Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6866/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş əsas iş üzrə iddiaçı (birləşdirilmiş əlaqəli iş üzrə cavabdeh) İddiaçı1 və onun birləşdirilmiş əsas iş üzrə digər İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Birləşdirilmiş əsas iş üzrə cavabdeh (birləşdirilmiş əlaqəli iş üzrə iddiaçı) Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1, Birləşdirilmiş əsas və əlaqəli iş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Birləşdirilmiş əsas iş üzrə Cavabdeh5 hüquqi varisi Mirəlləmova Fəridə Mirhəşim qızının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Birləşdirilmiş əsas iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3444/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 birgə və Cavabdeh3 tərəfindən ayrılıqda verilmiş və birləşdirilmiş əlaqəli iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2021 nömrəli, 27 oktyabr 2021ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Birləşdirilmiş əsas iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1; 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın nizamnaməsinin 5.10-cu maddəsinə əsasən kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və qanunvericiliyə müvafiq qaydada müəyyənləşdirilir. xx.xx.2013-cü il tarixli **********658100 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MTK-nın təsisçiləri İddiaçı1 Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum Əliyev Samir Ağamusa oğludur. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şirinov Ceyhun Yusif oğlu tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron portalından çıxarışdan müəyyən edilir ki, təsisçilərdən biri olan - Əliyev Samir Ağamusa oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmiş, onun birinci növbə vərəsələri arvadı Cavabdeh3 Dilarə Ağarza qızı və oğlu Cavabdeh4dur. İddiaçılar hesab edirlər ki, onlar yuxarıda qeyd olunmuş məbləğlərdə pul vəsaitləri cavabdehlərdən tələb etməkdə haqlıdırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum Əliyev Samir Ağamusa oğlunun vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum Əliyev Samir Ağamusa oğlunun vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamdən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh5 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)- 716/20 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2019- cu il tarixli, 2(004)-3444/2019 nömrəli qətnaməsinin Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin Cavabdeh3 aid hissədə təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 birgə kassasiya şikayəti verilmişlər. Qətnamədən həmçinin İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-21/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-716/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Təkrar apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh5 xx.xx.2020-ci il tarixdə, digər Cavabdeh6 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-11776/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat cavabdehlər Cavabdeh5 və Cavabdeh6 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Sonradan iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh olmuş mərhum Cavabdeh5 hüquqi varisi olaraq arvadı Mirəlləmova Fəridə Mirhəşim qızının, iş üzrə cavabdeh olmuş mərhum Cavabdeh6 hüquqi varisi olaraq onun qızı Allahverdiyeva Lalə Oktay qızının tanınması üçün mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-846/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və mülki iş üzrə icraat təzələnmiş, Cavabdeh5 hüquqi varisi olaraq Mirəlləmova Fəridə Mirhəşim qızı, digər Cavabdeh6 hüquqi varisi olaraq Allahverdiyeva Lalə Oktay qızı müəyyən edilməklə mülki işə cəlb olunmuşlar. Birləşdirilmiş əlaqəli iş üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh5 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh5 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbi üzrə mülki işin icraatı ayrılmışdır. Daha sonra iddiaçı Cavabdeh1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək "xxxx" MTK-nın 3.354.200,04 manat mənfəətinin iddiaçının payına düşən 10 % hissəsinin, yəni 335.420 (üç yüz otuz beş min dörd yüz iyirmi) manat məbləğin 50 % hissəsinin, yəni 167.710 (bir yüz altmış yeddi min yeddi yüz on) manat məbləğin "xxxx" MTKnın təsisçiləri- cavabdeh İddiaçı1, Cavabdeh2 və mərhum Əliyev Samir Ağamusa oğlunun vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 % hissəsinin "xxxx" MTK-nın təsisçiləri - cavabdehlər İddiaçı1, Cavabdeh2 və mərhum Əliyev Samir AğaMusa oğlunun vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2021 nömrəli 27 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək 2(103)-846/2022 saylı mülki işlə hakim Akif İsgəndərovun icraatında olan 2(103)-2184/2022 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)- 846/22 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair 2(103)-2184/2022 saylı mülki iş iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ("xxxx" MTK-nın təsisçiləri) Cavabdeh1, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və mərhum Əliyev Samir Ağamusa oğlunun vərəsələri - arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 qarşı “pul” tələbinə dair 2(103)-846/2022 saylı mülki işlə birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)- 846/22 saylı qərardadı ilə mülki işin icraatı iddiaçı Cavabdeh5 cavabdehlər Cavabdeh6, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3901/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş əsas və əlaqəli iş üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş əsas iş üzrə cavabdeh (birləşdirilmiş əlaqəli iş üzrə iddiaçı) Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş əsas iş üzrə Cavabdeh5 hüquqi varisi Mirəlləmova Fəridə Mirhəşim qızının nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 mart 2022-ci il tarixli qərardadı ilə mərhum Cavabdeh5 prosessual hüquqi varisi olaraq Mirəlləmova Fəridə Mirhəşim qızı mülki işə cəlb olunmuşdur. Fəridə Mirəlləmova Cavabdeh5 prosessual hüquqi varisliyindən imtina edir. Belə ki, Fəridə Mirəlləmova Cavabdeh5 hər hansı miras qəbul etməmiş və vərəsəliyi müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birləşdirilmiş əsas iş üzrə iddiaçı (birləşdirilmiş əlaqəli iş üzrə cavabdeh) İddiaçı1 və onun birləşdirilmiş əsas iş üzrə digər İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər və Cavabdeh6 hüquqi varisi Allahverdiyeva Lalə Oktay qızı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin Cavabdeh6 hüquqi varisi Allahverdiyeva Lalə Oktay qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi üzrə Cavabdeh5 münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Məhkəmə kollegiyası bildirir ki, prosessual hüquq varisliyindən bəhs etmək üçün ilkin şərt maddi hüquq varisliyinin mövcud olmasıdır. Bu baxımdan hüquq varisi məhkəməyə onun maddi hüquq münasibətlərində hüquq varisliyini təsdiq edən sənədləri (vərəsəlik şəhadətnaməsi, hüquqi şəxsin yenidən təşkili haqqında təsis sənədləri, tələbin güzəşt edilməsi haqqında müqavilə və s.) təqdim etməlidir. Hazırki işdən görünür ki, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yolverilmiş olsa da, vəfat etmiş cavabdehin hüquqi varislərinin olduğunu təsdiq edən sübut məhkəmə kollegiyasına təqdim edilməmiş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 09 mart 2022-ci il tarixli qərardadı ilə Cavabdeh5 hüquqi varisi olaraq Mirəlləmova Fəridə Mirhəşim qızı mülki işə cəlb edilmiş olsa da Fəridə Mirəlləmova prosessual hüquqi varislikdən imtina etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 xx.xx.2020-ci tarixində vəfat etdiyindən və onun vərəsələrinin dairəsini müəyyən etmək mümkün olmadığından Cavabdeh5 apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 nömrəli, 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6866/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6866/2023
15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver