Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6876/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, 07 noyabr 2024-cü il tarixli qərardadından "xxxx" ASC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2020-ci il tarixli saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 200.000 (iki yüz min) manat borc tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, xx.xx.2024-ci il tarixli qərardadı ilə "xxxx" ASC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizə verilmədiyindən "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1112/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, 07 noyabr 2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsi təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1112/2020 saylı qətnaməsindən "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan "xxxx" ASC verdiyi şikayətində maraqlarına toxunan şəxs qismində tanınması barədə ərizəsinin təmin edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və şikayətini bununla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən Cavabdeh Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində Cavabdeh MMC-də sahibkarlıq fəaliyyəti göstərən vətəndaşlara külli miqdarda ziyan dəymişdir. Yanğınla əlaqədar səlahiyyətli orqanlar tərəfindən dərhal, yəni xx.xx.2019-cu il tarixdə cinayət işi başlanılmış və Cavabdeh MMC-nin rəhbər və texniki işçiləri barəsində cinayət təqibi aparılmışdır. Cinayət təqibi aparılan dövrdə, təsisçi İddiaçı və Cavabdeh MMC yanğın hadisəsi ilə əlaqədar gələcəkdə yaranacaq mülki öhdəliklərin icrasından yayınmaq üçün Binəqədi Rayon Məhkəməsində formal mübahisə yaradılmış, təsisçi İddiaçı tərəfindən təsis etdiyi Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbi irəli sürülmüşdür. Hesab edir ki, təkcə bu hal mübahisələndirilən qətnamənin yanğın hadisəsi nəticəsində yaranan öhdəliklər üzrə Cavabdeh MMC-nin bütün kreditlarının maraqlarına toxunduğunu sübut edir. Həmçinin, nə iddiaçının, nə də cavabdehin rəsmi qeydə alındığı ünvan Binəqədi rayonu olmadığı halda, (həm iddiaçı, həm də cavabdeh Nəsimi rayonunda qeydiyyatdadırlar, bu halı qeyd edilən əqdin etibarsızlığı barədə iddia ərizəsinin geri qaytarılması barədə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-7105/2024 saylı qərardadı da təsdiq edir) məhkəmənin iddianı icraata qəbul edib baxması da iddianın məhz qeyd etdiyi öhdəliklərin icrasından yayınmaq üçün işə baxmağa səlahiyyəti olmayan məhkəməyə verildiyini və məhkəmənin də təsisçiyə və hüquqi şəxsə “kömək” edərək işi icraata qəbul edib mahiyyəti üzrə baxdığını təsdiq edir. İddiaçı məhkəməyə təsisçi ilə təsis etdiyi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli “borcun etirafı müqaviləsini” təqdim etmiş, Cavabdeh MMC-nin həmin müqavilə üzrə ödənilməli olan 500.000 manat borcunun olduğu və həmin borcdan 200.000 manat pulun ödənilmədiyi görüntüsünü yaratmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1112/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh MMC-dən 200.000 (iki yüz min) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. Təsisçi ilə Cavabdeh MMC arasında olan və görüntü xarakterli mübahisə icra mərhələsində olan zaman tərəflər barışıq sazişi bağlamış və sazişə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən 3.78392 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4.155,2 kv. metr təşkil edən 20776.500 (iyirmi milyon yeddi yüz yetmiş altı min beş yüz) manat bazar dəyəri olan əmlak kompleksi 200.000 manat müqabilində təsisçiyə bağışlanmışdır. Bundan sonra, Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən tələbkarla borclu (təsisçi və MMC) arasında barışıq sazişi bağlanılaraq, təsdiq edilməsi üçün məhkəməyə təqdim edilməsindən ötrü Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barışıq sazişinin təsdiq edilməsinə dair məsələyə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 8(001)-247/2020 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək, tələbkar İddiaçı ilə borclu Cavabdeh MMC arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və icra işinin icraatına xitam verilmişdir. Sonda Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən 3.78392 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4.155,2 kv. metr təşkil edən 20 776.500 (iyirmi milyon yeddi yüz yetmiş altımin beş yüz) manat bazar dəyəri olan əmlak kompleksi, kreditorların (yanğın nəticəsində zərər çəkmiş şəxslərin) iddialarının təmin olunmasından yayınmaq üçün fiziki şəxsin adına keçirilmişdir (rəsmiləşdirilmişdir). Belə ki, baş vermiş yanğın hadisəsi ilə bağlı qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli hökmünə əsasən borclular X11, X12 və Cavabdeh MMC-yə qarşı mülki iddiaları təmin edilmiş, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X11, X4 və Cavabdeh MMC-dən müştərək qaydada 391891 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X7, 135800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2, 193465 manat maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X9, 193909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X1, 324866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X5, 115083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X8 və 107804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X3 ödənilməlidir. Hökm icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırda hökm icra edilməyərək tələbkarların tələbləri tam ödənilməmişdir. Əlavə olaraq Cavabdeh MMC-nin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1964/2024 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ASC qarşısında 48.234 (qırx səkkiz min iki yüz otuz dörd) manat məbləğində borc öhdəliyi yaranmışdır. Göründüyü kimi, hüquqi şəxs yaranmış öhdəlikləri üçün bu əmlakla cavabdeh olmaması üçün yuxarıda göstərilən uydurma əqdi bağlamışdır. Hazırda həmin əqdin etibarsız hesab edilməsi barədə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir (iş № e-2(006)-5566/2024). Göstərilən hallar qətnamənin "xxxx" ASC-nin maraqlarına toxunduğunu sübut edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, İddiaçı şikayətə etirazı daxil olmuş, işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İşin mübahisəsiz halıdır ki, "xxxx" ASC mübahisələndirdiyi qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmayıb, işdə iştirak etməyə də cəlb edilməyib. Ancaq "xxxx" ASC hesab edir ki, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunduğu üçün ondan apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yaranmışdır. Qətnamənin hüquq və vəzifələrinə hansı hissədə toxunduğunu ərizəsində geniş şəkildə göstərmişdir. Birinci instansiya məhkəməsi ərizədə göstərilənləri, yəni qətnamənin onun hüquq və vəzifələrinə toxunub- toxunmamasını yoxlayıb onlarla razılaşmayıb, ərizənin və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. "xxxx" ASC isə qəradadla razılaşmayıb şikayət verib, ərizədə göstərdiklərini şikayətində də göstərib. Məhkəmə tərkibi qeyd edir ki, ərizədə və şikayətdə göstərilənlər ilk baxışdan açıqaşkar əsassız görünməyə bilər. Ancaq hazırkı vəziyyətdə mübahisələndirdiyi qətnamənin "xxxx" ASC-nin hüquq və vəzifələrinə bilavasitə toxunduğu məyyən edilmir yaxud təsdiq olunmur. Çünki iddia verildiyi və qətnamə çıxarıldığı vaxt "xxxx" ASC-nin iddiaçı və cavabdehə qarşı hansısa iddiası olmamış və buna dair qətnamə çıxarılmamışdır. Əks halda belə vəziyyət yarana bilər ki, iddiaçı və cavabdehə qarşı gələcəkdə də təmin edilən iddiası olacaq istənilən şəxs eyni əsaslarla məhz qeyd olunan qətnaməni mübahisələndirə bilər. Bu cür vəziyyət isə “qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslərin” dairəsinin süni surətdə artırılmasına səbəb ola bilər. Buna baxmayaraq, ərizə və şikayətin məzmunundan o da bəlli olur ki, "xxxx" ASC tərəfindən iddiaçı və cavabdehə qarşı əqdlərin etibarsız hesab edilməsi barədə müstəqil iddia şəklində məhkəmədə iddia qaldırılmışdır. Həmin işə baxıldığı halda hazırkı ərizədə və şikayətdə göstərilən dəlillərə dair tam və hərtərəfli hüquqi dəyərləndirmə aparılması üçün geniş hüquqi mexanizm mövcud ola bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, 07 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1112/2020 saylı, 07 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6876/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6876/2024
16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver