən, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta şirkəti ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin faktiki hallarından mötəbər sübutlarla müəyyən olunur ki, Cavabdeh1 heçbir hüququ olmadan (etibarnaməsiz) nəqliyyat vasitəsinə sahiblik etmişdir və qanunsuz (əsassız) olaraq nəqliyyat vasitəsini idarə etmişdir. Bu hala görədə məsuliyyət həmçinin yüksək təhlükə mənbəyi olan “Daewoo Nexia” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi olan Cavabdeh2 üzərinə qoyulmalıdır ki, nəqliyyat vasitəsini etibarnamə olmadan Cavabdeh1 idarə etmək üçün vermişdir və bu deliktin nəticəsindədə üçüncü şəxsə ziyan vurulmuşdur. Cavabdeh1 etibarnaməsinin olmaması faktı BDYPİ tərəfindən təqdim edilmiş məlumatlarda öz əksini tapmışdır. Bundan başqa Azərbaycan Respublikası X12 qanunun 23.1.6-ci maddəsinə görə sığortaçının hüquqlarından biridə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etməkdir. X12 qanunun 25.2-ci maddəsinə görə bu Qanunun 25.1-ci maddəsində (subroqasiya hüququnun yaranması halları) nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Bu qanunun normasınaəsasən məsuliyyət Cavabdeh2 üzərinə qoyulmalıdır. Daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin1108.3-cü maddəsinə görədə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmçinində Mülki Məcəllənin1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərərə görə məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qanunun normasından aydın olurki, Cavabdeh2 mülkiyyətində olan “Daewoo Nexia” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsi olmadan idarə edərək hadisə törətməklə zərər vurduğu üçündə həmin mənbənin vurduğu zərərə görə Cavabdeh2 ilə Cavabdeh1 birgə məsuliyyət daşıyırlar. Həmçinində Mülki Məcəllənin 1097.1-ci maddəsinə görədə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklədə prosessual və maddi hüquq normalarının tələblərindən belə nəticəyə gəlmək olur ki, işin faktiki hallarından biri Cavabdeh1 təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə məsuliyyətinin yaranmasıdır və bu məsuliyyət Cavabdeh2 (cavabdehin atasıdır) tərəfindən bilərəkdən nəqliyyat vasitəsini Cavabdeh1 etibarnaməsiz istifadəsinə verməsindən ibarətdir. Beləki, əgər Cavabdeh2 öz mülkiyyətində olan nəqliyyat vasitəsini etibarnamə ilə Cavabdeh1 istifadəsinə vermiş olsaydı bu zaman heç subroqasiya qaydasında tələb hüququda yaranmayacaqdır. 1-ci instansiya məhkəməsi Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi faktını sübuta yetrilmiş hesab etəsədə, digər Cavabdeh2 məsuliyyətini düzgün müyyən etməmişdir. Beləliklə, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmaqla qanunu səhv təfsir etmişdir və buda öz növbəsində yanlış qətnamənin çıxarılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır və 217.4-cü maddəsinə görədə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz və 77.1-ci maddəyə görədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-642/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin olunmalı, 1 500 (bir min beş yüz) manat məbləğində ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumu cavabdehlər X10 və Cavabdeh2 iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-642/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. 1 500 (bir min beş yüz) manat məbləğində ziyan, 30 manat ödənilmiş dövlət rüsumu, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15.40 (on beş manat qırx qəpik) AZN dövlət rüsumu cavabdehlər X10 və Cavabdeh2 iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASCnin xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədənkassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6847/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6847/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver