Məhkəmə qərarları › İş №2(103)-6860/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6860/2022

28.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6860/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Cavabdeh, onun vəkili Nümayəndə2 və cavabdeh İddiaçı iştirakı ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı “yardımçı sahələrdən istifadəyə maneələrin aradan qaldırılması və hasarın sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) tərəflərin ümumi mülkiyyətində olan, Sabunçu rayonu, Zabrat qəsəbəsi-1, Çapayev küçəsi, ev № 8“a”-da yerləşən 3 №-li mənzilin yardımçı sahələrindən – sahəsi 8,10 kv.m olan mətbəxdən, sahəsi 5,44 kv.m olan dəhlizdən, sahəsi 6,88 kv.m olan hamamdan və sahəsi 1,07 kv.m olan hamamdan iddiaçının istifadə etməsinə yaradılan maneələr aradan qaldırılsın; 2) iddiaçının istifadəsində olan, sahəsi 14,04 kv.m yaşayış sahəsi ilə sahəsi 5,44 kv.m olan dəhlizin arasındakı hasar və iddiaçıya məxsus, sahəsi 7,20 kv.m olan eyvanın qarşısında tikilmiş hasar cavabdehin hesabına sökülsün. Sabunçu RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdeh İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsindəki 1-ci tələb, yəni yardımçı sahələrdən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını barədə tələbi əsassızdır. Belə ki, başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilib ki, yardımçı sahələr cavabdeh İddiaçı qanuni istifadəsindədir. Həmin işdə iddiaçı Cavabdeh eyni şəxsə - cavabdeh İddiaçı qarşı evin yardımçı sahələrindən istifadə qaydasının müəyyən edilməsi və yardımçı sahələrin tərəflərin ümumi birgə istifadəsinə verilməsi tələbini irəli sürmüşdür. Bu iş üzrə Ali Məhkəmənin qəbul etdiyi xx.xx.2007-ci il tarixli 6K-485 nömrəli qərarda qeyd olunub: “İşdə olan sənədlərdən də aydın olur ki, evin yardımçı sahələri İddiaçı istifadəsinə qanuni əsaslarla keçmiş və artıq 10 ildən artıq bir müddətdir ki, həmin sahələrdən cavabdeh İddiaçı istifadə edir. Bu vəziyyət hər iki tərəfin mülkiyyət hüququnu təsdiq edən sənədlərdə, texniki pasport və sxem göstəricilərində öz əksini tapıb” (iş v. 9). Göründüyü kimi, iddiaçı Cavabdeh yardımçı sahələrdən istifadə hüququ yoxdur, mövcud olmayan hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırlması tələb oluna bilməz. Ona görə də məhkəmə Mülki Məcəllənin 158.1.2 və 158.4-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələni rədd etməklə düzgün nəticəyə gəlib. İddia ərizəsindəki 2-ci tələb, yəni hasarın sökülməsi barədə tələb əsassızdır. Belə ki, hasar özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, özbaşına tikintinin sökülməsini məhkəmə qaydasında tələb etmək hüququ 2 subyektə verilib: 1) müvafiq icra hakimiyyəti orqanı; 2) maraqlı şəxs. İddiaçı “maraqlı şəxs” kimi hazırkı iddianı irəli sürüb. İddiaçının “maraqlı şəxs” sayılması üçün müəyyən edilməlidir ki, hasarın mövcudluğu onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib. Bu hal iddia ərizəsində əsaslandırılmayıb, habelə məhkəmə icraatı zamanı bu barədə məhkəməyə heç bir sübut təqdim edilməyib. Ona görə də birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar