Məhkəmə qərarları › İş №2(103)-6850/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6850/2023

03.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6850/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 5285/2022 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qərara alınıb ki, iş üzrə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayətin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Apellyasiya şikayəti ona görə qaytarılıb ki, o, Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmiş formaya uyğun deyil. Lakin müəyyən olunur ki, apellyasiya şikayətin məzmununda şikayətçinin qətnamədən hansı əsasa görə narazı olması, onun istinad etdiyi konkret fakt və hallar, o cümlədən şikayətçinin tələbi göstərilib. Apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olduğuna görə qərardad ləğv edilməlidir. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılmasını qərara aldığına görə, müddətin bərpası barədə ərizəyə baxılmayb. Həmin qərardad ləğv edildiyinə görə, Mülki-Prosessual 133.2-ci maddəsinin göstərişinə uyğun olaraq, müddətin bərpası barədə ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin adından elektron qaydada verilmiş apellyasiya şikayətini onun vəkili elektron imza ilə imzalayıb. Cavabdeh bildirir ki, mübahisələndirdiyi qətnaməyə əsasən mənzildən qeydiyyatdan çıxarılıb, şəxsiyyət vəsiqəsi isə qüvvədən düşüb, bu səbəbdən “asan imza” əldə etməsi, habelə vəkilinə etibarnamə verməsi özündən asılı olmayan səbəbə görə mümkün deyil, vəkili prosessual sənədləri elektron qaydada imzalasa da, özü ərizə və şikayətləri kağız daşıyıcıda əl imzası ilə imzalayır. Ona görə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehin verdiyi ərizə və şikaytlərin Mülki-Prosessul Məcəllənin tələblərinə uyğunluğu məsələsi həll edilərkən göstərilən hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)- 5285/2022 nömrəli qərardadı ləğv edilsin və apellyasiya şikayətinin forma və məzmununun qanunvericiliyin tələbinə uyğun olduğu müəyyən edilsin Mülki iş apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar